Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Vergi Bəyannaməsi

 

Vergi növləri üzrə öhdəliklər,

verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

1. Fiziki şəxslərin gəlir vergisi:

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi   

hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)

Cari ödəmələr

hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I)

Xüsusi notariusların gəlir vergisi 

hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

bəyannamə isə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq (20/IV, 20/VII, 20/X və 20/I)

İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi

hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

2. Mənfəət vergisi:

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)

Cari ödəmələr

hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I)

3. Əlavə dəyər vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

4. Aksiz vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

5. Əmlak vergisi

Hüquqi şəxslər üçün
il üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi


hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)

Cari ödəmələr

rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq (15/II, 15/V, 15/VIII və 15/XI)

Fiziki şəxslər üçün
il üzrə yekun ödəmələr

cari il üçün bərabər hissələrlə həmin ilin avqustun 15-dək və noyabrın 15-dək (15/VIII və 15/XI)

6. Torpaq vergisi

Hüquqi şəxslər üçün    
hesablamaların təqdim olunması

həmin ilin may ayının 15-dən gec olmayaraq (15/V)

Hüquqi və fiziki şəxslər üçün
il üzrə yekun ödəmələr

bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq (15/VIII və 15/XI)

7. Yol vergisi

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən
verginin ödənilməsi

 

xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri  Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Azərbaycan Respublikasının ərazisində  avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən bəyannamənin verilməsi və verginin ödənilməsi

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

8. Mədən vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

9. Sadələşdirilmiş vergi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I)

 Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi

bəyannamənin təqdim edilməsi

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməlidir.

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq  (20 /I – XII)

İdman mərc oyunlarının həyata keçirilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq  (20 /I – XII)

10. Ödəmə mənbəyində tutulan vergilər
(Hüquqi şəxslərin və fərdi sahibkarların öhdəlikləri)

Verginin ödənilməsi

fiziki şəxslərə muzdlu işlə əlaqədar gəlir, habelə sığorta haqları (sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə) ödənilərkən, hesablanmış aylıq gəlirdən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

Bəyannamənin verilməsi

muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

11. Dövlət rüsumu

rüsumun dövlət büdcəsinə köçürülməsi   və  hesabatın verilməsi

- notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, 

- Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində,

- digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür və hesabat rübündən sonrakı ayın 20-dək (20.IV, 20.VII, 20.X və 20.I. tarixlərinədək) hesabat vergi orqanına təqdim edilir.

 Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.