Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Vergi Akademiyası” proqramına qeydiyyatın başa çatmasına 3 gün qaldı!

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin qız tələbələri üçün təşkil olunan “Vergi Akademiyası” proqramına sənəd qəbulunun başa çatmasına 3 gün qalıb.

Proqramda iştirak etmək üçün sənəd qəbulu 15 noyabr 2026-cı il saat 23:59-dək vergiakademiyasi@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə həyata keçiriləcək.

Müraciət göndərərkən məktubun mövzu hissəsində “Vergi Akademiyası 2026” qeyd edilməli, şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və CV fayl şəklində məktuba əlavə olunmalıdır.