Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şirinov Fərman Yaşar oğlu Si***@mail.ru ID: 4377
Salam. Mən Xırdalanda yerləşən aptekden dünən 17.03.2021 ci il tarixdə 2 ədəd uşaq yeməyi almışam 1 ədədinin qiyməti 18 manat 25 qəpiyə. Satıdıdan çek tələb etdim. O isə əvəzində mənə ƏDV-si 0 faiz olan çek verdi. Mən birinci dəfə deyildi ki, uşag yeməyi alıram. Bu aptek isə vergidən yayınmaqla mənə o faizli çek verdi. Xahiş edirəm əməkdaşlardan kimsə mənlə əlaqə saxlasın.
18/03/2021 Read: 95 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

0/5 (0 Average count)
Qiymət ver:
Nigar Sərdarova Ərşad ni***@mail.ru ID: 4375
Yazıb sizə bildirərəm ki, “Polikom Konsaltinq” MMC girovda olub,olmamaqıynan bağlı,sizdən rəsmi arayışın verilməsini xahiş edirəm.
18/03/2021 Read: 85 Average count: 0

Sorğunuzdan təsis paylarının yüklü olub-olmaması barədə arayış almaq istədiyiniz qənaətinə gələrək bildiririk ki, bunun üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. Arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 5 iş günü müddətində verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

 

0/5 (0 Average count)
Qiymət ver:
Zülfiyyə Hüseynova mu***@gmail.com ID: 4374
16.03.2021 tarixində etdiyim alış-verişdən sonra qəbz sistemə oturmayıb, səbəb nədir?
17/03/2021 Read: 72 Average count: 0

Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyə edirik. Cəhdiniz zamanə xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Hakim ha***@rabler.ru ID: 4373
Salam. Bu aydan ƏDV ödəyicisi olmuşuq. Şirkət xarici ölkədən hər ay ödəniş olur. Bu ay da 4000 dollar ödəniş olacaq. Xarici Dövlət şirkəti olduğu üçün yəqin ki, E-qaimə onlara göndərilmir və müqavilədə ƏDV qeyd olunmayıb. Belə olduqda 4000 manatdan ƏDV tutulub ödənməlidir ya yox?
17/03/2021 Read: 141 Average count: 5

Bildiririk ki, Vergi məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 

Buna əsasən ƏDV şirkət tərəfindən qeyri-rezident şəxsə göstərilən xidmətə görə ödənişin alındığı günə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır və həmin ayın ƏDV bəyannaməsində qeyd olunur. 

Eyni zamanda, sorğuda hüquqi şəxsin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı əsaslı məlumatlar qeyd edilməmişdir. Qeyd olunanlara əsasən sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Seroşdan Svetlana Valeryevna sv***@mail.ru ID: 4372
Salam. Prafilaktoriyanın açılması haqqında məlumat almaq istəyirdim. Fiziki şəxsin adına alınacaq və həmin obyektdə fəaliyət göstərən ustalar necə işləməlidir? Əmək müqaviləsi əsasında, yoxsa xidmət müqaviləsi əsasında?
17/03/2021 Read: 110 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Həmçinin bildiririk ki, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə sahibkarlar arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda həmin fiziki şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmalıdır. Gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. 

Qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanması nəzərdə tutulmayan müvəqqəti (mövsümi) xarakterli işlərin görülməsinə cəlb edilmiş fiziki şəxslərə mülki qanunvericiliyə uyğun olaraq mülki-hüquqi müqavilə bağlanmasına məhdudiyyət nəzərdə tutulmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 220-ci maddələri

0/5 (0 Average count)
Qiymət ver:
Ziya Əliyev Əbülfət zi***@mail.ru ID: 4370
Salam. Mən VÖEN-in parol və şifrəsini itirmişəm. Necə bərpa edə bilərəm?
16/03/2021 Read: 61 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Alşanov Elşad oğlu av***@mail.ru ID: 4369
Salam Hörmətli Vergi əməkdaşları. Vergi Məcəlləsinin Maddə 102.5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Güzəşt olunan tərəflərdən biri xarici vətəndaş olduğu üçün işləyib işləmədiyi və yaxud vergi güzəşti olunub-olunmadığı barədə heç bir dövlət qurumundan məlumat almaq olmur. Belə olan vəziyyətdə necə etmək lazımdır?
16/03/2021 Read: 81 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseyn Qəhrəmanov Həsən oğlu qo***@mail.ru ID: 4368
Salam. Mən Qəhrəmanov Hüseyn Həsən oğlu. 2020 SABAH qrupları məzunu (Fərqlənmə). Keçən ay bu barədə məktub yazmışdım amma tam olaraq bu suala cavab verilmədi. Bilmək istəyirəm ki, 2018-ci ildə Təhsil Nazirliyi və Vergi orqanı ilə bağlanmış 2018-2023 Memoronduma əsasən bu il Dövlət Vergi Xidmətində işə qəbulla bağlı “SABAH” qrupları məzunları üçün ayrıca imtahan təşkil olunacaqmı? Xahiş edirəm bu haqda məlumatlandırasınız. Öncədən təşəkkürlər!
16/03/2021 Read: 66 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməyiniz tövsiyə olunur,

0/5 (0 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 4367
Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər cari ayda (vəsait daxil olan ay) ƏDV-yə cəlb olunur.
16/03/2021 Read: 193 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

Qeyd olunanlara əsasən təqdim ediləcək mallara (işlərə, xidmətlərə) görə verilən avans ödənişləri ƏDV-nin vergitutma obyektini yaradır və ödənişin aparıldığı ay avans ödəmənin məbləğinə ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 166-cı maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Rəşad Əliyev Qərib ra***@yahoo.com ID: 4366
Salam. Mənim sualım bir hüquqi şəxsin digər hüquqi şəxsə ödənişsiz mal-material təhvil verməsi ilə bağlıdır. Məsəl üçün: "A" şirkəti Avropadan hər hansı mal-material alır, Azərbaycana gətirir, qanunvericilikdə tutulan bütün gömrük rüsum və vergiləri ödəyir. Lakin həmin mal-materialı sonradan "B" şirkətinə təmannasız, ödənişsiz təhvil-təslim aktı ilə təhvil verir. 1 -ci sual: "A" şırkəti həmin mal-materialı öz balansından hansı sənədlər əsasında çıxatmalıdır? 2-ci sual: "A" şirkəti "B" şirkətinə sıfır məbləğ ilə e-qaimə göndərə bilərmi? 3-cü sual : " A" şirkəti bu mal-materialın dəyərini "A" şirkətinin xərcləri hesabatına daxil edə bilərmi?
16/03/2021 Read: 182 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə əlaqədar olan bütün xərclər, o cümlədən qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən şirkət tərəfindən digər şirkətə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri şirkətin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Göstərilənlərə əsasən əmlakın əvəzsiz olaraq verilməsi həmin əmlakın təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.

Eyni zamanda vergi ödəyicisinin əvəzsiz qaydada digər şəxslərə mal verməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 71-1-ci, 108-ci, 142-ci, 143-cü, 159-cu və 161-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Fidan ag***@gmail.com ID: 4363
Ədv geri qaytarılmayıb, 30 gündən artıqdır.
15/03/2021 Read: 61 Average count: 0

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Anar a.***@yahoo.com ID: 4424
Salam. 25.02.2021-ci ildə Sumqayıt şəhər "Istikbal" mağazasından yumşaq mebel almışam. ƏDV çekini əlavə etmişəm və tətbiqdə qırmızı görsənir. Yəni "ləğv", bunun səbəbini bilmək istəyirdim. Kassa aparatinin zavod nomresi: SA 0200007218102020 Fiskal ID: D4xHVRMC6zbr
15/03/2021 Read: 60 Average count: 0

Sorğunuzda qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir. 

0/5 (0 Average count)
Qiymət ver:
Ceyhun Ahmadov je***@gmail.com ID: 4438
4ngprhCnW55X nömrəli Fiskal ID artıq 8-ci gündür ki, daxil edə bilmirəm. Zara mağazasından alınmış paltar qəbzidir. (2021 .23 mart tarixində )
15/03/2021 Read: 80 Average count: 0

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəmov Zaur Tofiq za***@gmail.com ID: 4362
Salam, fiziki şəxslərin (vətəndaşların) mülkiyyətində olan yaşayış sahələrinə görə hesablanan əmlak vergisi vaxtında ödənilmədiyinə görə 0,1% hesablanması Vergi Məcəlləsinin hansı bəndinə uyğun olaraq aparılır? 200.6. bəndə əsasən Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Cərimə haqqında növbəti cümlə çıxarılıb: "Vergi vaxtında ödənilmədikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada faiz hesablanır". Ancaq eyni zamanda 59.1. bəndinə əsasən: Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu maddələr arasında ziddiyət yaranıb-yaranmaması haqqında məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.
15/03/2021 Read: 95 Average count: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinin müddəalarına əsasən əmlak vergisi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

1/5 (1 Average count)
Qiymət ver:
Ümid Fərmanlı um***@gmail.com ID: 4361
Salam, mən özümə şirkət açmaq istəyirəm, xaricdən elektrik malları vurmaq istəyirəm. Şirkət açmaq üçün hansı sənədlər lazımdır və nələr qeyd olunur həmin sənəddə. Mən Gədəbəy rayon qeydiyyatındayam. Bakı şəhərində yaşayıram. Şirkət açmaq üçün hər hansı ərazi olaraq yaşadığım ünvanı göstərə bilərəmmi? Eyni zamanda da satış yeri kimi. Bunu üçün də nələr lazımdır. Ətraflı məlumat versəniz çox minnətdar olardım. Hansı sənədlər üçün haraya müraciət edəcəyimi və digər proseslərin mərhələ mərhələ necə olacağını?
14/03/2021 Read: 83 Average count: 0

Bildiririk ki, şəxs sahibkarlıq fəaliyyətini vergi orqanında vergi uçotuna alınmaqla fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilər. 
Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), fərdi sahibkarlar yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır.

Eyni zamanda, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini mülkiyyətində və ya icarəsində olan təsərrüfat subyekti vasitəsilə həyata keçirdiyi halda həmin obyekt olduğu ünvan üzrə vergi orqanında uçota alınmalıdır. 

Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

 

0/5 (0 Average count)
Qiymət ver:
Nizami Şükürov Xaliq ni***@gmail.com ID: 4160
Salam, VÖEN-lə bağlı məlumat almaq istərdim sizdən. Qurbanova Səidə Elman qızı 1901902442. VÖEN-in bağlı olub-olmamağı haqda məlumat verə bilərsiz?
14/03/2021 Read: 158 Average count: 5

14 mart 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Qurbanova Səidə Elman qızının (VÖEN 1901902442) fəaliyyəti dayandırılmışdır.

5/5 (2 Average count)
Qiymət ver:
Nuran Mahmudov Vali ma***@outlook.com ID: 4360
24 yanvar 2021-ci ildə MG stordan aldığım məhsulun (Fiksal ID: **********) edv-si helede gözleme statusundadır və 30 gün keçməsinə baxmayaraq hələ də geri qaytarılmır. Səbəbini e-mail ünvanıma göndərməyinizi Sizdən xahiş edirəm.
13/03/2021 Read: 67 Average count: 3

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Sorğunuzda qeyd olunan NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ləğv oluna bilər. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Məcdi Nərgis 96***@gmail.com ID: 4359
Salam, mən AMEA-da işləyirəm. Bizə aylıq maaşdan əlavə milli bayramlarda mükafat ayrılır. Mükafatın miqdarı eyni vəzifəli fərqlilik göstərir. Bunun səbəbi nə ola bilər? Digər sualım isə budur ki, əmək haqqından tutulan vergi faizlərindən əlavə bayramlarda verilən mükafatlardan da vergi tutulurmu? Əvvəlcədən təşəkkürlər.
12/03/2021 Read: 116 Average count: 3

Birinci sualınızda qeyd olunan, işçilərə verilən mükafatın məbləğinin fərqli olmasının səbəbini, təşkilatın mühasibatlığına müraciət edərək aydınlaşdırmağınız tövsiyə olunur.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlər, habelə pul mükafatları Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş dərəcələrlə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Kəmalə Nağıyeva Mustafa qızı ba***@icloud.com ID: 4358
04.03.2021 tarixində İdeal mağazasından alış-veriş zamanı verilən çeki ƏDV geri almaq üçün portala daxil etmişəm və 7 gün keçməsinə baxmayaraq hələ çek tapılmayıb və gözləmə mövqeyinə keçməyib. Çekin Fiscal İD 4fJncqBN8eVg
12/03/2021 Read: 65 Average count: 4

Sorğunuzda qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

4/5 (1 Average count)
Qiymət ver:
Əlibala Baxışlı Boris oğlu el***@gmail.com ID: 4357
Kuriyer işi üçün VÖEN açmaq istəyirəm . Zəhmət olmasa ətraflı məlumat verə birsiz? Əsas Faiz dərəcəsi?
12/03/2021 Read: 133 Average count: 4

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz halda,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

4/5 (1 Average count)
Qiymət ver: