Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Səfərov Dilqəm Rahim oğlu di***@mail.ru ID: 1699
Salam bilmək istəyirəmki, QSC-i təsisçisinə ödədiyi dividend ödəmə mənbəyindən tutulan vergidən azaddır?
24/04/2020 Read: 91 Average count: 0

Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. 

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Tahirli Orxan Əflat or***@gmail.com ID: 1698
Sahibkaram icazə almaq istəyirəm lakin asan imzam koda düşüb nömrəyə SMS gəlmir ki, mən ərizəni təsdiqləyim. Müştəri xidmətləri ilə əlaqə saxlaya bilmirəm, cavab verən yoxdur telefona. Tezbir zamanda xahiş edirəm müraciətimi cavablandırın.
24/04/2020 Read: 34 Average count: 1

Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK koduda 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxartmaq və yeni sertifikat əldə olunması tələb olunur. 

1/5 (1 Average count)
Qiymət ver:
Namiq Hüseynov Nadir hn***@gmail.com ID: 1697
Salam. Mənim adımda 2014-cü ilin noyabrın 4ü VÖEN olub. Onun ləğv edilməsini xahiş edirəm, mənə kömək edin o ləğv edilsin. Təşəkkür.
24/04/2020 Read: 29 Average count: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Oruclu Zamin Dadaş oğlu za***@yahoo.com ID: 1696
Menim adıma VÖEN yoxdur, mən işçi kimi VÖEN də gedirəm həmin VÖEN də passsivdir, beş ildir passivdir, sizden xahiş eləyirəm, mənim adımı siləsiz. Hal-hazırda işləmirəm, 190 manatı da ala bilmirəm.
24/04/2020 Read: 38 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Aygün Həsənova Əmrah He***@gmail.com ID: 1695
Salam mən 2018 ci ildə fiziki şəxs kimi vöen açmışam. Bunu mənim üçün vergi ilə bağlı işləyən şəxslər açıb, sonra vöenimi itirmişəm. İndiyə kimi VÖEN aktivdir və mənə birdəfəlik ödəmə verilmir. Amma çox ehtiyacim var, vöenimi nece bağlaya bilərəm xahiş edirəm köməklik edəsiniz.
24/04/2020 Read: 31 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kamran İmaməliyev Səməd oğlu im***@gmail.com ID: 1693
Salam hər vaxtınız xeyir. Sizə müraciətim əsas səbəbi yeni bir şirkət açmaqdır. Şirkət əsasən elektron işlərdən ibarət olacaqdır. Bu əsasən kompyuter və internet sahəsində olan xidmətlərdən ibarətdir. Sizə verəcəyim birinci sual belədir ki, hansı sənədlər lazımdır? İkinci sualım şirkət hər hansı ofis binasında icarə şərti ilə fəaliyyət göstərə bilərmi? Hansı sənədlər və vergi faizləri altında? Üçüncü sualım belədir ki, yeni açılmaqda olan bir şirkət olaraq həm yalnız özüm həm işçi və rəhbər kimi fəaliyyət göstərə bilərəmmi? Bunun üçün hansı vergiləri ödməliyəm və faizləri nə qədər olacaqdır? Diqqətiniz üçün təşəkkür edirəm.
24/04/2020 Read: 87 Average count: 0

Sorğunuzdan yerli investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyiniz  qənaətinə gələrək bildiririk ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısı saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. 

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Qeyd olunanlara əsasən, vergi ödəyicilərinə xidmət göstərdiyiniz halda əldə etdiyiniz gəlirdən xərclər çıxılmala 20 % dərəcə ilə mənfəət vergisi ödəməlisiniz. Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyata durmaq öhdəliyi yaranır.

Eyni zamanda mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Dövlət qeydiyyatına alındıqdan sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz. icarəyə verən fiziki şəxs olduqda, icarə haqqından 14 faiz dərəcə ilə vergi tutub, hər rüb başa çatdıqdan sonra bu haqda vergi orqanına hesabat təqdim edilməlidir.

Müəssisənin rəhbəri həmin müəssisənin işçisi hesab olunduğu üçün əmək müqaviləsi bağlanılmalı, ödəmə mənbəyində gəklir vergisi, sosial və işsizlikdən sığorta haqları tutularaq, vegi orqanına "Vahid bəyannamə" təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 98-ci, 104-cü, 105.1-ci, 106.1.20-ci 218.5.10-cu maddələri.Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
İlkim Əhmədov Alı il***@gmail.com ID: 1692
Salam. Mənim "Nəsimi optika 3" -də səhmlərim vardı. İndi isə məlum olub ki, adı çəkilən müəssisə ləğv edilib. Xahiş edirəm mənim adıma olan səhmlərin ləğv edilməsi ilə məlumat verəsiniz.
24/04/2020 Read: 47 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. 
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə müvafiq olaraq Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, “Qiymətli kağız mülkiyyətçilərinin reyestri”nin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Babayev Zaur Şamil oğlu su***@mail.ru ID: 1688
Mən VÖEN alıb, amma istifadə etməmişəm. Bu VÖEN-dən istifadə etməmişəm. Bunu yoxlayıb, ləğv edə bilərsizmi, çünki bütün sənədlər itib, mən içsizəm və 190 manat birdəfəlik müvazinəti ala bilmirəm. Xahiş edirəm mənə kömək edəsiz bu məsələnin həllində.
24/04/2020 Read: 33 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mais Mayılov Bəxtiyar oğlu zu***@gmail.com ID: 1687
Adıma olan VÖEN-i bağlamaq üçün online müraciət etmişəm. Bilmək istəyirəm ki, VÖEN bağlanıbmı?
24/04/2020 Read: 38 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə Hüseynova vi***@mail.ru ID: 1686
Salam mən vöen istifadə etmirəm, amma aktivdir. Necə bağlamaq olar?
24/04/2020 Read: 32 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cəbrayilov Rovşən Qəzənfər oğlu ay***@bk.ru ID: 1685
Salam, mən Cəbrayilov Rovşən dərzi fəaliyyəti ilə məşqul oluram. Bir nəfər işçi kimi fəaliyyət göstərir və mən ona görə hər ay DSMF ödəniş edirəm. Bilmək istəyirəm, mən özum üçün də DSMF pul ödəniş etməliyəm.
24/04/2020 Read: 54 Average count: 0

Bildiririk ki, sosial sığortanın məcburi və könüllü növləri mövcuddur. Dövlət sosial sığortası məcburi prinsip daşıyır və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər işçiləri varsa həm işçilərini həm də özlərini sığorta edirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sığorta haqqı məbləğləri ilə Sosial Sığorta haqqında Qanunun 14.5-ci maddəsində tanış ola bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Agayeva Pervane Ekber qizi el***@bk.ru ID: 1683
Salam Men vergi odeyicisiyem qeydiyyata alinma tarxi 01.11.2013, sexsiyyet vesiqemin Pin kodu 4R2RZQ1. Istifade etdiyim Voenin mexfi kodun parolunu tapa bilmirem hal hazirda movcud durumla elaqeli lazim oldugu halda kicik sahibkar kimi. Xahis edirem tapilmasina yardimci olasiniz. Voen (7701088202) . Tsk edirem.
24/04/2020 Read: 28 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Elnur el***@hotmail.com ID: 1682
Salam. Sual 1 . (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə muraciet edərkən 3 fəaliyyət növündən ikisi üzrə muraciət ede bilərdik cunki əsas fəaliyyət növü pərakəndə ərzaq satışı olsada eyni VÖEN nin altında Restoran və Bərbərxana da fəaliyyət gosterir.Buna Baxmayaraq sadəcə Restoran Faəliyyətini seçib göndərə bildik Bərbərxana üçün isə göndərmək istəyəndə yeniden muraciət edə bilmırsiniz yazır.Məsələ ilə əlaqədar 195 ilə əlaqə saxladıq dediler online müraciət edin imkan yaratsınlar, amma hələ də bir cavab ala bilməmişik. Xahiş edirik məsələ ilə əlaqədar köməklik göstərəsiniz.
24/04/2020 Read: 40 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı elektron müraciətlərinizi qeydiyyatda olduğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əmirəliyeva Emilya ay***@gmail.com ID: 1681
Salam. Mənim vöenim var, 2013-də dondurmuşam. Amma yenə aktiv olub, necə bağlaya bilərəm?
24/04/2020 Read: 32 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin Bayramov qi***@mail.ru ID: 1679
2015-ci ildə mən bərbərliklə mewqulluqda ve onun baglanmasi əsaslığında, oz adima olan VON -nomreni baglatdim və o əsasda sizə yazib bildirməyim odur ki ,mənə dediyi məlumata görə 2015-ci ildə 5 il müddətində yenidən açılacağını dedilər.
24/04/2020 Read: 43 Average count: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

Əsas: Vergi Məcəlləsinin  16.3-cü, 34-cü, 149.2-ci, 149.3-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nurane Nesibova Fəxrəddin qızı go***@rambler.ru ID: 1678
VOEN: 7600279412 nömrəsinə 9,95 manat elavə vergi hesablanmışdır. Bu nömrə mənim oğlumundur. Oğlum əmək müqaviləsi ilə işə girdiyi üçün VOEN-in ləğv edilməsi üçün ərizə ilə müraciət etmişik. Xahiş edirəm köməklik göstərəsiniz.
24/04/2020 Read: 28 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Yegane Zeynalova ye***@gmail.com ID: 1677
Salam. Mən evin kirayə verilməi ilə bağlı 14 faiz verginin ödənilməsi ilə bağlı məlumat almaq istəyirəm. Yəni kirayə haqqı məsələn 400 manatdırsa, hər ay 56 manat hara, necə ödənəcəkk? İl sonunda deyirlər hesabat olmalıdır, o necə olur? Bir də vergi güzəşti mənim soruşduğum hala da aiddir? 14 faiz 2021-ci ilin yanvar ayına qədər 7 faiz olub. Bu apreldən hesablanacaq? Yoxsa ilin əvvəli də 7 faiz sayılacaq? Təşəkkür edirəm.
24/04/2020 Read: 53 Average count: 0

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir.

Müraciətinizdə qeyd olunan güzəşt, yəni  fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə qanun layihəsində nəzərdə tutulmuşdur ki, bu da yaşayış sahələrinin kirayə verilməsinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Aşurov Qurban Araz qu***@mail.ru ID: 1675
VÖEN necə ala bilərəm, zəhmət olmasa köməklik edərdiz.
24/04/2020 Read: 26 Average count: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz. 

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Samirə Osman os***@mail.ru ID: 1673
Yazıb Sizdən xahiş edirəm ki, Mən Əliyeva Samirə Osman qızı 26.10.1990 cı il Bakı şəhərində anadan olmuşam. VEÖN 1402876742 fəaliyyəti 5 illik dayandırılsın. Sizə sonsuz Təşəkkürümü bildirirəm.
24/04/2020 Read: 40 Average count: 5

Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən Əliyeva Samirə Osman qızının (VÖEN 1402876742) fəaliyyəti dayandırılmışdır.

 

5/5 (1 Average count)
Qiymət ver:
Cəfərov Anar Rəfayıloviç an***@gmail.com ID: 1672
VÖEN-i onlayn formada yəni internet vasitəsi ilə bağlamaq mümkündürmü? Mümkünsə necə?
24/04/2020 Read: 31 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: