Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hüquqi xidməti göstərən digər şəxslərin müvafiq hüquq və vəzifələri mövcuddur.

Hüquqi xidmət göstərən digər şəxslərin aşağıdakı hüquqları mövcuddur:

1. Monitorinq olunmalı əməliyyatlar barədə məlumatları Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, bank sirri və ya qanunla qorunan digər sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb olunmama;
2. Maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların müqabilində əldə edilmiş nəticələr haqqında məlumatlandırılma.

Hüquqi xidmət göstərən digər şəxslərin aşağıdakı vəzifələri mövcuddur:

1. Müştərinin və kontragentin eyniləşdirilməsi və verifikasiyası;
2. İşgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yeniləşdirilməsi;
3. Yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edilməsi;
4. Müştərinin və ya kontragentin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;
5. Bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;
6. Müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;
7. Qanunla tələb olunduqda, daxili nəzarət sistemlərinin hazırlanması;
8. Aşağıdakı əməliyyatlara və hallara dair məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi:

  1. məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması;
  2. Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla, məbləğindən asılı olmayaraq, hər hansı əməliyyatların həyata keçirilməsi;
  3. məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatları;
9. Mövcud olduqda, xarici filialları və törəmə hüquqi şəxsləri tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə əməl edilməsi onların yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunursa, bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə yazılı məlumat təqdim etmək.

Maliyyə Monitorinqi Xidməti 17 oktyabr 2011-ci il tarixindən etibarən məlumatların emalı və təhlili üzrə "goAML" analitik sistemin istifadəsinə başlamışdır. "goAML" sistemi məlumat və sorğu mübadiləsinin, əməliyyatların təhlilinin və sənədlərin dövriyyəsinin avtomatlaşdırılması ilə yanaşı, statistik, taktiki və strateji analiz kimi funksiyalara malikdir.

GoAML – REAL

"Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları"nın 6.4-cü bəndinə uyğun olaraq, Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumatların və Xidmət tərəfindən monitorinq subyektlərinə göndərilən sorğulara cavabların yeni üsulla - xüsusi rabitə kanalı vasitəsi ilə "XML" formatında tərtib olunaraq göndərilməsi nəzərdə tutulmuşdur.

"XML" formatının texniki tələbləri ilə bağlı zəruri sənədlər və məlumatlar əlavə olunur:

goAML XML sxem
goAML XML sxemin təsviri
XML faylın sxemə uyğunluğunun yoxlanılması üçün proqram