Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Bu xidmət vasitəsilə vergi ödəyicilərinin vergi borcu barədə məlumat almaq üçün aşağıdakı üsullardan istifadə edə bilərlər.
1-ci üsul: Birbaşa internet saytdan

Bu xidmət vasitəsilə Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet saytının "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə vergi ödəyicisinin VÖEN-ni daxil etməklə onun dövlət büdcəsinə olan vergi borcu barədə məlumatı əldə etmək olar.

2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə

"195" Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Dövlət Vergi Xidmətinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3-cü üsul: İnternet Vergi İdarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada istifadəçi "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olmaqla "Məlumat axtar" altbölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.