Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Toğrul Nəsibli Zirayət to***@gmail.com ID: 2813
31.05.2020 tarixində embawood mebel dükanından alınmış mebelə görə çekin fiskal id və qr kodu oxunmur. Mebel dükanı da çekin nüsxəsinin olmadığını iddia edir.
19/08/2020 Read: 37 Average count: 0

Bildiririik ki, nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Əli Yusifov ro***@gmail.com ID: 2869
Salam, bilmək istəyirəm yeraltı keçid (misal üçün 28 may.m.s.) özəlləşdirilməsi mümkündürmü? Xahiş edirəm, maddə ilə cavablandırın. Öncədən təşəkkür.
18/08/2020 Read: 35 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ( Çağrı Mərkəzi 193, http://emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İlkin Qasımov Rafiq il***@mail.ru ID: 2678
Salam. Bilmək istəyirdim ki, hal hazırda Vergilər Nazirliyində aktiv vakansiya movcuddur? Ya işə qəbul prosesi gedir? Bir də ali təhsil kimi nəqliyyat fakültəsini bitirənlər nazirlikdə işlə təmin edilə bilər?
18/08/2020 Read: 95 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Həmçinin, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmışdır. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

5/5 (2 Average count)
Qiymət ver:
Babək Teymurov Sarıbala su***@bybabek.ru ID: 2868
Salam. Onlayn kargüzarlıq VÖEN-i açdıracam. Vebsaytda kart ilə ödəniş sistemi üçün. Yəni gəlirim aylıq olmayacaq. Bəzi ay qazanmaya da bilərəm. Maraqlıdır ki, mən vergini aylıq hesabıma gələn pulun faizindənmi verəcəm, yoxsa aylıq müəyyən məbləğmi olacaq? Xahiş edirəm, məbləğləri qeyd edəsiniz.
18/08/2020 Read: 74 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Əlabbas Abbasov Tahir al***@yahoo.com ID: 2683
Salamlar. Yerli Banka məxsus (Bank Respublika) USD hesablı MasterCard vasitəsilə onlayn olaraq bhphotovideo.com və ya amazon.com -dan 2000 USD dəyərində noutbuk alınsa gömrük rüsumundan əlavə ƏDV-də tutulur?
18/08/2020 Read: 128 Average count: 5

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Amil Həsənov Cəlal oğlu ye***@mail.ru ID: 2864
Salam, Mənim sualım belədir: 2014-cü il iyun ayında Unibankdan 10000 manat kredit götürdüm, məbləğin 7%-ni komissiya xidməti haqqı kimi tutdular.9300 manat pul verdilər.2016-cı il iyun ayınadək(həmin ay işdən çıxdığıma görə ödəniş edə bilmədim) aylıq qrafik üzrə ödəniş etdim.İyun ayında işdən çıxanda Unibanka yaxınlaşdım mən işə düzələnədək mənə kömək etmələrini xahiş etdim, təssüf ki, xahişimi rədd etdilər.2017-ci ildə mənə iştirak etmədiyim, heç bir məlumatım olmayan məhkəmə qərarında əsasən İcra idarəsindən məktub gəldi. Məktubda 11000 manat pulun ödənilməsi tələbi var idi, təyin edilmiş vaxt ərzində ödəmədiyim halda icra xidməti, əlavə cərimələr ödəməliydim. Xülasə, 2017-ci ilin iyun ayında Şəmkir Aqroparka işə düzəldim.2 ay sonra mənə iş yerimə kreditlərimin ödənilməsinə dair məktublar gəldi.Mühasibatlıq 2 kreditimin ödənişinə başlatdı 2017-ci ilin sentyabr ayından (ödənilən kreditlər Kapital banka aid idi) . 2018-ci ilin mart ayında Cənab Prezidentin kreditlərə yenidən baxış, kreditlərin restrukturizasiya olunmasına dair imzaladığı Sərəncama əsasən Unibanka olan 11000 manat borcum restrukturizasiya olundu və 8300 manata endirildi.Köhnə müqavilə ləğv edilərək yeni kredit müqaviləsi hazırlandı, aylıq qrafik ezrə ödəniş təyin edildi. İndi əsas sualım: Mənim kreditim restrukturizasiya olunub, mənə yeni kredit müqaviləsi açılıbsa, mən köhnə kredit üçün icra xidmət haqqını 7% -i icraya ödəməliyəm???
18/08/2020 Read: 67 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Banklar tərəfindən həyata keçirilən kredit siyasəti ilə bağlı aidiyyəti üzrə Mərkəzi Banka sorğu etməyiniz məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Mәmmәd Bәşirov Firudin ma***@gmail.com ID: 2675
Salam. Bir sıra rayonlarda böyük marketlәrdәn alış-veriş edәrkәn tәqdim olunan çekdә fiksal kod görünmür. Sәbәbini soruşduqda, "bizim xәbәrimiz yoxdur" deyib, keçirlәr. Bu düzgündürmü? Fiksal kod bütün çeklәrdә görünmәlidirmi?
18/08/2020 Read: 101 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

0/5 (0 Average count)
Qiymət ver:
Eyvazov Aydın Ədalət 99***@gmail.com ID: 2674
Edvgerialda 20 gündən çoxdur ki, çeklər yükləmişəm, 1 çekin pulu köçüb, digərləri köçmür.
18/08/2020 Read: 80 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Average count)
Qiymət ver:
Xanım Əsgərova Rüstəm xa***@gmail.com ID: 2668
Salam, mənim aktiv VÖEN hesabım var. Hansı qaydada dayandıra bilərəm?
18/08/2020 Read: 79 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Emin Məhərrəmov Elçin ee***@gmail.com ID: 2666
Mən Rahat marketdən 91 manatlıq nağdsız şəkildə aliş-veris etdim. 2 manat dəyərində ƏDV qaytardı. Yəni çekin fiskal kodun yazdım gözləyənə düşdü, sadəcə olaraq 30 gün sonra qaytarılacaq. Və o ədv- ni yuklədikdən sonra gördüm ki, malın birini baha qiymətə veriblər, səhvlik olub. Getdim o malı qaytardım geri. Çeki də verdim, malı dəyişdim. Yeni çek verdilər 90 dəqqə sonra o malin ədv-sin yüklədim, gözləyənə düşdü. Orda soruşdum ki, bir dənə bu mal çıxılsa o biri mallarin ƏDV-sində problem yaşanmayacaq ki? Dedilər, yox, dəqiqdir. İndi bilmək istiyirəm ki, o maldan əlavə o biri malların ƏDV-si qaytarIlacaqmı həqiqətən? Bir problem olmayacaq ki? O çeki də ozlərində saxladılar. Bu barədə mənə ətraflı məlumat verərdiniz, zəhmət olmasa.
18/08/2020 Read: 90 Average count: 0

Bildiririk ki, mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin (195-1) Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sahil Nərimanlı Nəriman sa***@gmail.com ID: 2665
Mənə aid olan çeklər 30 gün yoxlanıldıqdan sonra ləğv edildi və ƏDV məbləğinin müəyyən hissəsi qaytarılmadı. Xahiş edirəm, köməklik göstərəsiniz.
18/08/2020 Read: 78 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Vuqar Babayev Elxan oglu vu***@mail.ru ID: 2861
Salam. Mənə lazım olan vergi idarəsindən adıma VÖEN olub-olmamasına dair arayışın verilməsidir. Ona görə ki, İşsizlik sigortası hazırladığıma görə "DOST" mərkəzindən istədilər. Bakıxanovda yerləşən idarənizə müraciət etdim və mənə onlayn növbə yazılmağını söylədilər.
17/08/2020 Read: 34 Average count: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Samir Huseynov sa***@inbox.ru ID: 2860
Coa3groVUdvv fiskal kodu 16.07.2020 tarixində sistemə yükləndiyi halda 30 gün keçməsinə baxmayaraq, məbləği istifadə etmək olmur. Zəhmət olmasa araşdırardınız. Əvvəlcədən təşəkkürlər.
17/08/2020 Read: 37 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ayxan Hüseynov Aqil Oğlu ay***@mail.ru ID: 2859
Kargüzarlıqdan SMS gəlib amma başa düşə bilmirəm zəhmət deyilsə mənə başa salardınız.
17/08/2020 Read: 35 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rena Muradova re***@gmail.com ID: 2857
Salam. Birkartla etdiyim 324 AZN məbləğində alış-verişdən sonra edvgerial.az-dan qəbzi, fiksal ID-ni qeydiyyatdan keçirmək istəyirəm. Lakin, bu qeydiyyat artıq sistemdə mövcuddur deyə qeyd olunur. Lakin mən qeydiyyatdan öncə keçməmişəm bu qəbz üzrə. Xahiş edirəm yoxlayıb mənə məlumat bildirərdiniz. Öncədən təşəkkürlər. E9WbV81WaPSA. satış çeki:1656. Tarix:15.08.2020 Hörmətlə, Rəna
16/08/2020 Read: 47 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Nuriyev em***@outlook.com ID: 2856
Mən ƏDV portalında şəxsi kabinetimdəki ƏDV məbləğini karta köçürmək istədikdə nədənsə, xəta baş verir. Artıq bir neçə gündür ki, bunu edə bilmirəm. Niyə bu problem yaranib?
16/08/2020 Read: 35 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 2855
Salam ! Vətəndaş yerli rezident “A” MMC-nin yeqanə təsisçisi (iştirakçısıdır), ona məxsus həmin MMC-nin 100%-lik 10 payın nomial dəyəri 10 manatdır. Həmin vətəndaş digər birisi ilə yeni “B” MMC-nin təsis edilməsi ilə bağlı danışıqlar aparır. Vətəndaş həmin bu təsis edilən yeni “B” MMC-nin nizamnamə kapitalındakı öz payını ona məxsus “A” MMC-nin 100%-lik payları ilə ödəmək qərarına gəlmişdir. Həmin “A” MMC-nin paylarının maya dəyəri “B” MMC-nin təsisçilərin ümumi yığıncağı tərəfindən 1000 manat dəyərində qiymətlndirilib, dəvət olunmuş auditorun rəyi ilə həmin dəyər təsdiqlənib.Beləliklə, vətəndaş 10 manat dəyərində “A” MMC-nin paylarının əvəzinə 1000 manat dəyərində olan “B” MMC-nin paylarını əldə etmiş olur. Sual: 1.”B” MMC-nin nizamnamə kapitalınına maya kimi verilən “A” MMC-nin paylarının 1000 manatlıq maya dəyəri ilə , həmin payların nominal dəyəri arasındakı 980 manatlıq fərqddən hansı vergilər (ƏDV, mənfəət vergisi, vətəndaşın gəlir vergisi, ödəmə mənbəyində gəlir vergisi) və kim tərəfindən ödənilməlidir: “A” MMC tərəfindən, “B” MMC tərəfindən, “A” MMC-nin təsisçisi tərəfindən yaxud “B” MMC-nin təsisçisi (təsisçiləri) tərəfindən ? 2.Beləliklə 2 təsisçisi olan ”B” MMC “A” MMC-nin nizamnamə kapitalının 100 %-lik paylarının mülkiyyətçisi olur. Həmin bu paylar “B” MMC-də və “A” MMC-də hansı uçot qiyməti ilə vergi və muhsibat uçotunda qeydə alınmalıdır: 10 manat, yaxud 1000 manat ? 3.”B” MMC-ti dövlət qeydiyyatına alındığı tarixdən 40 iş günü ərzində “A” MMC-nin reyestr məlumatlarının dəyişikliyi ilə əlaqədar qeydiyyat orqanına müraciət etməlidir mi ?
16/08/2020 Read: 112 Average count: 0

Birinci və ikinci suallarla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 146.1-ci maddəsinə əsasən şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə aktivlərin təqdim edilməsi vergiyə cəlb olunan gəlir hesab edilmir.

Vergi Məcəlləsinin 146.2-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

Vergi Məcəlləsinin 146.4-cü maddəsinə əsasən götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.

Bildiririk ki, əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualla bağlı bildiririk ki, hüquqi şəxslərin reyestr məlumatlarının dəyişikliyi ilə əlaqədar aidiyyəti üzrə Dövlət qeydiyyatı baş idarəsinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 34-cü, 96-cı, 102-ci, 146-cı və Mülki Məcəllənin 90-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nərmin Huseynova hu***@gmail.com ID: 2854
Salam. Mən Bakı Biznes və Kooperasiya Kolleci - Menecment ixtisası üzrə bitirmişəm. Sizin orqanda imtahan verib işləmək imkanım varmı ? (Region üzrə)
15/08/2020 Read: 41 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəsulov Ruslan re***@gmail.com ID: 2853
Salam, yazaraq sizə müraciət edirəm. Mənim telefon nömrəmə "Vergiler 195"-dən SMS gəlib ki, sizin elektron ünvanınınzda 2 mesaj var. Mənə aydınlaşdırardınız, mənim VÖEN-lə əlaqəm nədir?
15/08/2020 Read: 47 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Orucov Ziyadxan or***@list.ru ID: 2851
Salam. Belə bir xəbərə görə sizi narahat edirəm, “Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək”. Mən işlədiyim mağaza ikinci qapanma dövründə(iyul-avqust aylarında) online olaraq fəaliyyət göstərirdi və bu dövrdə mənə aylıq əmək haqqı ödənilib. Bilmək istəyirəm ki, sahibkarlara 2-ci dəfə yardım edilən zaman online işləyən sahibkarlara da yardım ediləcək yoxsa bu sahibkarlar yardımdan kənar qalacaqlar? Əgər yardım ediləcəksə, sahibkar edilən yardımı bizə verməlidir yoxsa həmin dövrdə əmək haqqı verdiyi üçün bu yardım sahibkarda qalır?
14/08/2020 Read: 33 Average count: 0

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
 

0/5 (0 Average count)
Qiymət ver: