Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search

Sualınıza cavab olaraq bildiririk ki, işəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı ilə hesabatlarda işçinin hər ay üzrə işlədiyi günlərə görə aldığı əmək haqqı və məzuniyyət  ödənişləri cəmlənməlidir

Bildiririk ki, Əmək Məcəlləsinin 140-cı – “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta  aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.

Müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

İşçi 12 aydan az işlədikdə məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bildiririk  ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. İşəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı ilə hesabatlarda işçinin hər ay üzrə işlədiyi günlərə görə aldığı əmək haqqı və məzuniyyət  ödənişləri cəmlənməlidir.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.   

Ümumi qiymət: 4/54
Qiymət ver: