Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search

Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur. VM-nin 155.1 maddəsinə görə yalnız sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ƏDV-nə cəlb oluna bilər.Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) kriptovalyuta alqı satqısı üzrə əməliyyatlarının həcmi 200 000 manatdan artıq olsada, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər.Fiziki şəxsin bu fəaliyyətdən əldə olunan gəlirləri  ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

Ümumi qiymət: 5/52
Qiymət ver: