Axtar
az|рус|eng
Media
27.04.2018

Vergilər Nazirliyində “Coca-Cola” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 26-da vergilər naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş baş meneceri xanım Eser Manavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xanım Eser Manav təyinatdan sonra səfər etdiyi ilk ölkə kimi Azərbaycanı seçdiyini və şirkətin fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanda geniş imkanlar olduğunu qeyd edib, vergilər sahəsində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Vergilər naziri ölkəmizdə əlverişli iqtisadi mühitin mövcudluğu vurğulayıb, “Coca-Cola” şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi sosial yönümlü layihələri qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin müzakirələr aparmağa hər zaman açıq olduğu diqqətə çatdırılıb.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.