Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ölkə xaricində əldə olunmuş gəlirlər bəyan edilməlidir

Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub. Bunların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında Konvensiya”, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” və s. göstərmək olar.

Mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının rezidentləri xaricdə əldə etdikləri gəlirlərini bəyan etməlidirlər. Bununla bağlı, xaricdə əldə olunmuş gəlirlərin Azərbaycan Respublikasında bəyan edilməsi ilə bağlı müxtəlif suallar yaranır. Göstərilənləri nəzərə alaraq, Dövlət Vergi Xidməti tərəfindən ölkə xaricində əldə olunmuş gəlirlərin bəyan edilməsi mövzusunda “sual – cavab”lar (FAQ) hazırlanıb.

“Sual – cavab”lar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin ən çox verilən suallar bölməsində yerləşdirilib:

 https://www.taxes.gov.az/az/page/en-cox-verilen-suallar-2022