Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
Koronavirusdan qorunmaqla bağlı məlumatlandırıcı posterlər hazırlanıb.

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən posterlər hazırlanıb. Posterlər koronavirusdan qorunma yolları, iş yerlərində daxili davranış və gigiyena qaydalarına riayət edilməsi ilə bağlıdır.

Posterlər istənilən şəxs tərəfindən yüklənə və ofis, ərzaq mağazaları, apteklər və digər obyektlərdə istifadə edilə bilər.

Posterləri yükləmək üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

 

Diqqət! Diqqət! Bütün əməkdaşların nəzərinə! Koronavirusdan necə qorunmalıyıq?

Yüklə: CDRPDF  - JPG 


Özünüzü və yaxınlarınızı qoruyun!

Yüklə: CDRPDF  - JPG