Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elçin Cəfərov El***@mail.ru ID: 928
Salam. Nəzərinizə çatdırmaq istərdik ki, ərzaq məhsulunun istehsalı ilə məşğul olmaq istəyirik. Həmin ərzaq məhsulunun hazırlanmasında alça turşusundan da istifadə olunur. Biz alça turşusunu alçanı öz həyətində qurudub satan vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxsdən (kəndli) alış aktı ilə almağı planlaşdırırıq. Sualımız ondan ibarətdir ki, yuxarıda adı çəkilən xammalı alarkən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən 2 % vergi tutulmalıdırmı?
19/03/2020 Read: 246 Average count: 4

Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə, həmin  şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı zamanı, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

Müraciətinizdə qeyd olunan alça turşusu kənd təsərrüfatı məhsulu hesab olunmadığı və emal sənayesi məhsulu hesab olunduğu üçün ödəmə mənbəyində verginin tutulması tələb olunmur.

Həmçinin bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.61-ci, 71-2-ci, 101.6-cı və 150.1.14-cü maddələri.

4/5 (10 Average count)
Qiymət ver:
Məmmədhəsən Hüseynov Bəxtiyar oğlu ma***@gmail.com ID: 893
MMC qeyri-rezident şirkətdən proqram təminatı almışdır. Bu zaman qeyri rezidentin AR gəlirlərindən ödəmə mənbəyində vergi tutulmalı olduğu halda, yanlışlıqla müqavilədə göstərilən məbləğ ÖMV nəzərə alınmadan ödənilmişdir. Daha sonra isə bu yanlışlığı aradan qaldırmaq üçün ödənilmiş məbləğin 14% həcmində dövlət budcəsinə ödəniş edilmişdir. Ümumilikdə qeyri rezidentə ödənilən və büdcəyə ödənilən məbləğlərin cəmi müqavilədə göstərilən qiymətdən artıq olmuşdur. Bilmək istərdik biz bu ödədiyimiz vergini mənfəət bəyannaməsində xərcimiz kimi göstərə bilərikmi?
19/03/2020 Read: 243 Average count: 4

Bildiririk ki, qeyri-maddi aktivin alğı-satqısı əməliyyatı üzrə ödənişlər royalti hesab olunmadığı üçün qeyri-rezidentdən alınmış qeyri-maddi aktivə görə ona edilən ödənişlər 18 faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməklə yanaşı, həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Müraciətinizdə qeyd olunan halda, qeyri-rezidentə ödənilmiş məbləğdən 10 % dərəcə ilə ÖMV tutulmalı və 18% dərəcə ilə ƏDV hesablanaraq büdcəyə ödənilməlidir. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Eyni zamanda, bildiririk ki, qeyri-rezidentdən tutulmalı olan verginin gəliri ödəyən şəxs tərəfindən ödənilməsi həmin şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas:Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Orxan Balaylı ba***@mail.ru ID: 892
Salam. Mən online mağaza (sayt) açmaq istəyirəm. Saytda olan məhsullar Türkiyə və Rusiyada istehsalçı şirkətlər və mağazalardan yerləşdiriləcək. Belə ki, müştəri məhsulu sifariş verdikdə həmin məhsulu mən Rusiya və Türkiyədən sifariş edəcəm. Bunun üçün vergi qanunvericiliyi haqqında məlumatlara ehtiyac var. 1. Mən rəsmi olaraq məhsulu gətirmek üçün hüquqi, yoxsa fiziki şəxs olmalıyam? 2.Sadələşmiş vergi ödəyicisi olacam, yoxsa ƏDV ödəyicisi? 3.Bütün bunları etmək üçün məkan, anbar, mühasib və s. olmalıdırmı? Zəhmət olmasa suallarımı cavablandırmaq üçün məktubu aidiyyati şöbəyə yönləndirəsiniz.
19/03/2020 Read: 171 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirildiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

5/5 (2 Average count)
Qiymət ver:
Bahirə Ağayar qızı Mirzəyeva tt***@mail.ru ID: 927
Salam. III qrup əliliyi olan işçinin əmək haqqından gəlir vergisi tutulur? Bu haqda məlumat verməyinizi xahiş edirəm. Təşəkkür.
19/03/2020 Read: 120 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Göründüyü kimi, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulmuşdur.

Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı və 102.3-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Azim Kazımov az***@yahoo.com ID: 926
Salam. Sualım VM-nin 102.1.6 bəndinin tətbiqiylə bağlıdır. Əməkdaşın aylıq gəlirindən Həyat yığım sığortasının məbləği çıxılandan sonra 200 manat güzəşt tətbiq edilməlidir? Misal: Əməkdaşın əmək haqqı məbləği 3000 manat təşkil edir. Əməkdaş aylıq gəlirinın 1000 manat məbləğini həyat yığım sığortasına yönəltmışdır. Qalan 2000 manat məbləğə 200 manat güzəşt məbləği Vergi Məcəlləsinin 102.1.6 maddəsinə əsasən tətbiq olunmalıdırmı? Yoxsa əmək haqqı məbləği 3000 manat olduğuna görə və bu məbləğ 2500 manatdan yüksək olduğuna görə 200 manat güzəşt (azadolma) tətbiq olunmayacaq?
19/03/2020 Read: 179 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat gəlir vergisindən azad edilmişdir.

Müraciətinizdə qeyd olunan halda işçinin muzdlu işdən gəliri 2500 manatdan çox olduğu üçün qeyd olunan azadolma tətbiq edilmir və 2000 manatdan 14 % dərəcə ilə gəlir vergisi hesablanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı və 102.1.8-ci maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Şəhriyar Yusifli Qurban oğlu sh***@gmail.com ID: 943
Salam. Bilmək istəyirdim ki, işçinin istifadə etmədiyi məzuniyyətə görə işdən çıxdığı zaman ödənilən kompensasiya məbləğindən vergi tutulurmu? Vergi tutulursa, hansı qaydada həyata keçiririlir?
19/03/2020 Read: 186 Average count: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

5/5 (2 Average count)
Qiymət ver:
Mahmudlu Bahar ba***@gmail.com ID: 916
Salam, Mən vergi ödəyicisi Bahar Mahmudlu, VÖEN (1603393282) Sualım belədir: Muzdlu işə aid olmayan fəaliyyətlərdən gələn gəlirlərdən gəlir vergisinin Büdcə təsnifatınin kodu - 111121 olaraq qeyd olunur. lakin 2020 ci il üçün bu kod dəyişib 121300 olmuşdur. (Hansıki 121300 adlı kod https://gpp.az portalında, həmçinin ödənişin edildiyi digər aparatlarda yoxdur) Mən hansı koda vergi ödənişi etməliyəm?
19/03/2020 Read: 165 Average count: 5

Bildiririk ki, “Büdcə gəlirlərinin Təsnifatı"nda, Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir.

121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar

Əsas: Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Rasim Qurban oğlu Sadıxov sa***@mail.ru ID: 949
Salam! Bilmək istəyirəm xarici ölkədə müqavilə ilə çalışan Azərbaycan vətəndaşları hansı hallarda Azərbaycanda da gəlir vergisi ödəməlidirlər? Cavabınız ücün öncədən minnətdarlığımı bildirirəm. Hörmətlə, Rasim Sadıxov
19/03/2020 Read: 168 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Ramazanova Xədicə Ramazan xe***@mail.ru ID: 915
Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs mehmanxana xidməti ilə fəaliyyət göstərir. Bu zaman o bookinq.com -un xidmətindən istifadə edir.Belə halda həmin fiziki şəxs qeyri -rezidentə ödədiyi komisyon xidmətindən neçə faiz vergi ödəməlidir və bununla bağlı hansı bəyannamələri təqdim etməlidir hansı vergiləri ödəməlidir? Qeyri-rezidentin ƏDV ödəyicisi olub-olmamasının fərqi varmı?
19/03/2020 Read: 147 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda, sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkəsi vasitəsilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşməsinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Qeyd edilənlərə əsasən, qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Sadələşdirilmiş vergi ödəyicisi hesablanan vergini qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğdən tutulmuş əlavə dəyər vergisinin bəyannaməsi”ni verməyə borcludur. Bu zaman ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 159-cu, 150-ci və 169-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədli Surə Məşdi Su***@gmail.com ID: 1022
Salam. Özəl klinikalar xəstədən analizə görə 18% ƏDV tuta bilər?
19/03/2020 Read: 59 Average count: 0

Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir.

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Müraciətinizdə qeyd olunan tibb müəssisəsi ƏDV qeydiyyatında olduğu üçün göstərilən xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsinin 153-cü, 161-ci və 173-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 868
Salam.Yeni qaydalara əsasən emala verilən mallar üçün "Malların emala verilməsi barədə e/Qaimə" işlənməlidir. Xidmət göstərilib mallar qaytarıldıqdan sonra isə "Emal prosesi keçmiş malların qaytarılması barəsində e/Qaimə" yazılır. Bu məncə yaxşı bir yenilikdir. Amma zəhmət olmazsa bizə məlumat verərdiniz ki, istehsal olunub qaytarılan mallardan artıq qalan xammal və ya mal materiallar necə qaytarılmalıdır. Çünki "Emal prosesi keçmiş malların qaytarılması barədə e/Qaimə"də qaytarılan hazır məhsul və xidmət yer alırsa, o halda qalıqlar necə qaytarılmalıdır? Təşəkkürlər
19/03/2020 Read: 129 Average count: 3

Bildiririk ki, "Malların emala göndərilməsi qaiməsi” məlumat xarakterlidir. Bu qaiməni malları emala göndərən tərəf hazırlayır. Emal məqsədləri üçün alınmış mallar emal edildikdən sonra təhvil verilməsi zamanı “Emal prosesi keçmiş malların qaytarılması” elektron qaimə-fakturası tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş malların dəyəri istisna olmaqla, məhsula dair bütün rekvizitlər, habelə göstərilmiş emal xidmətinin dəyəri əks etdirilir.

Yuxarıda qeyd olunanlar istehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsinə  aid edilmir. Belə ki, istehsal üçün nəzərdə tutulan xammalın alınması və hazır məhsulun satılması zamanı hər iki tərəf "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə" elektron qaimə-fakturası tərtib edərək qarşı tərəfə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələri.

3/5 (4 Average count)
Qiymət ver:
Təhməz-zadə İlqar Cəbrayıl Ve***@inbox.ru ID: 925
Salam. Mən həm dövlət vergisindən yayınan həm də işçi haqqını tapdayalan şəxs haqqında yazılı şikayət etmişəm. Lakın 1 həftədir cavab gəlməyib. Sizdən xahiş edirəm Bəşər Səfəroğlu küçəsində yerləşən "NurArt" poliqrafiya mərkəzinin rəhbəri Nurəddin Həsənovla bağlı bir tədbir görəsiniz.
19/03/2020 Read: 120 Average count: 4

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Qeyd olunanlara əsasən, müraciətinizin nəticəsi barədə məlumat qanunvericilikdə nəzərdə tutulmuş qaydada veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsi.

4/5 (3 Average count)
Qiymət ver:
Hümbətov Radik Əliyar hu***@hotmail.com ID: 924
Bir idarə müdirinin vergi və sosial borcu külli miqdardadır. Bu haqda onun məhkəməsi gedir. Bununla əlaqədar ərizə yazib işdən azad olmaq istəyir. Belə olan halda cəmiyyətin sədri onu azad edə bilərmi? Əvvəlcədən təşəkkürlər.
19/03/2020 Read: 115 Average count: 5

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, təqsirkar şəxsin işdən azad edilməsi həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir.

5/5 (1 Average count)
Qiymət ver:
Fariz Əliyev fa***@dmx.gov.az ID: 1006
BTP proqramının (v4.0.3) versiyasının ƏDV bəyannaməsinin 5-ci ƏLAVƏ-sində 303.19 sətrində göstərilən VM-nin 164.1.19-cu maddəsinə əsasən bəyan edilən dövriyyə məbləği BTP proqramının hazırkı versiyasının hansı sətrində göstərilməlidir?
19/03/2020 Read: 126 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq vergi ödəməkdən azad edilən əməliyyatlar aparıldıqda, aparılmış əməliyyatın növündən asılı olaraq, ƏDV bəyannaməsinin 5 saylı Əlavəsinin müvafiq kodlarının xanalarına Təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə ƏDV-dən azad olan əməliyyatların məbləği yazılır.
Təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə ƏDV-dən azad olan əməliyyatların məbləğinin cəmi 303-cü sətrinin xanalarında göstərilir. İdxalda ƏDV-nin ödənilməsindən azad olunan əməliyyatlar haqda məlumatın ƏDV bəyannaməsinin 5 saylı Əlavəsində qeyd olunması tələb olunmur. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Əhmədov Emil Tahir ah***@mail.ru ID: 930
Salam. Sumqayıt şəhərində əksər apteklərdə nağdsız qaydada ödəniş qəbul etmirlər, əsas da gətirirlər ki, POS terminal xarabdı. Xahiş edirəm belə hallar ilə qarşılaşdıqda hansı addımlar atmağımızı bizə izah edin.
19/03/2020 Read: 119 Average count: 5

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt-bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Mübariz Mehdiyev Məhəddin oğlu me***@mail.ru ID: 931
“A” Müəssiəsinin fəaliyyət növü çörəyin istehsalı və satışı olduğuna görə Vergi Məcəlləsinin 164.1.27 maddəsinə görə əlavə dəyər vergisindən azaddır. Bu səbəbdən də Vergi Məcəlləsinin 175.4 cü maddəsinə əsasən ödənilən ƏDV məbləğləri əvəzləşdirilməsi yol verilməyən ƏDV məbləğlərinə aid edilir və buna görə də ƏDV məbləğləri malların (iş və xidmətlərin) dəyəri ilə birlikdə müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilir. SUAL: Əvəzləşdirilməsi yol verilməyən ƏDV məbləğləri müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilirsə bu məbləğ mənfəət vergisi bəyannaməsinin hansı sətrində göstərilməlidir? Təşəkkür edirəm.
19/03/2020 Read: 179 Average count: 5

Bildiririk ki, ƏDV-yə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən əvəzləşdirilməsinə yol verilməyən ƏDV-nin məbləği həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirdən çıxılır. Qeyd olunan xərclər mənfəət vergisi bəyannaməsinin "Malın dəyəri” sətrinin xanalarında əks olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Isazadə Hüseyn Əlisa oğlu ag***@mail.ru ID: 929
Böyük vətən müharibəsi iştirakçılarının övladlarına əmək haqqından tutulan vergi hesablanarkən 400 manat , yoxsa 600 manat güzəşt edilir ? Əgər işçi II qrup əlildirsə .
19/03/2020 Read: 89 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərinin (arvadının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

2-ci qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Yuxarıda qeyd olunan iki güzəştin ən yüksək olanı tətbiq olunur.

Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Qeyd olunanlara əsasən, siz azadolmanı təsdiq edən sənədləri təqdim etməklə 600 manat güzəştdən faydalana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Vüqar Cəfərov Mayis vu***@gmail.com ID: 906
102.1.22-1. maddəyə əsasən azad olunan divident əgər köhnə ildən formalaşıbsa onu cari ildə goturəndə əvvəlki illərə görə 10% vergi tutulmalıdır? Əgər vergi tutulmalıdırsa Vergi Məcəlləsinin hansı maddələrinə əsaslanaraq? (Vergi Məcəlləsində gəlirin əvvəlki dövrlərdə formalaşmağı barədə qeyd olunmayıb. Divident, ödəmə mənbəyində tutulan vergiyə cəlb olunduğu üçün müəssisə xalis mənfəətini cari ildə bölüşdürən və gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisədir.)
19/03/2020 Read: 157 Average count: 0

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Səyid Şərizadə Surxay se***@gmail.com ID: 937
Salam, Sual: İşçi 11 ildir A müəssisəsində işləyir. O Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad edilir. Bu zaman ona müvafiq müəssisədəki əmək stajına uyğun olaraq orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti və xəbardarlıq müddəti əvəzinə (işçi razıdır) orta aylıq əmək haqqısının 2 (iki) misli məbləği ödənilir. Burada sualım budur. 1 . İşdən çıxarılmaya görə verilən orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti MDSS-yə cəlb olunurmu? 2.Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqısının 2 (iki) misli məbləği MDSS-yə cəlb olunurmu? Xahiş edirəm hər iki sualıma ayrı ayrılıqda cavab verəsiniz.
19/03/2020 Read: 161 Average count: 4

Bildiririk ki,  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.

4/5 (1 Average count)
Qiymət ver:
Ilham Aydinov Əli oğlu fu***@inbox.ru ID: 944
Müraciətim iki kəlmədir. Niyə hər bir ölkədə mühasibat uçotu onlayn olduğu halda bizim ölkədə heç bu haqda söhbət belə getmir? Yəqin ki, sizə də maraqlıdır. Zəhmət olmasa emailə atarsız cavabı. Tutarlı cavab olsa lap yaxsı olardı Allah rizası üçün.
19/03/2020 Read: 102 Average count: 0

Müraciətinizlə bağlı mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver: