Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Həmidov Orxan Ədalət Or***@mail.com ID: 3774
Salam. Müraciətim pandemiya ilə bağlıdıt. Xahiş edirəm bir köməklik edin. İş yoldaşlarım hamısı alıb məndən başqa. Birinci karantində 2 dəfə almışam 250 manat. Bu dəfə kartıma köçmədi. Köməklik göstərin.
03/01/2021 Read: 40 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Cəfərov na***@inbox.ru ID: 3773
Salam. Vergi ödəyicisi olan sahibkar həm də işçi çalışarsa, o zaman hər iki mənbədən icbari sığorta hesablanmalıdır? Həm işçi, həm də fərdi sahibkar üçün icbari tibbi sığortanın hesablanması həyata keçirilməlidir? Bu necə olur? DSMF-da əlir oaln aylar üzrə ödəniş edirsən. Bəs nə üçün 1 ay iş fəaliyyətim olursa niyə 3 ay üçün tibbi sığorta ödəməliyəm? Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10AZN (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər.
03/01/2021 Read: 62 Average count: 0

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yadigar Babayev Səbuhi ya***@mail.ru ID: 3770
Salam mən Babayev Yadigar Səbuhi oğlu. Mən telefonumda Taxmanat programını yükləmişəm. Edvgerial ceklerle 178 manat toplamısam. Ama çənim bu programdan qeydiyyatdan kecmemisem. İndi balandaki pulu nece elde ede bilerem cox xahis edirem mənə köməklik edin. Anamda 1 grup elildi derman almaliyam hesabdan nece elde ede bilerem pulu
02/01/2021 Read: 42 Average count: 0

Bildiririk ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün ə edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidlərindən və mobil tətbiqlərdən istifadə edə bilərlər. 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

0/5 (0 Average count)
Qiymət ver:
Veyisov Kənan Fərman oğlu ke***@gmail.com ID: 3765
ƏDV geri nə vaxt qaytarılır ən tez müddətdə?
01/01/2021 Read: 49 Average count: 3

Bildiririk ki, ƏDV-nin qaytarılması prosesi zamanı istehlakçı tərəfindən portala daxil olan müraciət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir.

3/5 (2 Average count)
Qiymət ver:
Elmeddin Nuruyev Kamal el***@gmail.com ID: 3764
Salam. Fiscal Od: HBaBy9qx4QXb roqram vasitəsi ilə skan edirəm müraciət artıq qeyd olunmuşdur yazılır. Səbəb nədi?
01/01/2021 Read: 46 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samir Cəfərov Mübariz Sa***@mail.ru ID: 3763
Salam mən VÖEN-imin kodunu itirmişəm, mən nə etməliyəm? Xahiş edirəm, mənə kömek edin.
01/01/2021 Read: 28 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılova el***@gmail.com ID: 3759
190 manat almışam 4 dəfə, indi deyirlər ki, İqdisatiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasından informasiya əldə edilib ki, Məşğulluq haqqında qanunun 4.1.3 maddəsinə əsasən mənə imtina verilmişdir. Xahiş edirəm, bu haqda mənə məlumat verəsiniz. Mən heç yerdə işləmirəm, evdar xanımam.
30/12/2020 Read: 82 Average count: 5

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Rüfət Sadıqov Rəhim oğli ru***@gmail.com ID: 3506
Salam. Türkiyə Respublikası hüquqi şəxsinin Azərbaycanda nümayəndəliyinin qeydiyyatı üçün tələb olunan ərizə və digər sənədlərin nümunələri və tələb olunan təsdiqləri barədə məlumat verməyinizi xahiş edirəm.
30/12/2020 Read: 149 Average count: 5

Bildiririk ki, xarici hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin “Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün” hissəsindən əldə edə bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Nurlan Cəbizadə İbrahim nu***@gmail.com ID: 3757
Salam. https://edvgerial.az/ saytından qeydiyyatdan istifadə edirdim. İndi saytda yüklədiyim ədvlər haqqında heç bir məlumat tapa bilmirəm və hesaba giriş etmək olmur. İndiyə kimi yüklədiyim çek və ədvlərin sonu nə olacaq? Hal-hazırda İBA mobile-dan istifadə etməyə başlamışam. İndiyə kimi olanlar lazımdır mənə. Bu haqda məlumat verməyinizi xahiş edirəm.
30/12/2020 Read: 62 Average count: 5

Bildiririk ki, edvgerial.az portalından https://edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz. Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Üzeyir uz***@gmail.com ID: 3756
Salam. Atam Hüseynov Nəvai Adil oğlu 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Uzun müddət özəl və dövlət şirkətlərində yol tikinti üzrə mühəndis vəzifəsində çalışmışdır. Ancaq 12 dekabr 2020-ci il tarixində Ağciyərin kəskin iltihablaşması nəticəsində vəfat etmişdir. Atamın pensiya yaşının hələ tamam olmaması səbəbi ilə qanuna uyğun olaraq "Ölüm pulu" almadıq. Lakin atam uzun müddət işlədiyi üçün № 2303653722 saylı VÖEN üzrə vergiyə hər ay aldığı əmək haqqından müəyyən miqdarda pul keçirmişdir. atam vəfat etdikdən sonra dövlət tərəfindən bizə hər hansı bir məvacib ödənilməyib. Atamın vergi ödəyicisi olması səbəbi ilə Sizdən bunu nəzərə almağınızı və köməklik etməyinizi xahiş edirik. qeyd edim ki, Atam sonuncu dəfə "AKKORD" Şirkətlər qrupunda mühəndis vəzifəsində işləmişdir.
30/12/2020 Read: 109 Average count: 5

Bildiririk ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 

Qeyd olunanlara əsasən, ödənilmiş vergilərin vergi ödəyicisinin ailə üzvlərinə geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Vəfat etmiş şəxslərin ailə üzvlərinə dövlət tərəfindən hər hansı müavinətin nəzərdə tutulub-tutulmaması haqda məlumat üçün, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (2 Average count)
Qiymət ver:
Fuad Şabayev Şamil oğlu fu***@gmail.com ID: 3754
Salam, VÖEN ilə işləyən sahibkarlar yenidən yardım alacaqmı?
30/12/2020 Read: 57 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Ramazan Hüseynov Aqil 05***@gmail.com ID: 3762
Salam, mən vergi ödəyicisiyəm, sədərəkdə adıma yer var, ayda 999 manat vergi ödəyirəm. Bilmək istəyirəm vergi ödəyicilərinə maliyyə dəstəyi olunur, mənə düşür, yoxsa yox? 1 dəfə verildi, sonra 2- 3-cü dəfə düşmədi mənə. Sədərək bağlıdır, ziyan çəkmiş şəxsəm, ona baxıb məlumat verə bilərsiniz gmail ünvanıma? İndidən minnətdaram, dəyərləndirdiyiniz üçün.
30/12/2020 Read: 70 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Rəşad İntiqam oğlu ra***@gmail.com ID: 3753
Salam. Mən apreldən 190 manatla bağlı qeydiyyatdan keçmişəm, mənə imtina mesajı belə gəldi: Quliyev Rəşad İntiqam, aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün (fərdi uçot sistemində adınıza gəlir aşkar edildiyi üçün), Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Əmək və Sosial Nazirliyinə də dedik, dedi siz siğorta haqqı ödəyicisisiniz, mən anlamıram adıma heç bir şey yox, işim yox bu nədir? Mən şikayətimi kimə gedim? Karantindir heç hara gedə bilmirəm, sizə zəng edirəm düşmək olmur. Xahiş edirəm köməklik edin mənə. Mən apreldən iş tapa bilmirəm, pandemiya görə işimi itirdim. Hal-hazırda da 190 m ala bilmirəm.
30/12/2020 Read: 49 Average count: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məharət Hüseynov Zəhmət oğlu so***@gmail.com ID: 3752
Onlayn növbəyə hansı tarixdən yazılmaq olar?
30/12/2020 Read: 37 Average count: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. 

0/5 (0 Average count)
Qiymət ver:
Kərimov İlfan Ay***@gmail.com ID: 3751
Salam. Bilmək olarmı, əgər asan imzanın vaxtı bitibsə pandemiya ilə əlaqədar olaraq vergi ödəyicisinə yardım verilə bilər? Asan imzanın bitməsi bunun üçün problem yaradır ya yox?
30/12/2020 Read: 58 Average count: 5

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

Asan imza sertifikatının qüvvədən düşməsi, maliyyə dəstəyinin verilməsindən imtina üçün əsas sayılmır.

5/5 (1 Average count)
Qiymət ver:
Aslan Osmanov os***@gmail.com ID: 3512
Salam. 30.10.2020 ci il tarixində Embawood mağazasından dəyəri 3350 manat olan mebel almışam. 02.11.2020 ci il tarixdə əldə olunan çekin ƏDV portalında qeydiyyata salmışam. Bu günə qədər ƏDV geri qaytarılmayıb. ƏDV portalında həmin Fiskal İD F14U34CKmxUL olan hissəyə basdıqda orada TƏQDİM EDİLƏN ÇEK RİSK QRUPUNA AİD EDİLDİYİNDƏN XÜSUSİ NƏZARƏTƏ GÖTÜRÜLÜB yazılıb. Bunun nə olduğu müəyyən olunaraq ƏDV nin geri qaytarılmasını təmin etməyinizi xahiş edirəm.
30/12/2020 Read: 202 Average count: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan hallarla bağlı elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (4 Average count)
Qiymət ver:
Valid Kərimzadə Tapdıq oğlu Va***@gmail.com ID: 3505
Çox xahiş edirəm. Mənim adımda 65 min bir, 2 200 manat da bir kredit var. Mən işləmirəm, daim vergi ödəmişəm. Yardım edin, çox xahiş edirəm.
30/12/2020 Read: 213 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Maliyyə dəstəyi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. 

5/5 (2 Average count)
Qiymət ver:
Aytac Əliyeva ae***@gmail.com ID: 3747
Salam. Mənim sualım xüsusi dövlət qulluğuna imtahan vermek barəsindədir. Mən bakalavrı tərcümə ixtisası üzrə bitirmişəm. Hazırda MBA proqramı üzrə (İxtisas: Maliyyə) əyani şəkildə magistr təhsili alıram. Bilmək istəyirdim ki, vergi üzrə imtahan olacağı təqdirdə magistr təhsili ala-ala mən imtahan vere bilərəm?
29/12/2020 Read: 66 Average count: 5

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Tahir Alıyev Alı ta***@mail.ru ID: 3745
Mən fərdi sahibkar kimi (VÖEN 2001136142) xidmət müqaviləsi əsasında VÖEN-siz fiziki şəxslərə mühasibatlıq üzrə məsləhət xidməti və maliyyə-mühasibatlıq üzrə təlimlər keçirəm. Sonuncu müqaviləm də bu tipli müqavilədəndir. Lakin müqaviləni hüquqi şəxlə bağlamışam və mənə ödənişi hüquqi şəxs həyata keşirib. Mənim təlim keçdiyim şəxslər isə Sudan İstifadəçilər birliklərinin mühasibləri (yəni fiziki şəxslər) olub. Bu halda mən hansı vergini ödəməliyəm?
29/12/2020 Read: 125 Average count: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu və 218.6-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İsrafilova Nargiz Na***@gmail.com ID: 3744
Salam. Mən noyabr ayının 25-i fiskal İD daxil etmişəm portala. 30 gündən çox küçməsinə baxmayaraq, çekin statusu dəyişmir. Görünən odur ki, məbləğ yüksəkdir deyə təsdiq olunmur. Axı bu qanunvericiliyə ziddir. 30ügun müddəti hökümət özü təyin edib. Əgər məbləğə görə limit varsa, niyə bunu cəmiyyətə açıqlamırsınız? 1 qəpik 5 qəpik vaxtından da əvvəl qaytarılır, lakin 20 manatdan yüksək ƏDV-si olan çeklər gözləmə statusunda qalmaqda davam edir.
29/12/2020 Read: 71 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: