Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
      
Dilqəm Mirəliyev, dmiraliyev@gmail.com, Bakı (15.07.2019) (Oxunub: 39 dəfə, Orta qiymət: 5, ID: 18845)
Şirkət dərman vasitələrinin topdan satışı ilə məşğuldur və topdan alıcılara (son istehlakçı deyildirlər, topdan malları qəbul edən depolardır) dərman vasitələri satmaqdadır. Bildiyiniz kimi bir çox dərman vasitələrində Referent qiymətlər tətbiq edilməkdədir. Firma dərman vasitəsini topdan alıcıya alış qiyməti +xərclər+ticarət əlavəsi qoyaraq satırsa bu zaman vergi məbləği Referent qiymətlərdənmi yoxsa topdan satış qiymətlərindənmi hesablanacaqdır. Xahiş edirəm bu barədə ətraflı məlumat verəsiniz.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

Əlavə olaraq bildiririk ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İntiqam Abid Əliheydər, intiqamabid@yahoo.com (15.07.2019) (Oxunub: 36 dəfə, Orta qiymət: 5, ID: 18844)
Təsisçisi fiziki şəxs olan MMC (ƏDV ödəyicisidir) 2018-ci ilin iyun ayında təşkilati-hüququ formasını dəyişdirərək QSC-yə çevrilmişdir. Sualım bundan ibarətdir ki, 2018-ci ilin xalis mənfəətindən QSC-nin fiziki şəxs olan

Hüquqi şəxsin təşkilati hüquqi formasını dəyişərək səhmdar cəmiyyətinə çevrildiyi tarixədək əldə edilən mənfəətindən bölüşdürülmüş dividendlər üzrə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. Səhmdar cəmiyyətə çevrildiyi vaxtdan sonrakı fəaliyyətinə görə əldə olunan mənfəətin bölüşdürülməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəaları tətbiq edilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Anar Babayev Vahid, anar.babaevv@gmail.com, Bakı (15.07.2019) (Oxunub: 42 dəfə, Orta qiymət: 5, ID: 18843)
İşçi 23-27 fevral tarixlərində Barselona şəhərində ezamiyyətdə olmuşdur. Gediş-gəliş üçün yerli turizm şirkətindən 1293 man məbləğində bilet almışdır. İşçi ezamiyyətdə olduğu müddət ərzində 298 Avro xərc çəkmişdir və bu xərclər işçiyə verilmiş müəssisənin cari hesabına bağlı kart vasitəsilə nağdsız qaydada ödənilmişdir və bu xərclərin sənədi yoxdur. İşçilərin Ezamiyyə Qaydalarına əsasən İspaniyada gündəlik ezamiyyət norması 200 Avro təşkil edir. Sual : bütün bu xərclər (1293 man + 298 Avro) müəssisənin vergitutulan gəlirindən çıxıla bilərmi?

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır. 

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Həsən Babayev Namiq, hbabayev78@gmail.com, Bakı (15.07.2019) (Oxunub: 25 dəfə, ID: 18842)
Salam, 1.Fəaliyyətdə olan MMC-i təsisçiyə məxsus əsas vəsait hesabına nizamnamə kapitalını artırmaq barədə qərar qəbul edir və Nizamnaməsinə dəyişilik edərək müvafiq qaydada qeydiyyata aldırır. 2.MMC â–mövcud əsas vəsaitlərini yenidən dəyərləndirir və bu zaman yaranan fərqi nizamnamə kapitalına yönəldir.(qanunvericiliyə uyğun olaraq nizamnaməyə dəyişilik edilməklə) Sualım belədir? Yuxarıda qeyd olunan hər iki halda balansa qəbul edilən əsas vəsaitlərin və ya yenidən dəyərləndirilən əsas vəasitlərin dəyər artımı fərqinin nizamnnamə kapitalına yönəldilməsi zamanı əsas vəsaitlərə hesablanan amortizasiya məbləğləri vergi tutulan mənfəətdən çixilirmi? Qeyd: Qeyd edək ki, əmlakın bazar dəyərinin müəyyən edilməsi və ona uyğunlaşdırılması məqsədilə dövrü olaraq həyata keçirilən əsas vəsaitlərin yenidən dəyərləndirilməsi zamanı yaranan və MMC-nin mühasibat balansında yenidən dəyərləndirmə ehtiyatı kimi uçota alınan artım VM-nin 114 maddəsinə uyğun olaraq amortizasiya edilmir. Ancaq bizim misalda yenidən dəyərləndirmə zamanı yaranan fərq hesabına nizamnamə kapitalı artırılır.

Vergi Məcəlləsinin 114.6-cı maddəsinin müddəalarına əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur. Buna əsasən müəssisənin əsas vəsaitlərinin yenidən qiymətləndirilməsindən yaranan artımın nizamnamə kapitalına yönəldilməsindən asılı olmayaraq bu artım həmin əsas vəsaitlərin qalıq dəyərini artırmır.

Əlavə olaraq bildiririk ki, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Yavər Həsənxani Məmməd, yavar@verdanplus.com, Bakı (15.07.2019) (Oxunub: 28 dəfə, ID: 18841)
Salam. 1. Azərbaycabda qeydiyyatda olan (Azərbaycan rezidenti) MMC təsisçi hüquqi şəxs qismidə Gürcüstan Azad Ticarət Zonasında bir törəmə müəssisə (tam sərbəst) qura bilərmi ? Qura bilərsə orda əldə etdiyi dividendlərdən Azərbaycanda da vergi ödənilməlidirmi? Mən də olan məlumata görə Gürcüstan və Azərbaycan dövlətləri arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə var. 2. Əgər Azərbaycan vətəndaşı fiziki şəxs qismidə Gürcüstan Azad Ticarət Zonasında bir müəssisə təsis edirsə, o müəssisədən dividend əldə edirsə bu zaman Azərbaycanda da vergi ödənilməlidirmi?

1. Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının rezidenti olan müəssisənin Gürcüstanın Azad Ticarət Zonasında törəmə müəssisə yaratmağında hər hansı bir məhdudiyyat nəzərdə tutulmamışdır. Törəmə müəssisə tərəfindən Azərbaycan Respublikasında yerləşən təsisçi müəssisəyə ödənilən dividendlərdən vergi tutulması Azərbaycan Respublikası Höküməti ilə GürcüstanHöküməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiyanın  10-cu (Dividendlər) və 23-cü (İkiqat vergitutmanın aradan qaldırılması) maddələri ilə tənzimlənir.

Həmin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən şirkət tərəfindən ödənilən bu dividendlər, həmçinin, onun rezidenti olduğu Gürcüstan Republikasının qanunvericiliyinə uyğun sürətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan dividendlərin faktiki sahibidirsə, bu tərzdə tutulan vergi, dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.

Həmin Konvensiyanın 23-cü maddəsnin 1-ci bəndinə əsasən əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına əsasən Gürcüstan Respublikasında vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə yaxud əmlaka görə Gürcüstan Respublikasında ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycan Respublikasında həmin gəlirlərlə  əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

2. Fiziki şəxs Vergi Məcəllənin 13.2.5.1-ci maddəsinə və Azərbaycan Respublikası Höküməti ilə GürcüstanHöküməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiyanın 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının rezidentidirsə, fiziki şəxsin ödənilən dividendlərdən gəlirinin vergi tutulması həmin Konvensiyanın 10-cu (Dividendlər) və 23-cü (İkiqat vergitutmanın aradan qaldırılması) maddələri ilə tənzimlənir.

Həmin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən şirkət tərəfindən ödənilən bu dividendlər, həmçinin, onun rezidenti olduğu Gürcüstan Republikasının qanunvericiliyinə uyğun sürətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan dividendlərin faktiki sahibidirsə, bu tərzdə tutulan vergi, dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.

Həmin Konvensiyanın 23-cü maddəsnin 1-ci bəndinə əsasən əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına əsasən Gürcüstan Respublikasında vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə yaxud əmlaka görə Gürcüstan Respublikasında ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycan Respublikasında həmin gəlirlərlə  əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əliyeva Vəfa Yusif, kitaim-nasibova@mail.ru, Bakı (06.07.2019) (Oxunub: 176 dəfə, Orta qiymət: 4.11, ID: 18840)
Xahiş edirəm bu sualı cavablandırasınız. Fiziki şəxs olaraq Azərbaycan Respublikasında fəaliyyət gəstərən və pərakəndə ticarətlə məşğul olan şəxsin başqa məqsədlərlə götürdüyü kreditini onun pərakəndə ticarət dövriyyəsinə aid etmək olarmı? Ikinci bir sualim da belədir. Əgər kredit məbləği fiziki şəxsin gəlirlərinə daxil edilirsə, nədən geri ödənilən kredit məbləği və bankın faizləri nədən xərclərə də aid edilmir.

Bildiririk ki, alınmış kredit məbləğinin müqabilində malların (işlərin, xidmətlərin) təqdim edilməsi nəzərdə tutulmadığı və həmin kredit sonradan banka və ya kredit təşkilatına qaytarıldığı halda belə əməliyyatlar vergiyə cəlb edilən əməliyyatlar hesab edilmir. Belə ki, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc alınan pul vəsaitinin hər-hansı verginin vergitutma obyektini yaratması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Onu da bildiririk ki, kreditor borc məbləğlərinin qanunvericiliyə müvafiq iddia müddəti keçdikdə həmin borc məbləğləri satışdankənar gəlirlərə aid edilməklə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müvafiq vergilərə cəlb olunacaqdır.

Eyni zamanda bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Ümumi qiymətlərin sayı: 9    Orta qiymət: 4.11

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Emil Əliyev Xudaşükür, emilaliyev33@mail.ru, Biləsuvar (06.07.2019) (Oxunub: 173 dəfə, Orta qiymət: 3, ID: 18839)
Salam. Vergi ödəyicisi Elektron Qaimə və EVHF əsasında mal alıb, kassa aparatı vasitəsilə pərakəndə satış edilirsə, (ƏDV ödəyicisi deyil) vergi ödəyicisi sadələşdirilmiş ya gəlir vergisi ödəyicisi olur?

Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan pərakəndə ticarətlə məşğul olan şəxslər sasdələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.63-cü, 218.1.1-ci maddələri.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 3

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Pərvin Bayramov Məhəmməd, pervinbayramov@gmail.com, Bakı (06.07.2019) (Oxunub: 168 dəfə, Orta qiymət: 4.2, ID: 18838)
Salam. Artiq 2-ci aydır ki, əmək haqqı ilə bağlı verdiyim sual hələ də cavablandırılmayıb. Vahid standartlardan da kənara çıxmışdır.

Bildiririk ki, qeyd etdiyiniz müraciətin cavabı səhifəmizdə 24.05.2019-cu il tarixdə yerləşdirilmişdir (ID: 18624).

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 4.2

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vahid Əzizov, nahid77@rambler.ru, Bakı (06.07.2019) (Oxunub: 117 dəfə, Orta qiymət: 2.14, ID: 18837)
Salam. "A" MMC hüquqi şəxs olmaqla ƏDV və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. MMC-nin balansında betonqarışdıran yük maşını var. Bu maşınla müqavilə əsasında digər şəxslərə, məsələn"B" MMC-yə ("B" MMC hüquqi şəxs olmaqla ƏDV və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir) beton daşınması üzrə ölkə ərazisində xidmət göstərir. Sual: 1.) "A" MMC betonqarışdıran yük maşınına görə fərqlənmə nişanı almalıdırmı? 2.) Göstərdiyi xidmətə görə "B" MMC-yə hesablaşmalar zamanı ƏDV tətbiq etməlidirmi

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməli, digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmalıdırlar. Həmin şəxslərin daşımaların həyata keçirilməsində əldə etdiyi mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən  və Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verən şəxslər könüllü qaydada ƏDV qeydiyyatına alınmaq üçün ərizə təqdim edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 156.1-1-ci, 158.1-ci, 218.4.1-ci, 221.6-cı maddələri.

Ümumi qiymətlərin sayı: 7    Orta qiymət: 2.14

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ağamoğlan Məmmədov, agamoglan.memmedov@parkbulvar.az, Bakı (06.07.2019) (Oxunub: 106 dəfə, Orta qiymət: 3.67, ID: 18836)
Hörmətli Vergilər Nazirliyinin aidiyyatı əməkdaşları. Obyektimizdə yerləşən icarəçiyə müəyyən dövrlərdə yenilədiyimiz müqaviləyə əsasən, icarəçi tərəfindən hər hansı bir müqavilə şərtlərinə riayət edilməməsi durumunda, ödəmələrdə problem yaşanmaması və xitam verilməsi nəticəsində yaranmış zərərin qarşılanması üçün depozit (girov) fakturası kəsirik. Bu faktura xidmət fakturası deyil, depozit (girov) fakturası olduğu üçün ƏDV məbləği yaranırmı? Xahiş edirik bu məsələnin aydınlaşdırılmasında köməklik göstərərdiniz.

Bildiririk ki, sorğunuzda qeyd olunan pul vəsaiti  müqabilində hər hansı mal (iş, xidmət) təqdim olunması baş vermirsə həmin əməliyyat pul vəsaitini alan hüquqi şəxs üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur. Əks halda qarşılığında hər hansı mal (iş, xidmət) təqdim olunursa Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada ƏDV-yə cəlb edilməlidir.

Əlavə olaraq bildiririk ki, cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləği vergi ödəyicisi satışdankənar gəlirlərinə daxil etməklə mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannaməni vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 104.1-ci, 159.1-ci maddələri.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 3.67

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Kamran Namazov, kamrannamazov94@gmail.com, Bakı (06.07.2019) (Oxunub: 136 dəfə, Orta qiymət: 4, ID: 18835)
Salam. İnternet üzərindən qazanılan gəlir illik olaraq 200.000 AZN keçirsə, və ya hansısa aylarda 200.000 AZN- i keçirsə, hansı növ vergi tətbiq olunur?

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günü tarixindən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Eyni zamanda qeyd olunan şəxslər internet vasitəsilə sahibkarlıq subyektlərinə xidmətlər göstərildiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər və gəlir vergisi ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 218.5.10-cu maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mübariz Mirzəyev Fazil, mirzeyev68@mail.ru, Bakı (06.07.2019) (Oxunub: 116 dəfə, Orta qiymət: 4.5, ID: 18834)
Vergi mükəlləfiyyətini dəyişmək üçün (sadələşdirilmiş vergi ödəyicisindən gəlir vergisi ödəyicisinə) nə etmək lazımdır?

Vergi mükəlləfiyyətinizin fəaliyyətinizə uyğun olmadığı halda qeydiyyatda olduğunuz vergi orqanına vergi mükəlləfiyyətinin dəyişdirilməsi barədə sərbəst formada ərizə ilə müraciət etməlisiniz.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əhmədağa İskəndərov, ahmadaga.iskandarov@saffron.az, Bakı (06.07.2019) (Oxunub: 96 dəfə, Orta qiymət: 5, ID: 18833)
Salam. Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "a" bəndi ilə xitam verildikdə (işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda) işəgötürən tərəfindən işçiyə ödənilən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət işsizlikdən sığorta haqqına cəlb olunurmu? (Həm işəgötürən, həm də işçi tərəfindən).

Bildiririk ki, eyni məzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır (29.06.2019, ID: 18809).

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səxavət Ələkbərov Cəfər, sexavetalekberov@mail.ru (06.07.2019) (Oxunub: 83 dəfə, Orta qiymət: 5, ID: 18832)
Salam, Sual: 1.Fiziki şəxs (fəaliyyəti: beynəlxalq daşıyıcılıq olan) öz adına olan VÖEN-lə rəhbər şəxs təyin edə bilərmi? Və bütün işləridə (cavabdehlik - imza) rəhbər şəxs apara bilərmi? 2. Möhür almaq və Ofis(icarə) üçün nə etmək lazımdır?

Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Sahibkarlıq fəaliyyətinizi öz səlahiyyətli nümayəndənizə müvafiq səlahiyyətləri təsdiq edən etibarnamə təqdim etməklə həyata keçirə bilərsiniz. 

Muzdlu işçi cəlb etdiyiniz halda onunla əmək müqaviləsi bağlamalı və bağlanmış əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlisiniz. Bu zaman müqavilədə əks olunan əmək haqqından tərəfinizdən ödəmə mənbəyində gəlir vergisi tutulmalı, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq müvafiq bəyannamə ilə bəyan edilməli və  dövlət büdcəsinə ödənilməlidir.

İcarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Fiziki şəxslərə möhürün təqdim edilməsi ilə bağlı vergi qanunvericiliyində hər hansı tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Famil Məmmədov Nurqələm, familmamedov53@email.com, Bakı (06.07.2019) (Oxunub: 102 dəfə, Orta qiymət: 5, ID: 18831)
Salam, mən xırda ticarətlə məşğul olmaq istəyirəm. 1001xırdavat deyək. Bunun üçün 12 kv metr olan yer götürmüşəm. Bilmək istərdim, VÖEN açdırdıqdan sonra nə qədər vergi ödəyəcəm? DSMF rüsumu nə qədərdir? Bir də kassa mütləq olmalıdırmı? Kassanın rüsumu nə qədərdi? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarəmüqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq sorğunuzda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Nəzarət-kassa aparatlarının alınması və qiymətləri barədə məlumat almaq üçün aidiyyəti üzrə Servis Texniki Xidmət Mərkəzinə (STXM) müraciət edə bilərsiniz.

Əmlakın sahibi fiziki şəxs olarsa daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq  “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” vergi orqanına təqdim edilməli və tutulmuş vergi həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri ay üçün məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəalarına uyğun olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 50 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Sahibkarın vergi bələdçisi” bölmələrindən və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Qoşun Nəsirov Rauf, Goshun.Naasirov@gmail.com, Göygöl (06.07.2019) (Oxunub: 80 dəfə, Orta qiymət: 5, ID: 18830)
Salam. Mən online MMC yaratmışam. Dövlət rüsumunu haradan və necə ödəyə bilərəm? Bankda MMC adına hesab açmaq istəyirəm, dedilər vergi idarəsindən sənədlər lazımdır. Bunlar hansı sənədlərdir və necə əldə edə bilərəm? Təşəkkür edirəm.

Bildiririk ki, “Elektron imza olmadan Mobil nömrə və FİN kodla Yerli İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi zamanı vergi ödəyicisi tərəfindən bank hesabının açılması üçün imkan yaradılmışdır və həmin səhifəyə açılmalı olan bank hesabı(ları) barədə məlumatlar (bankın və bank filialının adı, hesabın növü və valyutası) daxil edilir.

Digər hallarda bank hesabının açılması üçün gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın Bir pəncərə bölməsinin "Vergi və dövlət rüsumlarını hara köçürməli?" altbölməsində yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Dunay Xasaylı Elbəy, dunay.xasayli@gmail.com (06.07.2019) (Oxunub: 55 dəfə, Orta qiymət: 5, ID: 18829)
Salam, Bir yerli MMC (şərti olaraq) xarici vətəndaşla və ya xarici hüquqi şəxslə komisyon və ya agent müqaviləsi bağlamaq istəyir. Agentin əsas işi müştəri tapmaqdı. Bu zaman xarici vətəndaşla xidmət müqaviləsi bağladığı üçün yerli MMC-nin hər hansı vergi öhdəliyi yaranarmı?

Bildiririk ki, qeyri-rezident şəxsə vasitəçilik xidmətinə görə ödənilən haqdan xidmətin alıcısı Azərbaycan Respublikasının ərazisində yerləşdiyindən 18 faiz dərəcəsi ilə ƏDV hesablanmalı, əməliyyatın aparıldığı ay üçün verilən ƏDV-nin bəyannaməsində əks etdirilməli və dövlət büdcəsinə ödənilməlidir.

Bundan başqa, rezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən xidmət haqqından ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq növbəti rübün 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilməli və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 150-ci,168.1.5-ci, 169-cu maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İskəndərov Polad Əvəz, isgenderovpolad123@gmail.com, Bakı (06.07.2019) (Oxunub: 65 dəfə, Orta qiymət: 5, ID: 18828)
1.Hüquqi şəxs 2017-ci il və 2018-ci ilin I; II; III rübləri üzrə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə hesabatlarını DSMF orqanına vaxtında təqdim etməyib. Hal-hazırda həmin hesabatlar hansı orqana təqdim olunmalıdır - DSMF orqanına və ya vergi orqanına? 2.Hesabatların vergi orqanına elektron şəkildə təqdim olunması imkanı olmadığı halda kağız variantında təqdim olunması mümkündür?

Bildiririk ki, sosial sığorta və işsizlikdən sığorta üzrə cari və keçmiş dövrlərə aid hesabatlar Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada, elektron və ya kağız formada Vergilər Nazirliyinə təqdim edilməlidir.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mirqadir Abdullayev, a.mirgadir@mail.ru, Bakı (06.07.2019) (Oxunub: 69 dəfə, Orta qiymət: 5, ID: 18827)
Salam. Yazıb sizə bildirmək istəyirem ki, mən Azərbaycan Respublikasında fəaliyyət göstərən BHGE (BAker hughes a General Elektrik) şirkətində çalışıram. Sualımız bununla bağlıdır ki, vergi ödəyicisi olaraq bizim şirkət neft sektoruna aiddir, yoxsa qeyri-neft sektoruna? Xahiş edirik, bununla bağlı bizə məlumat verəsiniz. Çox sağ olun.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 Saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarına əsasən Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri, eyni zamanda onlara xidmət  göstərən xarici və yerli subpodratçılar  neft-qaz sahəsində fəaliyyət hesab olunur.

Mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət meyarına aid olunur.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 101.1-ci maddədə qeyd olunan qaydada, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmmədov Elnur Rəfail, elnur.mammadov2@gmail.com, Gəncə (06.07.2019) (Oxunub: 46 dəfə, Orta qiymət: 5, ID: 18826)
Gəncə şəhərində fərdi ev tikintisi aparılması məqsədi ilə İcra başçısının müvafiq sərəncamı ilə alınmış 400 kv. metr torpaq sahəsində 156 kv. metr tikinti aparılmışdır. Tikinti 4 ildir ki tikilib. Torpağın və tikintinin özəlləşdirilməsi haqqında dövlət qeydiyyat çıxarışı yoxdur. Xahiş edirəm deyəsiniz, bələdiyyələrə torpaq və əmlak vergisi hesablanmalı və ödənilməlidirmi? Əgər hesablanmamalı və ödənilməməlidirsə, nəyə görə? Əgər hesablanmalı və ödənilməlidirsə, nəyə görə və hansı illərə görə hansı məbləğdə?

Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının və qeydiyyat orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

Bununla yanaşı vergi qanunvericiliyinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri isə torpaq vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə əmlak vergisinin, o cümlədən mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə münasibətdə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında torpaq vergisinin hesablanması Vergi Məcəlləsi ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 203-cü, 205-ci, 208-ci   maddələri və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli 713-IIQ nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mübariz Mirzəyev Fazil, mirzeyev68@mail.ru, Bakı (06.07.2019) (Oxunub: 80 dəfə, Orta qiymət: 5, ID: 18825)
Fiziki şəxs olaraq vergi ödəyicisiyəm. Qanuna görə vergiləri nağdsız şəkildə ödəməliyəm? Əgər belədirsə, bank hesabımdan ödəməyim mütləqdirmi?

Hüquqi və fiziki şəxslər tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.1-ci maddəsində müəyyən edilmiş vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin ödənilməsi Qanunun 3.1-ci maddəsi ilə müəyyən olunmuş nağdsız hesablaşmaların hər üç növü üzrə (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürmə yolu ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada bank hesabına köçürülməklə) həyata keçirilə bilər.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ziya Ramazanov İlqar, ziya86ramazanov@yahoo.com, Bakı (06.07.2019) (Oxunub: 48 dəfə, Orta qiymət: 5, ID: 18824)
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdığı halda təyinatı üzrə istifadəyə yararlı torpaq sahəsinə görə hansı vergi dərəcəsini tətbiq etməlidir?

Bildiririk ki, Vergi Məcəlləsinin 206-cı maddəsi ilə kənd təsərrüfatı torpaqları 2 qrupa bölünür:

- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan torpaqlar;

- təyinatı üzrə istifadə edilməyən torpaqlar.

İkinci halda kənd təsərrüfatı torpaqları ümumiyyətlə istifadə olunmur və ya təyinatı üzrə istifadə edilmir. Məhz bu halda Vergi Məcəlləsinin 206.1-ci maddəsi tətbiq edilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Saidov Danyal Əlinəzər, Abşeron (06.07.2019) (Oxunub: 72 dəfə, Orta qiymət: 5, ID: 18823)
Xahiş edirəm ki, VÖEN 3100135212 nin fəaliyyət dövrü haqqında məlumat verəsiniz.

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyət növü barədə məlumat kommersiya (vergi) sirri hesab edilir. Kommersiya sirri təşkil edən məlumatlar vergi ödəyicisi tərəfindən şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edilməklə əldə edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Fuad İsmayılzadə Eldar, fuadismayilzada666@gmail.com, Bakı (06.07.2019) (Oxunub: 51 dəfə, Orta qiymət: 5, ID: 18822)
Salam. Mən Doktoranturada oxuduğum zaman vergi orqanlarında işə qəbul olub işləyə bilərəmmi? Bakalavr, magistratura, doktoranturada təhsil aldığım üçün hərbi xidmətə getməmişəm.

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Qeyd olunanlara əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edildiyiniz halda vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Anton Kazarov Olgovich, kazarov82@hotmail.com (06.07.2019) (Oxunub: 54 dəfə, Orta qiymət: 5, ID: 18821)
Salam, işlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı və yaxud olmamağı barədə məlumatı haradan və necə əldə edə bilərəm?

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 Saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarına əsasən Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri, eyni zamanda onlara xidmət  göstərən xarici və yerli subpodratçılar  neft-qaz sahəsində fəaliyyət hesab olunur.

Mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət meyarına aid olunur.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 101.1-ci maddədə qeyd olunan qaydada, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə vergi hesablanır.

Mövcud qanunvericiliyə əsasən vergi ödəyicilərinin hansı meyarlara aid edildiyi barədə məlumatın vergi orqanı tərəfindən açıqlanması nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmməd Cəfərov Vahid oğlu, Mingəçevir (06.07.2019) (Oxunub: 37 dəfə, Orta qiymət: 5, ID: 18820)
Salam xahiş edirəm, yeni işə qəbul imtahanının nə vaxt olacağı barədə məlumat verərdiniz.

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən,  Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Qələndərov Amil Səfiyar, amilqalandarov@gmail.com, Mingəçevir (06.07.2019) (Oxunub: 54 dəfə, Orta qiymət: 5, ID: 18819)
Salam. Məhdud Məhsuliyyətli Cəmiyyət yaratmaq isdəyirik, zəhmət olmasa bizim bu istəyimizin reallaşmasına da öz dəstəyinizi verəsiniz. 1.) MMC-ni necə yarada bilərik? 2.) MMC-ni təsis etmək üçün, bizə lazım olan sənətlər toplusunu göndərə bilərsiniz? Öncədən sizə təşəkkür edirəm.

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlər təqdim edilməli olan vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan Mobil nömrə və FİN kod vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;    
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əsədov İlqar Qasım, ilgar.asad@outlook.com (06.07.2019) (Oxunub: 54 dəfə, Orta qiymət: 5, ID: 18818)
Salam. Fərdi sahibkar Abşeron rayonunun Masazır kəndində (qəsəbəsində) qeydiyyatdadır. Quşçuluq fabriki var. Toyuq alıb satmaqla məşğuldur. Fəaliyyət kodu : 01471. Bilmək istəyirəm ki, fərdi sahibkarın özü ilə bağlı olan M.D.S.S. məqsədləri üçün fəaliyyət növünün kodu neçədir?

Bildiririk ki, sorğunuzda qeyd olunan şəxs ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsi fəaliyyəti ilə məşğul olduğu halda, “Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” sinifinə aid edilir və fəaliyyət göstərdiyi əraziyə uyğun olaraq kod seçilir.

Sorğunuzda qeyd olunduğu halda, ev (kənd təsərrüfatı) quşlarının alıb satdığı halda isə Òicarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər siyahısına aid edilir və fəaliyyət göstərdiyi əraziyə uyğun olaraq kod seçilir.

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə (misal olaraq şəxs ticarət fəaliyyəti ilə yanaşı digər sahələrdə fəaliyyət göstərir) məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Etibar Turalov Tahir, etibtur@mail.ru, Bakı (06.07.2019) (Oxunub: 37 dəfə, ID: 18817)
Salam. Azərbaycan rezidenti olan şirkətə güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçən şirkət tərəfindən göndərilən mal gömrükdə Türkiyə Respublikasında qeydiyyatda olan şirkətin adından bəyan olunur. Müqavilə Türkiyə Respublikasındakı şirkətlə bağlanıb. Malların dəyəri Türkiyə Respublikasındakı şirkətə ödənir, daha sonra Türkiyə Respublikasındakı şirkət güzəştli ölkədəki şirkətə ödəniş edir. Azərbaycan rezidenti olaraq Türkiyədəki şirkətə ödəniş edərkən ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Bildiririk ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd edilən hallar ilə əlaqədar daha ətraflı məlumat almaq üçün əməliyyatın xarakteria açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələri əlavə etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 128-ci, 125.1.9-cu maddələri. 

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tural Sevdimalıyev Rafiq, tural.sevdimaliyev@gmail.com, Bakı (06.07.2019) (Oxunub: 52 dəfə, ID: 18816)
Salamlar. Təşkilatlar "Online Banking" sistemi ilə işləyən banklar vasitəsi ilə ödəniş etdikdə, həmin ödəniş tapşırıqlarını çap edib və möhürləyib saxlamalıdırlarmı? Təşkilatlar ehtiyat edirlərki online olan əməliyyatları kağız uçotu ilə aparıb arxivləşdirməsələr vergi orqanları tərəfindən cərimələnərlər. Təşkilatlar online aparılan əməliyyatları məsələn e-vhf,qf və s. çap edib möhürləyib arxivləşdirməlidirlərmi? Qeyd: xahiş edirəm əgər varsa qanunlardan maddə ilə nümunə gətirərək cavablandırasınız. Diqqətinizə görə minnətdaram.

Bildiririk ki, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

Sorğunuzda qeyd olunan elektron vergi hesab-fakturasının, elektron qaimə-fakturanın tətbiqi və istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir.

Belə ki, mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Göründüyü kimi digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən tələb olunmur.

Əsas: Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi 14 mart 2017-ci il tarixli 89 saylı və “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın  təsdiq edilməsi haqqında 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarları, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.