Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti BDU-nun Karyera Festivalında iştirak edir

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə Karyera Festivalı keçirilir. BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbirdə dövlət və özəl sektordan olan 105 qurum universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.

Festivala Dövlət Vergi Xidməti də öz stendi ilə qatılıb. Burada tələbələrə Dövlət Vergi Xidmətində iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.