Axtar
az|рус|eng
Media
17.07.2017

Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar 4 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Gərayev Müşfiq Vaqif oğlu, əlaqə telefonu: 020-26-5-15-22, mobil: 050-474-62-56), Ağsu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Mehman Şakir oğlu, əlaqə telefonu: 020-225-50-39, mobil: 055-649-23-05), Qobustan Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Daşqın Nadir oğlu, əlaqə telefonu: 020-245-27-06, mobil: 055-481-55-22) və Kürdəmir Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Xudiyev Elşən Şərafəddin oğlu, əlaqə telefonu: 020-255-20-31, mobil: 050-406-09-90) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.