Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Məhəmməd Knyazov Kamran, mehemmed.kinyazov@mail.ru, Bakı (12.11.2018) (Oxunub: 181 dəfə, ID: 17545)
Salam aleykum. Rezidnet müəssisə daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən xidmət almış, çox təəssüflər olsun ki, nə əlavə dəyər vergisi, nə də ödəmə mənbəyində vergi öhdəliklərini yerinə yetirməyərək qarşı tərəfə xidməti aldığı gündə AZN ekvivalentiylə təxmini 1000 AZN ödəniş etmişdir (xarici valyuta ilə). Sualıma cavab tapmaq istədiyim hissə - əgər səyyar vergi yoxlaması zamanı, tutaq ki, ÖMV 10% tutmalıdır, 18% də ƏDV öhdəliyin yerinə yetirməli idi, amma yetirməyib indi səyyar yoxlama zamanı müfəttişlər tərəfindən vergi və maliyyə sanksiyası necə hesablanacaq?

Bildiririk ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və onun Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcələrlə vergi tutularaq hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilməli və bəyan edilmiş vergi həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, ƏDV tutulan əməliyyatlar sayılır və bu xidmətlərə görə qeyri-rezidentə ödənməli olan məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq tutulmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “ƏDV bəyannaməsi” ilə bəyan edilməklə həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş qanun pozuntularına görə tərtib edilmiş aktla bağlı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Bax: Vergi Məcəlləsinin 38-ci, 39-cu, 49-cu, 58-ci, 59-cu, 72.5-ci, 125-ci, 150-ci, 159-cu, 168.1.5-ci, 169-cu 177-ci maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.