Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Qasımov Arif Məhəmməd oğlu mr***@mail.ru ID: 4110
Fiskal ID keçmir, çatdırılma edən şəxs öz adına vurub, çünki çek məndədir, portalda keçmir.
01/02/2021 Read: 39 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İsmail İsmayılzadə Ramiz ii***@gmail.com ID: 4109
Salam. Zəhmət olmasa baxa bilərsiniz, belə VÖEN mövcuddur? Varsa kimin adınadır? 5500799442
01/02/2021 Read: 44 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan VÖEN müəyyən edilməmişdir.

Həmçinin bildiririk ki,  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə uçotda olan vergi ödəyicisinin VÖEN-i və adı haqda məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Günel Talişinskaya Rafiq gu***@gmail.com ID: 4108
Salam. Sualım İcbari tibbi sığorta tutulmaları ilə bağlıdır. Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun 15-2ci Maddəsinin 15-2.1. bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bu halda bilmək istərdik ki Azərbaycan Respublikasında yaşama və ya iş icazsəi olan əmək müqaviləsi əsasında çalışan əcnəbi vətəndaşların əmək haqqından İcbari Tibbi Sığorta haqqları tutulurmu? Öncədən təşəkkürlər.
01/02/2021 Read: 88 Average count: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

   Qanunun 15-2.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir.

   Həmçinin, Qanunun 15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə ödənilən əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Fidan Behbudova Bakir be***@mail.ru ID: 4107
Salam, mən kollec bitirmişəm. Hazırda universitetdə təhsil alıram, işə qəbul üçün ali təhsil önəmlidir? Kollec diplomum kifayət edir yoxsa?
01/02/2021 Read: 48 Average count: 5

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Average count)
Qiymət ver:
Şahin Qasımzadə Sh***@gmail.com ID: 4106
Mən təsnifat kodumu bilmirəm. Zəhmət olmasa mənə o kodun neçə olduğunu deyərdiniz ki, mən ödənişimi edim. Birdə ki mən 14.12.2020 dan VÖEN-lə işə girmişdim bir firmaya, indi mənim ödənişim hansı rübə düşür və nə zaman ödəməliyəm? Xülasə mənə ödəniş edəcəyim kod və tarix lazımdır?
01/02/2021 Read: 76 Average count: 0

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. 

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial sğorta, tibbi sığorta, işsizlikdən sığorta haqları və vergi ödənişləri üçün fəaliyyət növləri üzrə büdcə təsnifat kodları yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nəzərov Azər Alqış az***@gmail.com ID: 4105
Salam. Bilmək istərdim ki, İşəgötürənin muzdlu işçiyə ödədiyi əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən hansı vergi yaxud icbari ödənişlər tutulmalıdır?
01/02/2021 Read: 147 Average count: 0

Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Niyazov Cabir Akif ja***@yahoo.com ID: 4104
Salam, Dövlət büdcəsindən maliyyələşməyən müəssisə tərəfindən (yəni müəssisənin öz vəsaiti hesabına) vəfat edən işçinin ailəsinə AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Bu müavinətdən vergi tutulmalıdırmı? Əgər tutulmalıdırsa hansı maddə ilə tənzimlənir? Bu müavinət dəfn üçün müavinət hesab olunur? Təşəkkürlər.
01/02/2021 Read: 79 Average count: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Həşim Kərim oğlu He***@mail.ru ID: 4086
Salam. Mən "edvgerial" üçün Taxmanatdan istifadə edirəm. Noyabr və dekabr ayları üçün geri qaytarılan məbləğ 01.01.2021 tarixdə silindi istifadə edilmədən. Bunun üçü hara müraciət edə bilərəm? Kapital bank Dövlət Vergi Xidmətinə müraciət etməli olduğumu bildirir.
30/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün yalnız edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidlərindən və mobil tətbiqlərdən istifadə edə bilərlər. 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Gültəkin Ələkbərova,Sahib se***@gmail.com ID: 4084
Salam. Mən 2014-2019 cu il ərzində ADPU-nun Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil almışam. Hal Hazırda BDU-nun Rİyazi kibernetika ixtisasında son kursam. Vergi üzrə təyin olunmuş işə qəbul imtahanında iştirak edə bilərəmmi?
30/01/2021 Read: 46 Average count: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nigar Hüseynova Şahin ni***@gmail.com ID: 4083
Salam. 31.12.2021 tarixində yüklənən ƏDV-lər geri qaytarılmadı, imtina olundu. 4 çek üzrə ƏDV haqları toplam 1.23 qəpik edir. Niyə geri qaytarılmadı, heç bir çekin ƏDV-si? Xahiş edirəm mənim sualım cavablansın, o çeklərə yenidən baxılsın
30/01/2021 Read: 69 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nahid Məhərrəmov Mətləb na***@gmail.com ID: 3942
Salam. P2P lendinq platformalarında qazanılan faizə görə hansı vergi ödənilməlidir? Mən əgər ki, qazanılan faizi platformada saxlayıb investisiya etsəm yenə də vergi ödəməliyəm? Yəni qazanılan faizi "cash out" eleməsəm və platformada saxlayıb yatırıma davam etsəm yenə də vergi ödənilməlidir?
30/01/2021 Read: 74 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.         

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Gülşən Məmmədova Aydın gu***@gmail.com ID: 4082
Salam, mən VÖEN-imi açdırmışdım 2020-ci il sentyabrın sonlarında. Fəaliyyət göstərmirəm, rüblük hesabatı boş göstərmək üçün kömək edərsiz. Zəhmət olmasa.
30/01/2021 Read: 41 Average count: 0

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Elektron xidmətlərdən istifadə ilə bağlı köməklik üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Afaq Ağayeva Balafər qızı al***@mail.ru ID: 4081
Salam, mən dublikat göndərməliyəm vergilərin saytında Access bankda hesab açdırmaq üçün. Amma bunu necə edəcəyimi bilmirəm. Youtube-dakı video çarxlar mənə kömək olmadı. Mənə şəxsi kabinet lazımdırmı ora daxil olmaq üçün? Lazımdırsa necə aça bilərəm? Xahiş edirəm mənə kömək olun.
30/01/2021 Read: 40 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Zülfiyyə Novruzova Vilayət qızı hr***@gmail.com ID: 4080
Salam. Müəssisənin təsisçisi və dirktoru eyni adam olmusdur və rəhmətə getmişdir. Hal hazırda yoldaşı vərəsəsidir. Həyat yoldaşını təsisçi və direktor etmək üçün hansı sənədlər lazimdir və hara yaxınlaşmaq lazımdır. Əgər mümkünsə, ərizə yazılacaqsa ərizə formasını göndərə bilərsinizmi?
29/01/2021 Read: 105 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əsas: Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
İlqar Əsgərov Dünyamir oğlu me***@mail.ru ID: 4079
Salam. VÖENim 4800070222. Bilmək istəyirəm vöenim aktivdirmi? Borcum varmı? Əgər aktivdirsə onu Bakı şəhəri ərazisində hara yaxınlaşaraq bağlaya bilərəm? Qeyd edim ki VÖEN 4 saylı ərazi vergilər idarəsi tərəfindən verilib ama faktiki olaraq özüm Bakı şəhərində yaşayıram.
29/01/2021 Read: 95 Average count: 0

Bildiririk ki, Əsgərov İlqar Dünyamir oğlu (VÖEN 4800070222) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Hümbət Ramazanzadə Azad hu***@gmail.com ID: 4078
Cari hesabımı öyrənmək istəyirəm.
29/01/2021 Read: 105 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin bank hesabı barədə məlumat kommersiya (vergi) sirri hesab edilir. Kommersiya sirri təşkil edən məlumatlar vergi ödəyicisi tərəfindən şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına müraciət edilməklə əldə edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Gülnar Hüseynova Anar qızı gh***@gmail.com ID: 4077
Rayonumuzda yerləşən əksər ərzaq maketləri mənə ƏDV vermirlər. Yalnız OBA Marketler Şəbəkəsinin ƏDV verdiyini söyləyirlər. Bu nə dərəcədə düzgündür?
29/01/2021 Read: 79 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Eyni zamanda bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Ağayev Səfərağa oğlu el***@mail.ru ID: 4076
Salam sualım ədv geri al haqqındadır neçə faiz geri qaytarılır? Mən oxudum nağd alışda 15 nağdsızda 10 faiz qaytarılır amma mənə isə 1.5 faiz qaytarılır xagiş edirəm mənə bu sistemi tam izah edəsiniz
29/01/2021 Read: 61 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Eltun Həsənzadə Oruc el***@mail.ru ID: 4075
Salam, zəhmət olmasa Vergi məcəlləsinin 144.1.3 cü maddəsinin izahını və 144.2-ci maddənin izahı istənilən maddə ilə əlaqəsini qeyd edərsiniz. Mümkündürsə, misal vasitəsi ilə.
29/01/2021 Read: 182 Average count: 5

Cavab 1. Bildiririk ki, aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə bu əməliyyatdan daxilolmalar əgər aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya edilərsə bu əməliyyatdan əldə edilən gəlir və ya zərər mənfəət və ya gəlir vergisinin məqsədləri üçün nəzərə alınmır.

Buna misal olaraq, vergi ödəyicisinin əmlakının dövlət ehtiyacları üçün alınmasını göstərmək olar.

Cavab 2. Bildiririk ki, sözügedən maddədə  aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə əvəzedici aktivin dəyəri müəyyən edilmişdir. Əvəzedici aktivin dəyəri əvəz olunan aktivin məhv edildiyi, ləğv olunduğu və ya təqdim edildiyi vaxtdakı ilk dəyəri nəzərə alınmaqla müəyyənləşdirilir.

Göründüyü kimi, maddədə alınmış ödənişlərin eyni xarakterli və ya analoji aktivin alınması məqsədini daşıdığı üçün ödənişlər həmin ana olan bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir və aktivin sahibi tərəfindən alınmış daxilolmalar eyni xarakterli və ya analoji aktivə təkrar investisiya edildiyi halda belə məhvetmə, ləğv etmə və ya təqdim etmədən yaranmış gəlir və ya zərər vergitutulan gəlir müəyyən edilərkən nəzərə alınmır.

Bu maddə üzrə yaranan gəlirin (zərərin) məbləği aktivin məhv edildiyi, ləğv edildiyi və ya təqdim edildiyi vaxtdakı qalıq dəyəri ilə alınmış daxilolmalar arasındakı fərqdən ibarətdir. Daxil olmuş məbləğ növbəti ilin sonunadək təkrar investisiya məqsədilə istifadə edilmədikdə, təkrar investisiya edilməyən məbləğdən yaranan gəlirə Vergi Məcəlləsinin 144-cü maddəsinin müddəaları tətbiq edilmir və Vergi Məcəlləsinin 142-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin gəlirləri hesablanır.

Qeyd edilənlərdən göründüyü kimi, 144.2-ci maddə Vergi Məcəlləsinin 3.10-cu maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisində sahibkarlıq və investisiya fəaliyyətini təşviq etmək üçün nəzərdə tutulmuşdur.

5/5 (2 Average count)
Qiymət ver:
Elmir Kərimov Bayraməli el***@gmail.com ID: 4072
“A” müəssisəsi qeyri rezident müəssisə olaraq fəaliyyətini öz ölkəsində həyata keçirir. Fəaliyyət növü isə kimyəvi məhsulların istehsalıdır. “B” müəssisəsi isə rezident müəssisə kimi fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirir. “B” müəssisəsi qarşılıqlı razılaşmaya əsasən “A” müəssisəsinin brendlərini Azərbaycan Respublikasında “A” müəssisəsinin tələb etdiyi standartlar əsasında istehsal edir və satışını həyata keçirir. Qeyd etmək lazımdır ki, “A” müəssisəsi öz brendlərini müqavilə əsasında “B” müəssisəsinə yalnız istifadə hüququnu verir, mülkiyyət hüququnu isə vermir. Bu müqavilə əsasında “B” müəssisəsi “A” müəssisəsinin satdığı brendlərə görə müəyyən edilmiş faizlər əsasında royalti ödəyir. Belə olan halda “A” müəssisəsinə ödənilən royalti məbləğindən vergi məcəlləsinin 169-cu maddəsinə əsasən “Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi” ƏDV tutulub büdcəyə ödənilməlidirmi? Vergi ödəyicisi vergi məcəlləsinin 168.1.5 bəndini “İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. (Patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi) ” rəhbər tutaraq yuxarıda sadalanan əməliyyatlar üçün ƏDV hesablamaya bilərmi?
29/01/2021 Read: 221 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən ticarət markasından istifadə hüquqlarının verilməsinə görə rezident müəssisənin qeyri-rezidentə ödədiyi royalti məbləğindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin məbləğlərə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.23-cü, 125-ci və 169-cu maddələri.

3/5 (2 Average count)
Qiymət ver: