Birgə görüş elanı
5 saylı Ərazi Vergilər İdarəsi
Yer
5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının akt zalı
İştirakçılar
5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, dövlət mülkiyyətinə aid edilməyən, «Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları»na əsasən mikro sahibkarlıq subyektləri hesab olunmayan vergi ödəyiciləri və Vergi ödəyicilərinə xidmət baş idarəsinin aidiyyəti vəzifəli şəxsləri.
Məqsəd
5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, dövlət mülkiyyətinə aid edilməyən, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlıq subyektləri hesab olunmayan vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində rastlaşdığı çətinliklərin öyrənilməsi və bu istiqamətdə müzakirələr aparılaraq vergi ödəyicilərindən təkliflərin əldə edilməsi, o cümlədən onlara göstərilən xidmətlərin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi və tədbirlərin görülməsi məqsədilə Vergi ödəyicilərinə xidmət baş idarəsinin aidiyyəti vəzifəli şəxsinin də iştirakı ilə birgə görüşün keçirilməsi planlaşdırılır.