Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Hümbətov Dərya Etibar oğlu de***@gmail.com ID: 1619
Salam. Mən turagentlik açmaq istəyirəm və bunun üçün VÖEN açdırmaq lazımdır. Bu proses necə olur? Yəni hansı sənədlər lazımdır və ya rüsum nə qədərdir? Zəhmət olmasa ətraflı məlumat verərsiz. Diqqətiniz üçün təşəkkürlər.
23/04/2020 Read: 129 Average count: 0

Bildiririk ki, turagent fəaliyyətini fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. 

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Buna əsasən aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri.

0/5 (0 Average count)
Qiymət ver:
Asif Əsədov Məzahir as***@gmail.com ID: 1618
Salam Hörmətli Vergi Orqanı, Müəsisə tərəfindən hər hansı bəyannamə təqdim edilərkən olur ki, hansısa səbəbdən Vergi orqanı tərəfdən kameral yoxlama aparmaq mümkün olmur və bu səbəbdən vergi ödəyicisinə Elektron Kameral üçün uyğunsuzluq məktubu göndərilir. Kameral məktubunun sonunda aşağıda qeyd etdiyim mövzuda belə bir yazı yazılır: - 1. "Həmin dövr üçün dəqiqləşdirilmiş bəyannamə. Təqdim etdiyiniz vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur". Vergi məcəlləsinin 37.2-1 maddəsində Kameral yoxlama ilə bağlı aşağıdakı mövzuda aydınlıq verilir: - Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərilir. Sualım ondan ibarətdir ki, məcəllədə qeyd edilib ki vergi ödəyicisi 10 iş günü müddətində lazımı məlumatları təqdim edə bilər amma vergi orqanının göndərdiyi məktubda 5 iş günü qeyd olunur. Xahiş edirəm bununla bağlı ətraflı izah verəsiniz. Əvvəlcədən təşəkkürlər.
23/04/2020 Read: 89 Average count: 0

Bildiririk ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş vergi bəyannaməsi), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 8 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”

0/5 (0 Average count)
Qiymət ver:
Atakişizadə Nurlan Hüseyn oğlu nu***@gmail.com ID: 1617
Mən 2019-cu ildə restoranda işlədiyim üçün VÖEN açdırmışdım, onu isdən çıxdığım üçün müvəqqəti bağlatdırmışam. O necə olur ki, aktiv qalır sistemə yazıram vöen aktiv göstərilil. Zəhmət olmasa, bu barədə məlumat istərdim və əgər aktivdirsə necə bağlamaq mümkündür?
23/04/2020 Read: 37 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Rövşən İsmayılov İttifaq ro***@bk.ru ID: 1616
Salam. Mən VÖEN sənədlərimi itirdiyimə görə istifadəçi kodu şifrəni və parol bilmədiyim üçün online xidmətlərdən istifadə edə bilmirəm.zəhmət olmasa mənə məlumatlarımı göndərərdiniz.
23/04/2020 Read: 30 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Şamo Məmmədov Əliş oğlu eh***@mail.ru ID: 1615
VÖEN-6200002442; Xahiş edirəm bu vöenin fəaliyyət kodun mənə göndərəsiniz.
23/04/2020 Read: 33 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Əzim Abbasov Hüseyn o ab***@gmail.com ID: 1614
Salam bizim vöen hazirda passivdi təxmini 6 aydır. Mən hec bir yardim ala bilmədim nə sizin gurumdan nədəki Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən. Siz deyirsiz ki vöen passivdir garşi tərəf isə vöenin olmasini bəhanə edir. O zaman sahibkar hara kimə müraciət etməlidir.
23/04/2020 Read: 24 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nəhavəndiyan Rəhilə Xanəhməd qızı za***@mail.ru ID: 1612
Mən, Nəhavəndiyan Rəhilə Xanəhməd qızı (şəxsyyət vəsiqəsi AZE№ 14836048 28.03.2014 il ASAN 1) və Nəhavəndiyan Zəhra Hüseyn qızı (şəxsiyyət vəsiqəsi AZE № 09649671 13.08.2012 il Bakı-Nəsimi RPİ) tərəfimdən bir il əvvəl etibarnamə vermişəm və mənim adıma MMC açılıb,mən indi bilmişəm adıma şirkət olduğunu, xahiş edirəm mənm adıma olan MMC-lər haqqında mənə məlumat verəsiniz. Əvvəlcədən təşəkkürümü bldirirəm
23/04/2020 Read: 55 Average count: 0

Qanuni təmsilçisi (rəhbəri) Nəhavəndiyan Zəhra Hüseyn qızı olan "İ.A COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti- (VÖEN 1404646161) 24.04.2019-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.  

Qanuni təmsilçisi Nəhavəndiyan Rəhilə Xanəhməd qızı olan "GREAT SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti –(VÖEN 1404649221) 26.04.2019-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.  

Əlavə olaraq bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 14-cü maddəsi və Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver:
Furad Abasov Intiqam gh***@mail.ru ID: 1611
VÖEN açmaq istəyirəm.
23/04/2020 Read: 26 Average count: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Average count)
Qiymət ver:
Rauf Musayev Dəmir sa***@mail.ru ID: 1610
Salam. Aprel ayının 4 151.5 arayis göndərmişəm, ayın 17 -i belə bir cavab gəlib ki, 151.2 göndərməlisən. Göndərirəm, deyir ayın 15-ə kimi göndərməlisən, mən bu arayışı başqa hansı yolla göndərə bilərəm? Mən rüb 151.5 arayısı göndərmişəm, gəlir vergisi üçün.
23/04/2020 Read: 122 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 151.5-ci maddəsi Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri üçün nəzərdə tutulmuşdur. 

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi ikinci metodu (müvafiq əmsalın tətbiqi metodunu) seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Lakin, xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart - 31 may  fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 5 may 2020-ci il, Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə isə  31 may 2020-ci il tarixi müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 151-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
QULUZADƏ CAVİD ja***@gmail.com ID: 1609
Salam. VÖEN bağlanıb və ləğv edilib, işçi sistemdə qalıb onu necə çıxartmaq olar sistemdən işçi kimi getməsin?
23/04/2020 Read: 35 Average count: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Baratova Sevinc Tahir qizi am***@gmail.com ID: 1608
Əmək müqaviləsinin kimin adina olmağı.
23/04/2020 Read: 29 Average count: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Ağamoğlan Məmmədov Əvəzalı ag***@parkbulvar.az ID: 1607
Mart ayı üzrə icarəçiyə eQaimə göndərilib və ödəniş olunub. Mövcud vəziyyətlə əlaqədar həmin ayda icarə haqqına güzəşt olunaraq eQaiməyə düzəliş olunub, həmin düzəliş eQaimə üzrə ƏDV əvəzləşdirilib və qalan məbləğ icarəçinin artıq ödəməsi kimi qalıb. İcarəyə verən həmin artıq ödəməni avans kimi qəbul edərək ƏDV-sini ödəyib. İcarəçiyə bildirilir ki, növbəti aylarda eQaimə göndərilən zaman icarəçi tərəfindən həmin avans məbləği qədər az ödəniş olunacaq, lakin icarəçi avans məbləğini də nəzərə alaraq həmin eQaimə üzrə ƏDV-ni tam əvəzləşdiriləcək. Xahiş edirəm bu məsələ ilə bağlı köməklik göstərərdiniz.
23/04/2020 Read: 106 Average count: 5

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bu halda vergi ödəyicisi tərəfindən  vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən” elektron qaimə-faktura tərtib edilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 163-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rasim Mollayev Rəcəb ra***@gmail.com ID: 1606
Salam, işçimi uçotdan necə çıxarda bilərəm? Xahiş edirəm kömək edəsiniz.
23/04/2020 Read: 31 Average count: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mahmudbeyli Murad Mahmud Mu***@mail.ru ID: 1605
Mən vergi ucotumu dayandırmaq istəyirəm. Amma məlumatlar yadımdan çıxıb.
23/04/2020 Read: 24 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elbəy Əhmədov Vilayət el***@gmail.com ID: 1604
Mən vöenimin bağlandığını necə öyrənə bilərəm
23/04/2020 Read: 34 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergiuçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz

 

0/5 (0 Average count)
Qiymət ver:
Dadaş Rəhmanov Rüstəm oğlu da***@gmail.com ID: 1603
Mən VÖEN-imi evdən çıxmadan necə bağlaya bilərəm?
23/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emirbeyov elxan məmməd oglu em***@mail.ru ID: 1602
1200087782 vöenin fəaliyyəti dayanıb 2008ci ildən amma hansı səbəblərdən bağlanmayıbsa ındidə baglatdirmaq istəyirəm yardım ala bilmirəm. 4452119 qohum nömrəsi ilede əlaqə yarada bilərsiz.
23/04/2020 Read: 29 Average count: 0

Əmirbəyov Elxan Məmməd oğlu (VÖEN 1200087782) vergi ödəyicisi kimiBakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinda uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Demirova Reside Resid qlzl De***@83gmail.com ID: 1601
Vöeni-mi 5il bundan qabaq dayandırmışam, indi yenidən bağlaması haqda müraciət edirəm.
23/04/2020 Read: 25 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Əhəd Elvin Güləhməd oğlu L-***@mail.ru ID: 1600
Salam. Mənim adıma VÖEN olub. Amma 3 ildən çoxdur bağlatdırmışam. Hazırda işsiz kimi 190 manatlıq birdəfəlik ödəməni almaq üçün müraciət etmişəm, amma 20 gündür cavab gəlmir. Bəlkə mənim VÖEN-im sistemdə bağlanmayıb, aktiv görünür. Zəhmət olmasa dəqiq məlumat verərdiz. Açıqdırsa, xahiş edirəm bağlayın.
23/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Babayeva Xatirə Əfsər qızı gu***@mail.ru ID: 1599
Vöenin aktiv olub olmamasını yoxlatmaq istəyirəm.
23/04/2020 Read: 28 Average count: 0

Müvafiq informasiya sisteminin məlumatlarına əsasən Babayeva Xatirə Əfsər qızı (VÖEN 3001061662) fəaliyyəti dayandırılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver: