Axtar
az|рус|eng
Xəbərlər

 

Vergi ödəyicilərinin nəzərinə!

Nağd pul hesablaşmalarının aparılması barədə

BİLDİRİŞ

          

Vergi Məcəlləsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı (NKA) vasitəsi ilə həyata keçirmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir:

- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

- qiymətli kağızların və lotereya biletlərinin satışı;

- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

 

Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışlarıdigər ciddi hesabat blankları təqdim edilməli və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks etdirilməlidir.

Vergi ödəyicisi istismar zamanı NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməli, NKA-dan istifadəni müvəqqəti dayandırmalı və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatını “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparmalıdır.

 

Topdansatış fəaliyyəti istisna olmaqla nağd  pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə aşağıdakı məsuliyyət tədbirləri tətbiq edilir:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 2000 manat;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 4000 manat;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə 6000 manat məbləğində.

 

Pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən NKA-nın çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim edilməlidir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Qeyd edək ki:

  • ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər - 2017-ci il 1 aprel tarixdən;
  • Digər vergi ödəyiciləri  2018-ci il 1 yanvar tarixdən etibarən elektron qaimə-faktura təqdim etməlidir.

 

 

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.