DVX rəisi “Uğur yolu” layihəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Dördüncü “Uğur Yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb. Gəncləri qazandıqları uğur münasibətilə təbrik edən Orxan Nəzərli qeyd edib ki, layihədə əldə olunan nəticə onların bilik və bacarıqlarının, zəhmətinin və davamlı inkişaf səylərinin göstəricisidir.
Xidmət rəisi bildirib ki, növbəti “Uğur yolu” layihəsinin başa çatması qaliblər üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Orxan Nəzərlinin sözlərinə görə, layihə iştirakçılara özlərini sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək, yeni təcrübələr qazanmaq və fərqli insanlarla ünsiyyət qurmaq imkanı yaradıb.
Görüşdə qeyd olunub ki, uğur birdəfəlik nəticə deyil, davamlı inkişaf və yeni məqsədlər tələb edən prosesdir. Bu baxımdan, qarşıya çıxan imkanları vaxtında görmək və düzgün dəyərləndirmək, yeni biliklər əldə etmək, təşəbbüskarlıq göstərmək və öz üzərinə məsuliyyət götürmək mühüm əhəmiyyət daşıyır.
Orxan Nəzərli vurğulayıb ki, peşəkar inkişafla yanaşı, komandaya, təşkilata və cəmiyyətə dəyər qazandırmaq da mühüm məqsədlərdən biri olmalıdır. DVX üçün gənclərin inkişafı və potensialının reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Gənclərin yeni yanaşmalar irəli sürməsi, təşəbbüslərlə çıxış etməsi və gələcəkdə daha böyük məsuliyyətlərə hazır olması təşkilatın inkişafına töhfə verən amillərdəndir.
“Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Ardınca isə Xidmət rəisi iştirakçıların suallarını cavablandırıb.

18 sentyabr 2026, 16:56