Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzarət-kassa aparatlarının operatorunu nəzarət mexanizmi qurğusu ilə təmin edən hüquqi şəxsin seçilməsi məqsədi ilə müsabiqə elan edir

09.09.2019

Azərbaycan Respublikası Vergilər Nazirliyi 
nəzarət-kassa aparatlarının operatorunu nəzarət mexanizmi qurğusu ilə təmin edən 
hüquqi şəxsin seçilməsi məqsədi ilə

MÜSABIQƏ ELAN EDİR

Müsabiqədə aşağıdakı tələblərə cavab verən nəzarət mexanizmi qurğuları üzrə məlumatı təqdim edən Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslər iştirak edə bilərlər:

1. Qurğunun texniki özəlliklərinə dair tələblər:

1.1. USB standartı dəstəkləməlidir;

1.2. Qurğunun müxtəlif USB interfeyslər vasitəsilə personal kompüterə və PKS-ə qoşulma imkanı olmalıdır;

1.3. Işləməsi üçün tələb edilən enerji həcmi 4.40V - 5.25V çərçivəsində olmalıdır;

1.4. Qurğu ən azı 168 MHz tezliklə işləmə imkanına malik olan mərkəzi emal prosessoruna (CPU) sahib olmalıdır;

1.5. Qurğu ən azı 1mb həcmli RAM yaddaşa malik olmalıdır;

1.6. Qurğu ən azı 4000 fiskal sənədi yaddaşında saxlama imkanına malik olmalıdır;

1.7. Maksimal enerji yükü 5.00V və 40mA üçün 200mW olmalıdır;

1.8. Qurğunun işləmə qabiliyyəti -40 +85 Selsi temperaturu aralığında mümkün olmalıdır;

1.9. Mərkəzi emal prosessorunda (CPU) maksimal yüklənmə həddi 435mW-dan artıq olmamalıdır;

1.10. Çəkisi 0.01 kq-dan artıq olmamalıdır;

1.11. Orta istifadə müddəti 5 il olmalıdır;

1.12. Maksimal ölçüləri 43x17x7 mm çərçivəsində olmalıdır.

2. Operativ yaddaşa dair tələblər:

1. Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Fiskal drayver”-in (Fiscal driver) yüklənməsi və qurğunun yaddaşına yazılması imkanı olmalıdır;

2. Qurğunun məlumatları yadda saxlama imkanı ən azı 16 mb həcmində olmalıdır.

Müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər qüvvədə olan ISO 9001:2015 və ISO 20000-1:2011 Beynəlxalq standartlara malik olmalıdırlar.

Müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabineti vasitəsilə Vergilər Nazirliyinə ərizə ilə müraciət edir. Müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər tərəfindən ərizə ilə birlikdə nəzarət mexanizmi qurğularına dair məlum təqdim edilir.

Müsabiqədə iştirak etmək üçün tələblərə cavab verən birdən artıq hüquqi şəxs müraciət etdikdə və həmin hüquqi şəxslər tərəfindən nəzarət mexanizmi qurğuları üzrə təqdim olunan məlumatlar qeyd edilən tələblərə cavab verdiyi halda göstərilən meyarlar üzrə ən yüksək tələblərə cavab verən nəzarət mexanizmi qurğusu barədə məlumatı təqdim edən hüquqi şəxs müsabiqənin qalibi seçilir.

Vergi sistemində tətbiq edilən informasiya texnologiyaları barədə məlumatlı olan iştirakçılara üstünlük verilir.

Keçirilən müsabiqənini nəticəsinə uyğun olaraq Vergilər Nazirliyi ilə müsabiqənin qalibi olan hüquqi şəxs arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlanılır.

Müsabiqə komissiyası






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.