Axtar
az|рус|eng
Xəbərlər


2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

 

Əmlak və torpaq vergisinin ödəyiciləri

  • 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

  

2018-ci ilin iyul ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

 

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

 

cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

  • Xüsusi notariusların 2018-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

 

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.