Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Yusuf Nasirov su***@intrans.baku.az ID: 3509
Salam! Sualım texniki xarakter daşıyır, təhlükəsizlik ilə bağlıdır. Belə bir məlumat sisteminizə səhv etmirəmsə integrasiya olunmayıb. Misal üçün google account və ya digər böyük korporasiyalar kimi. Accounta giriş olan kimi, dərhal maila "sistemə giriş" etmək isdətikləri barədə məlumat gəlir, dərhal. Və ya sistemə daxil olduğda xüsusi bölmədə hansı İP ünvanlardan və hacan giriş olduğu barədə məlumat. Təhlükəsizlik üçün çox əhəmiyyətlidir məncə.
07/12/2020 Read: 38 Average count: 1

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan hallarla bağlı elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1/5 (2 Average count)
Qiymət ver:
Samir Zeynalov Sabir oğlu sa***@mail.ru ID: 3508
Salam. Mən, 10-saylı Ərazi Məşğulluq mərkəzinə, müvafiq işimlə bağlı, təqdim etməli olduğum tələb olunan sənədlər arasında, biri də Vergi ödəyicisi olmadığım barədə arayışı almağımdan ötrü, Pandemiya ilə bağlı olaraq, yaradılmış https://www.e-taxes.gov.az/ebyn/novbe/#/ saytından, 2-saylı Ərazi Vergilər Baş İdarəsinin Siyəzən şəhər üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə, 07.12.2020-ci il tarixdə, saat 11:30-da, onlayn qəbula yazılmaq istəsəm də, elektron poçt ünvanı yerində bizə məxsus bir neçə e-mail ünvandan istifadə etsəm də,elektron poçtun düz olmaması ilə əlaqədar imtinalar gəldiyindən,heç cür onlayn qəbula yazıla bilmədim. Elektron poçt ünvanım sabir.zeynalov.54@mail.ru.Mənim tezliklə,tələb olunan vacib sənədi Vergilər mərkəzindən əldə edə bilməyim üçün, ya nöbəəyə yazılmağa və ya başqa hansı qanuna müvafiq qaydada mənə köməkilik göstərilə bilər? Xahiş edirəm mənə qanuna müvafiq qaydada köməklik göstərəsiniz.Öncədən təşəkkürü və minnətdarlığımı bildirirəm.
07/12/2020 Read: 44 Average count: 5

Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “E-mail:” xanasında özünə məxsus elektron poçt ünvanı qəbul olunmuş beynəlxalq standartlarına uyğun olaraq daxil edir (proqram təminatında məhdudiyyətlər mövcuddur). Qeyd olunan məlumatlar daxil edildikdən sonra elektron xidmətin istifadəçisi tərəfindən “SİFARİŞ KODUNU E-MAİLA GÖNDƏR” sıxılmaqla onlayn növbənin tutulması barədə bildiriş (Onlayn növbə üçün müraciətin təsdiqlənməsi barədə Bildiriş) və onlayn növbənin unikal kodu istifadəçinin elektron poçt ünvanına göndəriləcəkdir.

Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Bayramova Aysel b.***@gmail.com ID: 3502
Salam. Mənim sualım çeklərdəki ƏDV ilə bağlıdır. Niyə eyni kassa aparatından çıxan ceklərin yarısının ƏDV-si yüklənib, digərləri isə ləğv olunub?
05/12/2020 Read: 49 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədəli Əliyev Saxlali ra***@mail.rumail.ru ID: 3500
Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq İri buynuzlu mal-qaranın satışı Vergi ödəyicisi olmayan şəxsə oluna bilərmi?
05/12/2020 Read: 110 Average count: 0

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Tərəfinizdən sorğunuzda qeyd olunan şəxslərə istehlak məqsədilə heyvanarın təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur. 

Eyni zamanda kənd təsərrüfatı məhsulllarının, o cümlədən iri və ya xırdabuynuzlu heyvanların pərakəndə satışı ilə məşğul olan şəxslər də vergi ödəyicisi kimi uçota alınmalı, vergi orqanına hesabat təqdim etməlidirlər. 

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.62-ci, 15.1.3-cü, 33-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şakir Sərvanov s.***@mail.ru ID: 3496
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Ölkə ərazisində neft məhsullarının pərakəndə satışı ilə məşğul olan, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Əlavə Dəyər Vergisinin ödəyiciləri ay ərzində sərf edilən elektrik enerjisinə görə ödənilən ƏDV -siz məbləği Əlavə Dəyər Vergisi bəyannaməsinin "əvəzləşdirilən" bölməsində "308" -ci sətrində qeyd etməlidirlər? Təşəkkür edirəm.
04/12/2020 Read: 71 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (o cümlədən elektrik və istilik enerjisi, qaz və su.) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir və Əlavə Dəyər Vergisi bəyannaməsinin 308 kodlu “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (01.01.2020-ci il tarixinədək əldə edilmiş elektron VHF-lər) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda müvafiq qaydada bəyan edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.8-ci və 175.1-ci maddələri. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Nəsibov Vüsal Arif oğlu vu***@mail.ru ID: 3495
Lizinq haqqında ən son Azərbaycan Respublikası qanunvericilik aktlarını nəcə əldə edə bilərəm?
04/12/2020 Read: 124 Average count: 5

Lizinq haqda müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-751-ci maddələrində, maliyyə lizinqi isə Vergi Məcəlləsinin 140-cı maddəsində öz əksini tapmışdır.

5/5 (1 Average count)
Qiymət ver:
Cüməli Musayev cu***@gmail.com ID: 3493
Salam aleykum. Mən 07.07.2020 il tarixdə 13 saylı ərazi vergilər idarəsində mikro sahibkar kimi qeydiyatdan keçmişəm. Qax rayonu qeydiyatındayam. 07.10.2020 ci il tarixdən rayonumuzda sərtləşdirilmiş karantin qayları tətbiq olunub.sizə müraciətimin səbəbi isə mikro sayibkarlara yardım ilə bağlıdır. Qeyd edim ki, bu forumda onlayn müraciət ərizəsi 10.08.2020 ci i ldə ləğv olunmuşdu. Mən haraya və necə müraciət edim ki, bu bir dəfəlik yardımı ala bilim? Allah əvəzini versin çox sağolun.
03/12/2020 Read: 34 Average count: 3

Bildiririk ki, təkrar maliyyə dəstəyinin alınması üçün fərdi (mikro) sahibkarların yenidən müraciətlərin təqdim olunması tələb olunmur. Maliyyə dəstəyi əvvəlki mərhələdə maliyyə dəstəyi verilmiş fərdi (mikro) sahibkarlara avtomatik qaydada ödənilir.

3/5 (2 Average count)
Qiymət ver:
Fərid Quliyev Cəbrayıl fa***@gmail.com ID: 3491
Salam. Mən bir neçə ay bundan qabaq nömrə almışam və adıma keçirmişəm. Məndən qabaq bu nömrəni işlədən şəxsin adına VÖEN olduğuna və borcu olduğuna görə səhv eləmirəmsə, axtarılır. Adı Cahangirdi. Buna görə də daim zəng olunur vergi əməkdaşları tərəfindən və məni narahat edirlər. Xahiş edirəm ki, mobil nömrəni həmən vöenin üzərindən götürəsiniz ki, məni narahat etməsinlər. VÖEN 1005511421. LD 2018 MMC
03/12/2020 Read: 34 Average count: 0

Bildiririk ki, telefon nömrəsinə mesaj səhvən gəldikdə sorğunuzda qeyd edilənlərlə bağlı araşdırmanın aparılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənova Qönçə Əli qızı qo***@gmail.com ID: 3490
***********:Fiksal İD-li kassa çəki hələ də aktiv deyil. Niyə görə ?
03/12/2020 Read: 37 Average count: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fuad Ələkbərov Məmmədəli oğlu fu***@gmail.com ID: 3488
Salam, mən 26 noyabr 2020 ildə saat 9:33, Sahil qəsəbəsində M.Seyidov kucəsində yerləşən aptekdən 78 manatdıq dərman almışam.Çekin №62900. Neçə gündür ki, məbləgin edv-si, ƏDVgerial saytı daxil etmir. Amma bununla yanaşı, digər az məbləğli çeklər daxil olunur. Xahis edirəm, bu məsələdə mənə yardım göstərəsiniz. Sizdən cavab gözləyirəm. Hormətlə, F.Ələkbərov
02/12/2020 Read: 45 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənova Jalə Dilsuz ab***@gmail.com ID: 3487
Salam. 2017-ci ildə hazırlıq kursları tədris mərkəzi açmışdım. Amma, artıq 3 ildir fəaliyyətdə deyil. Mən süd pulu almaq üçün işsizlik barədə arayış götürmək istədikdə DOST mərkəzindən, adımı, soyadımı yazan kimi direktor kimi şirkətin adı və direktor olaraq müqavilə qüvvədə göstərdi. Mən necə müqaviləni ləğv elətdirim? Artıq neçə ildir ki, şirkət fəaliyyətdə deyil.
02/12/2020 Read: 76 Average count: 0

Müraciətinizdə qeyd olunanlara əsasən, təsisçisi olduğunuz hüquqi şəxsin qanuni təmsilçisi (rəhbəri) kimi hüquqi şəxslə aranızda əmək müqaviləsi bağlanılmışdır. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Miriyeva Mətanət Böyükkişi me***@mail.ru ID: 3486
Onlayn ödəniş etmək istəyirəm. Amma ortaya çıxan sualları cavablandırmaqda çətinlik çəkirəm. Məsələn: müştəri adını, şifrəsini yaz dedikdə mən bildiklərimi yazıram alınmır, neçə rəqəm olmalıdır,hansını yazım bilmirəm. Zəhmət olmasa, kömək edin.
02/12/2020 Read: 42 Average count: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Aynur Tahir qızı Əliyeva ay***@gmail.com ID: 3484
Salam. Əgər mənim aylıq gəlirim 22% üzərinə gəlmədən və vergilər daxil 1000 AZN.dirsə, mənim neçə faiz əmək haqqım Həyat yığım sığortaya köçürülə bilər?
02/12/2020 Read: 118 Average count: 0

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Нуруллаева Нушаба Мушфиг кызы nu***@gmail.com ID: 3482
Здравствуйте, я - самозанятая. Работаю фрилансером в Интернете и получаю деньги на банковский счет. Я открыла VOEN и счет в банке, но не знаю, по каким кодам мне нужно платить налог. В Асан Хидмяте сказали, что нужно платить налог за социальную страховку (dsmf) и проценты с доходов (5 %). Я хочу заплатить в онлайн режиме, но совершенно не знаю təsnifat коды. Я просмотрела документ с кодами, но не уверена, какое именно подходит мне. Заранее спасибо за ответ!
02/12/2020 Read: 67 Average count: 0

Bildiririk ki, fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə illik gəlirindən gəlir vergisi 111130 büdcə təsnifat kodu ilə ödənilməlidir.

Eyni zamanda, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar 121380 büdcə təsnifat kodu ilə ödənilməlidir.

0/5 (0 Average count)
Qiymət ver:
Asiman Dadıyev Baladadaş oğlu ra***@outlook.com ID: 3481
Hörmətli Vergi Əməkdaşı, Pandemiyadan zərər çəkmiş sahibkarlara, hansı şərtlər əsasında dövlət yardımı ayrılır. Əvvəlki yardımdan faydalana bilmədim. Yardım almaq üçün mənə köməklik göstərmayinizi xahiş edirəm. Təşəkkürlər, Asiman Dadıyev VÖEN - 1902913252
02/12/2020 Read: 42 Average count: 0

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır:
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
İkinci istiqamət - birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi (mikro) sahibkarlara təkrar  maliyyə dəstəyidir.

0/5 (0 Average count)
Qiymət ver:
Samaya Məmmədova sa***@mail.ru ID: 3480
Salam mən 31.10.2020 tarixində edvgerial çek yükləmişəm və bugünə qədər gözləmədədir. Həmin çekdən başqa bütün çeklər ödənilib. 640 azn məbləğ geri qaytarılmalıdır və nə üçün gözləmədədir? Zəhmət olmasa mənə məlumat verərdiniz. Təşəkkür edirəm.
02/12/2020 Read: 53 Average count: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Average count)
Qiymət ver:
Aysha Karimova ay***@gmail.com ID: 3479
Salam. Şirkət artıq doğranmış, dondurulmuş toyuq əti hissələrinin alğı-satqısı üzrə əməliyyat həyata keçirib. Şirkətin bu əməliyyatdan ƏDV üzrə öhdəlikləri yaranırmı?
02/12/2020 Read: 137 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Müraciətinizdə qeyd olunan quş ətinin satışı da qeyd olunan maddəyə əsasən ƏDV-dən azaddır.

0/5 (0 Average count)
Qiymət ver:
Sadiq Quliyev Həbib sa***@bk.ru ID: 3478
Müəssisəmizdə işlər mövsümü xarakter daşıdığı üçün (kənd təsərrüfatı məhsulunun becərilməsi, tədarükü və ilkin emalı) işçilərə əmək haqqı kartı 1 (bir) il sifariş verilir. Həmin kartların istifadə müddəti bitdikdə işləyən işçilərə yeni kart sifariş verilir (vaxtı uzadılır). Kartları bankdan (Kapital Bank) təhvil alanda bizdən təkrar sifariş verilmiş kart sahiblərinin FATCA məqsədləri üçün özünəqiymətləndirmə anketini tələb edir. Hər ay vaxtı qurtaran kartların sayı 100-200 ədəd arasında olduğundan və müəssisənin işçilərinin respublikanın 17 rayonlarında işlədiyindən, onların vaxtında banka təhvil verilməsində çətinlik yaranır. Bilmək istərdim ki, FATCA məqsədləri üçün özünəqiymətləndirmə anketini hansı hallarda banka təhvil verilməlidir? İşçiyə ilk dəfə kart sifarış veriləndə, yoxsa həm də həmin kartın istifadə müddəti bitdikdə, itirildikdə və korlandığı hallarda.
01/12/2020 Read: 82 Average count: 0

Bİldiririk ki, maliyyə institutları vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Nazirlər Kabineti müəyyən etdiyi hədlərdə və qaydada Dövlət Vergi Xidməti vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Sorğunuzda qeyd edilən digər məsələlərlə bağlı Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-4-cü, 60.3-cü və 76-1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədli Fidan Fikrət fi***@gmail.com ID: 3477
Salam. Sualım bundan ibarətdir ki, debet kart istifadəsi zamanı VÖEN tələb olunurmu? Hazırda işsizəm və yeni sifariş etdiyim karta blok qoyulub. Səbəb olaraq da VÖEN olmadığı deyilir.
01/12/2020 Read: 51 Average count: 5

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar.

Eyni zamanda, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün müştərisi olduğunuz banka və ya Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Yəhyayev Tariel Rafael oğlu mu***@mail.ru ID: 3476
Salam aleykum. Mən alış-veriş etdim və ƏDV qaytarılmasına görə Fiscal ID daxil etdim, amma qaytarılmadı və qırmızı işarə gəldi. Xahiş edirəm, mənim müraciətimə baxasınız.
01/12/2020 Read: 53 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: