Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

3. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:

a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilir.

b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.

4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd olunan kommunal xidməti tarifləri təsdiq edilsin.

6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən edilsin.

7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

8. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş hesab edilsin.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 10 mart 2000-ci il
40

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına
1 NÖMRӘLİ əlavə

Mənzİl (ev) xİdmətİ tarİflərİ

 

 

Ölçü vahidi

Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı):

 

 

1.1 Tam kommunal təminatlı mənzillər üzrə

1 kv.m. yaşayış sahəsi üçün 1 ayda

100

1.2. Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə

1 kv.m. yaşayış sahəsi üçün 1 ayda

50

2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı

1 kv.m. yaşayış sahəsi üçün 1 ayda

75

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına
2 NÖMRӘLİ əlavə

Əhalİ üçün kommunal xİdmətİ tarİflərİ [1]

 

Kommunal xidmətin növü

Ölçü vahidi

Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

Layihələrlə qaz təchizatı nəzərdə tutulmamış hündür mərtəbəli binaların sakinləri üçün elektrik enerjisindən istifadəyə görə

1 kvt.saat

əhali üçün müəyyən olunmuş tarifin 50 faizi məbləğində

Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə

adambaşına 1 ayda

700

Yaşayış binalarında liftdən istifadəyə görə

adambaşına 1 ayda

1000

Məhəllədaxili fərdi qarajlar üzrə

1 kv.metr ümumi sahə üçün 1 ayda

50

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına
3 NÖMRӘLİ əlavə

Yaşayış bİnalarının (evlərİn) daxİlİndə yerləşən qeyrİ-yaşayış sahələrİnİn İstİfadəçİlərİ və mülkİyyətçİlərİ tərəfİndən mənzİl fondunun saxlanılması üçün İstİsmar yığımının tarİflərİ

 

Ölçü vahidi

Tarif, manatla (ƏDV nəzərə alınmaqla)

Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, digər ticarət və kommersiya qurumları üçün

1 kv.m. ümumi sahə üçün 1 ayda

250

Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq emalatxanaları üçün

1 kv.m. ümumi sahə üçün 1 ayda

25

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 yanvar 2005-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 1, maddə 50)

2.       17 fevral 2012-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 02, maddə 182)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 11 yanvar 2005-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 1, maddə 50) ilə "Əhali üçün kommunal xidməti tarifləri" 2 nömrəli əlavəsindən birinci abzas çıxarılmışdır.

 

17 fevral 2012-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 02, maddə 182) ilə Əhali üçün kommunal xidməti tarifləri nin Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 ayda 700 sətri ləğv edilmişdir.

 

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.