Qeyri-rezident rəqəmsal xidmət təminatçıları üçün videotəlimat hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyri-rezident rəqəmsal xidmət təminatçılarına dəstək məqsədilə “Elektron ticarət üzrə qeyri-rezidentlərin ƏDV portalı – vergi uçotu” ərizəsinin təqdim olunması qaydalarını əks etdirən videotəlimat (ingilis dilində) hazırlanıb.