Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Müraciətlər

     Vergilər Nazirliyinin rəsmi internet səhifəsi Azərbaycan Respublikasının Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Səhifənin hər bir istifadəçisinin vergi məsələləri ilə bağlı təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır. Ümid edirik ki, göstərilən xidmətimiz sayəsində Sizi maraqlandıran suallar, narahat edən məsələlər qısa müddət ərzində öz həllini tapacaqdır.

 

Vergilər naziri
Fazil Məmmədov


Hörmətli istifadəçi!
Elektron formada müraciəti göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olasınız:

- Müraciətin göndərilməsi üçün nəzərdə tutulmuş forma mahiyyəti üzrə və real məlumatlarla doldurulmalıdır;
- Ulduz (*) işarəsi olan xanaların doldurulması zəruridir;
- Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır;
- Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin siyahısı”na əsasən, Vergilər Nazirliyi tərəfindən vətəndaşların elekton müraciətlərinin (təklif, ərizə, şikayət) qəbul edilməsi üzrə xidmətlər aşağıdakılardır:
Vergilər nazirinə onlayn müraciət
Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi
Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi
Vergilər Nazirliyinin Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi
Vergi orqanlarına müraciət








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.