Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,3 faiz artıb

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 iyul 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.372 ədəd olub. 

Yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – iyun aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manatdan artıq olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,6 milyon manat və ya 27,3 faiz çoxdur.