Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30%-ni geri al

Ölkəmizdə daşınmaz əmlakın nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin bir hissəsinin vətəndaşlara geri qaytarılması prosesi davam edir. Vətəndaşlara xərclərinin bir hissəsini geri almağa imkan verən bu layihə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində uğurlu addımlardan biridir.

Dövlət Vergi Xidməti iqtisadiyyatda şəffaflaşmaya xidmət edən bu layihənin daha geniş kütlələrə çatdırılması məqsədilə sosial çarxlar hazırlayıb. Növbəti sosial çarxda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilən ƏDV-nin 30%-nin vətəndaşlara geri qaytarıldığı diqqətə çatdırılır.