Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Nazirlik haqqında

Həsənov Əli Nazim oğlu
Tədris Mərkəzinin rəisi
Vergi xidməti müşaviri

 

1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-neft-mədən fakültəsi üzrə bakalavr pilləsini bitirmişdir.

2013-cü ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsi üzrə magistr pilləsini bitirmişdir.

2009-cu ildə Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Dama məktəbində məşqçi-müəllim vəzifəsində çalışmışdır.

2010- 2011-ci illərdə Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsində böyük mütəxəssis vəzifəsində çalışmışdır.

 2011-2014-cü illərdə Vergilər Nazirliyinin Aparatının rəhbərinin müavini-Dəftərxana və arxiv şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2014-2016-cı illərdə Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisinin birinci müavini və Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifələrində çalışmışdır.

2016-cı ilin may ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsində çalışır.

Ailəlidir.


Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.










Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.