Axtar
az|рус|eng
Qanunvericilik

 

“Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli
əmrinə dəyişiklik edilməsi barədə

 

Dövlət vergi orqanlarında mövcud vakant vəzifələrin tutulması üçün işə qəbulun həyata keçirilməsi məqsədilə vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmri ilə dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqə elan edilmişdir.

Yaranmış zərurətlə əlaqədar olaraq “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.1-ci və 15.15-ci bəndlərini rəhbər tutaraq

 

Ə M R   E D İ R Ə M

 

1. “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmrinin 1 saylı Əlavəsi yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmrinin 2 saylı Əlavəsindəki müsabiqə elanının mətnində aşağıdakı dəyişikliklər edilsin:

-  “Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 20.12.2017-ci il saat 24:00-dək həyata keçirilir” cümləsi “Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 30.12.2017-ci il saat 24:00-dək həyata keçirilir” cümləsi ilə əvəz edilsin;

-  “Elektron ərizə vermiş namizədlər 24-26.01.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir” abzası “Müsabiqənin test imtahanı Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış tarixdə, yerdə və vaxtda keçiriləcəkdir. Test imtahanının keçiriləcəyi tarix və müsabiqədə namizəd kimi qeydə alınmış vətəndaşların imtahana buraxılış vərəqələrinin götürülməsi tarixi barədə Nazirliyin rəsmi internet saytında əlavə məlumat veriləcəkdir” abzası ilə əvəz edilsin.

3. Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu əmrlə edilmiş dəyişikliklər barədə məlumatın Vergilər Nazirliyinin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etsin.

4. Vergilər Nazirliyinin aparatının bütün struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, aidiyyəti üzrə bu əmrin tələblərindən irəli gələn bütün məsələləri həll etsinlər.

5. Bu əmrin icrasına nəzarət vergilər nazirinin birinci müavini – Müsabiqə komissiyanın sədri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanova tapşırılsın.

 

Vergilər naziri
Mikayıl Cabbarov

26 dekabr 2017-ci il
1717040101838700 


Azərbaycan Respublikası Vergilər Nazirliyinin
26 dekabr  2017-cı il tarixli
1717040101838700 nömrəli əmrinə Əlavə

 

 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin
müsabiqəsinin keçirilməsi üçün
İŞ   PLANI

İşin məzmunu

İcraçı

İcra müddəti

1

 

Müsabiqənin sənəd qəbulunun müddətinin artırılması, test imtahanının və imtahana buraxılış vərəqələrinin verilməsi tarixlərinin dəyişdirilməsi barədə məlumatın Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsi

 

Media və kommunikasiya mərkəzi, İnsan resursları departamenti

 

Bu əmr imzalandığı tarixdən

2

Ədəbiyyat siyahısına uyğun olaraq müsabiqə üçün sual bankının ekspertiza edilməsi üçün otağın ayrılması. Mühafizə ilə təmin olunması. Məxfilik təmin olunmaqla hazırlanıb Xüsusi işlər üzrə şöbəyə təhvil verilməsi.

Maliyyə və təminat departamenti VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Xüsusi işlər üzrə şöbə və Bu əmrin 4-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

 

08.01.2018-ci il tarixdən 19.01.2018-ci il tarixədək

 

 

3

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlardan ərizələrinin işçi qrup tərəfindən  ilkin yoxlamadan keçirilərək qəbul edilməsi

İnsan resursları departamenti,

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

05.12.2017-ci il tarixdən saat 10:00-dan 30.12.2017-ci il saat 24:00 tarixədək

4

Müvafiq qaydalara uyğun olaraq qəbul edilmiş ərizələrdəki məlumatların işə qəbul edilmə şərtlərinə uyğunluqlarının müəyyən edilməsi

Müsabiqə komissiyası və

bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

09.01.2018-ci il tarixədək

5

Müsabiqəyə buraxılacaq namizədlərin ərizələrinin reyestrinin tərtib olunaraq DİM-ə təqdim olunması

 

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

DİM-lə razılaşdırılmış tarixdə

6

 

İmtahana buraxılış vəsiqələrinin DİM-dən alınıb vətəndaşlara təqdim edilməsi

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

Test imtahanına 3 gün qalmış

7

Test imtahanının keçirilməsi

DİM,

Müsabiqə komissiyası tərəfindən seçilmiş nümayəndələr (müşahidəçilər)

DİM-lə razılaşdırılmış tarixdə

8

Test imtahanının nəticələrinin DİM-dən alınaraq Müsabiqə Komissiyasının üzvlərinin iştirakı ilə aşkarlanması

İnsan resursları departamenti, Müsabiqə Komissiyası

Test imtahanı keçirildiyi gündən sonrakı 2 gün ərzində

9

Müsabiqə Komissiyası ilə razılaşdırılmaqla test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərin müsahibəyə buraxılması üçün qruplaşdırılması, müsahibə gününün müəyyən edilməsi və vətəndaşlara bu barədə məlumat verilməsi

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

Müsahibənin keçiriləcəyi tarixdən ən azı 2 gün əvvəl

10

Müsahibənin keçirilməsi

Müsabiqə komissiyası

Test imtahanının tarixindən və namizədlərin sayından asılı olaraq müəyyən edilmiş tarixlərdə

11

Müsabiqənin nəticələrinin protokolla rəsmiləşdirilməsi və elan edilməsi və Kadr ehtiyatlarına daxil edilməsi tövsiyə olunmuş namizədlərin siyahısının vergilər nazirinə təqdim edilməsi

Müsabiqə komissiyası

Müsahibə sona çatdıqdan sonra 5 gündən gec olmayaraq

12

Namizədlərin müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətlərinin araşdırılması

Müsabiqə komissiyası

Müsahibə nəticələri elan olunduqdan sonra 10 iş günü ərzində

13

Müsabiqənin nəticələrinin kütləvi informasiya vasitələrinə ötürülməsi və nazirliyin rəsmi internet saytında dərc edilməsi

Media və kommunikasiya mərkəzi

 

 

Namizədlərin siyahısının vergilər nazirinə təqdim edildiyi gündən

 

 





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.