Axtar
az|рус|eng
Media
07.08.2017

2017-cı ilin iyul ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 26998 zəng cavablandırılıb.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 211271 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 66568 SMS göndərilib.

Iyul ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 344639 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 42597 vətəndaş qəbul edilərək onlara 63494  sayda xidmət göstərilib. 2017-ci ilin 1 avqust tarixinə vergi ödəyicilərinə ümumilikdə 347011 sayda ASAN İmza sertifikatı verilib.

2017-ci ilin iyul ayı ərzində 7860 (1105 hüquqi şəxs, 6755 fiziki şəxs) qeydiyyatdan keçib.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.