Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vaqif Əhmədov Vaqifoviç va***@mail.ru ID: 1291
Salam. Koronavirus pandemiyası ilə əlaqədər olaraq dövlətdən maliyyə dəstəyi aldadıqdan sonra həmin gəlirə görə vergini ödəmək lazım olub olmadıqını öyrənmək istərdim.
16/04/2020 Read: 35 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

0/5 (0 Average count)
Qiymət ver:
Babayev Arif Bəybala oğlu ar***@gmail.com ID: 1290
1. Əgər MMC-nin təsisçisi və rəhbəri eyni bir şəxsdirsə, əmək müqaviləsi bağlanmalıdırmı? 2. MMC-nin təsisçisi və eyni zamanda rəhbəri olan şəxs özünə əməkhaqqı hesablamadan işləyə bilərmi?
16/04/2020 Read: 48 Average count: 0

Hüquqi şəxs dövlət qeydiyyatına alınarkən təsis sənədlərində rəhbər kimi qeyd olunan şəxs həmin hüquqi şəxsin işçisi hesab olunur, işəgötürən tərəfindən onunla, habelə muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanmalı, qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsinin bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməli, bu şəxslərlə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı hesablanmalı, həmin əmək haqqından ödəmə mənbəyində vergi tutulmalı və vergi orqanına bu barədə hesabat təqdim edilməlidir.

İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Ruslan ru***@gmail.com ID: 1289
Asan imzanı aktiv eləmək istəyirəm. Zəng edirəm mobil telefonla düşmək olmur balansım gedir.
16/04/2020 Read: 22 Average count: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Pirmətov Arzu pi***@gmail.com ID: 1288
İcaze.gov.az saytına asan imza ilə daxil olmaq istəyirəm amma alınmır. PUK klidlənib cümləsi yazılır. Zəhmət olmasa kömək edərdiniz. Çox sağ olun
16/04/2020 Read: 26 Average count: 0

Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK koduda 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxartmaq tələb olunur.

Elektron xidmətlər və onların tətbiqi zamanı yaranan xətalar ilə bağlı ətraflı məlumatı  saytımızın “Xidmətlər” bölməsinin “Xətaların izahı” altbölməsindən əldə edə bilərsiniz.

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı çətinlik yarandıqda operativ köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)  müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Rəvan Əsədov re***@gmail.com ID: 1287
5700458822 Novruzova Hafizə Arif qızı, 2014-cü ildə bu xanımın işçisi olmuşam. 1 il işlədikdən sonra işdən ayrılmışam amma dünən mənə gələn sms-də bildirilib ki, mən hələ də o insanın işçisi kimi əmək müqaviləm etibarlıdır. Bu müqaviləyə xitam verilməsini istəyirəm. Artıq 5 ildir mən o insanla işləmirəm, onun müqaviləsi bitib, amma mənim müqaviləmə xitam verilməsini istəyirəm.
16/04/2020 Read: 30 Average count: 0

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Namiq Məmmədov Fərmail na***@mail.ru ID: 1286
VÖEN-im haqqında məlumat almaq istəyirəm.
16/04/2020 Read: 25 Average count: 0

Məmmədov Namiq Fərmail oğlu (VÖEN 2003099282) vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.     

0/5 (0 Average count)
Qiymət ver:
Səmədov Müxəddin Kamal o. mu***@mail.ru ID: 1285
Hər vaxtınız xeyir. Xarici şirkətlərdən malların idxalı üçün Müqavilənin qeydiyyatı necə aparılır (Gömrük Kodu alınmalıdır, malların rəsmləşdirilməsi üçün)?
16/04/2020 Read: 47 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələnin vergi qanunvericiliyi ilə tənzimlənmədiyini nəzərə alaraq, gömrük rəsmiləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Mehman Vaqif me***@gmail.com ID: 1284
Taksi xidməti üçün vöeni aktiv etmək istəyirəm.
16/04/2020 Read: 28 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Esmira n.***@mail.ru ID: 1282
Salam. Bizim müəssisə 01250 kodu ilə (digər agacların, kol bitkilərinin və qərzəkli meyvələrin becərilməsi) fəaliyyət göstərir, Sadələşdirilmiş vergi ödəyicisidir. Bizim müəsisə ücün hansı azadolmalar var? Sadələşdirilmiş verginin hansi bəndində bu azadolmalar əks olunur? Müəssisə hansı halda ƏDV odəyicisi ola bilər? ƏDV ödəyicisi olduqda hansı vergilərdən azaddır? Əvvəlcədən təşəkkür edirəm
16/04/2020 Read: 81 Average count: 0

Bildiririki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan  şəxslərin torpaq vergisindən başqa bütün vergilərdən 2014-cü il yanvarın 1-dən 10 il müddətinə azaddır.

Eyni zamanda vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi seçdiyi vergitutma sistemindən asılı olaraq (sadələşdirilmiş və ya mənfəət) vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannamə”sini yalnız kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) Vergi Məcəlləsinin 95-ci və 218.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində gəlir vergisi və ya sadələşdirilmiş verginin ödəyiciləri sayılan vergi ödəyiciləri tərəfindən (kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə eyni zamanda digər fəaliyyətlə məşğul olan şəxslər, eləcə də əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyiciləri istisna olmaqla) bu fəaliyyətlə əlaqədar zəruri göstəricilər əks etdirilməklə qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər. Bu zaman gəlir vergisinin ödəyicisi tərəfidən xərclər nəzərə alınmadan əldə olunan gəlirlər, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən isə məhsulun satışından əldə olunan hasilat müvafiq xanalarda qeyd olunmalıdır.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirinin  26 iyul 2019-cu il tarixli 1917040100920400  №-li Əmri ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannamə”nin doldurulması Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Vidadi Kərimov or***@mail.ru ID: 1281
Salam mən vergi uçotunun ləğv edilməsi haqda maraqlaniram . Necə edə bilərəm kömək edə bilərsiz?
16/04/2020 Read: 29 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Şamilzadə Yaşar sa***@icloud.com ID: 1280
Salam. Mən poçt vasitəsi ilə müraciət edib ərizə blankını doldurub şəxsiyyət vesiqəsi ile birlikdə sumqayıt şəhər vergilər idarəsinə göndərmişəm. Cavabı necə alacam? Yəni vöeni nə vaxt ala biləcəm? Xahiş edirəm, bu barədə məlumat verəsiniz.
16/04/2020 Read: 26 Average count: 0

Fiziki şəxsin uçotu sənədlər daxil olduqdan sonra bir iş günü ərzində həyata keçirirlir və vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.

0/5 (0 Average count)
Qiymət ver:
Elnaz Abluc Hasan el***@hotmail.com ID: 1278
Mən, Əbluc Elnaz Həsən qızı olaraq (VÖEN: 1403495552) olaraq yazıb Sizə bildirmək istəyirəm ki, fərdi sahibkar olaraq ödəmiş olduğum gəlir vergisi üzrə ödəniş şəxsi hesab vərəqəmdə 2020 ci ildə əks olunduğu üçün "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" edə bilmirəm. Yazıb Sizdən xahiş edirəm ki, yaranmış çətinliklə bağlı mənə köməklik göstərəsiniz və proqram üzrə müraciətimi təmin edəsiniz.
16/04/2020 Read: 32 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətlərin qeydiyyatı zamanı hər hansı texniki problemlər yarandıqda, vergi ödəyicisi bununla bağlı İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabineti vasitəsilə qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Vefa Mehdiyeva Arif qizi se***@gmail.com ID: 1277
Salam mən işsiz kimi məşğulluqda qeydiyyatdayam. İşlədiyim müəssisədən ixtisara düşdüyüm üçün 6 ay sosial müavinət aldım. Sənədləri 3 ay müddətinə vaxtını uzatmaq istədikdə yenidən vergi ödəyicisi olub-olmadığım haqda arayış almalıydım. Karantinə görə ləngiidi. Mən indi nə sosial müavinət nə birdəfəlik yardım ala bilirəm. Sizdən onlayn şəkildə almaq olarmı VÖEN-in olub -olmadığı haqda?
16/04/2020 Read: 47 Average count: 0

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün Sərbəst formada yaşadığınız ərazi üzrə vergi orqanına poçt vasitəsilə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Nicat Arif ko***@list.ru ID: 1276
Salam. Bakıda Avtoservisdə işləyən fiziki şəxs İmişli rayon qeydiyyatındadır və Beyləqan rayonu 8 saylı vergilər idarəsində vöen açdırıb. Nazirlik tərəfindən verilən kod parol yoxdur verilməyib bunu necə tapa bilərəm.
16/04/2020 Read: 40 Average count: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Quliyev- Qafqazlı Elçin Bahadır oğlu qa***@mail.ru ID: 1275
Salam. 29.09.2014 cü il tarixindən 23.09.2017 il tarixinədək verilmiş Elektron imza üçün sertifikatın istifadə tarixi bitmişdir. Onu yenisi ilə əvəz edilməsinə və ya bərpasına kömək etməyinizi xahiş edirəm.
16/04/2020 Read: 35 Average count: 0

Bildiririk ki, hər bir sertifikatın qüvvədə olma müddəti 3 ildir. Sertifikatınızın müddəti başa çatdıqda mobil operatorların ofislərinə müraciət edərək yeni Asan İmza (Mobil imza) SIM kartı alınmalı, sonra isə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) və ya ASAN xidmət mərkəzlərinə müraciət edərək Asan İmza (Mobil imza) aktivləşdirilməlidir.

27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ellwen hemidov valeh el***@gmail.com ID: 1274
Mənə mesaj gəlib bilmirəm nədir. VÖEN kod yazılıb, elektorn ünvana bir mesaj gəlib deyir, amma necə girim bilmirəm.
15/04/2020 Read: 26 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Zamanzade Nigar Natiq qizi Za***@gmail.com ID: 1273
Salam zəhmət olmasa, məsələni işıqlandırardınız. Fərdi ve mikro sahibkarlara dəstək programı üzrə sahibkarlig fəaliyyətinin 2019-cu ilin 2ci rübündən sonra başlayanlar, 2019-cu il vergi ödənişlərini 2020-ci ilin 1-ci ayında edən şəxslərə də köməklik göstəriləcəkmi? Çünki əhalinin çoxu 4-cü rüb ödənişini növbəti ilin ilk ayında ayın 20-nə qədər edir. Bu halda mən və mənim kimi bir çox şəxs bu dəstək programına müraciət edə bilmir. Sistem avtomatik xəta verir bununla bağlı bizə də köməklik göstərsələr və siz də bunu işıqlandırsaz çox şad olaram.
15/04/2020 Read: 35 Average count: 0

Bildiririk ki, 2019-cu il ərzində vergi ödənişləri həyata keçirmiş, fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmamış şəxslər fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Bundan əlavə təkliflər paketində vergi güzəştləri və tətilləri, həmçinin məcburi dövlət sosial sığorta yükünün azaldılması və bu sahədə inzibatçılığın yüngülləşdirilməsi ilə bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. 

0/5 (0 Average count)
Qiymət ver:
Adil Vəliyev Murtuz vu***@gmail.com ID: 1272
Salam, mənim adımda VÖEN var, əvvəl işləyəndə açılmışdır. Bir neçə aydı işləmirəm. Sizə müraciətim yeni qərarla əlaqədardır, hansı ki, işsizlərə 190azn yardım düşür. Həmin VÖEN-i amma bağlamamışam. Belə vəziyyətdə mən nə etməliyəm ? Xahiş edirəm köməklik edəsiniz. VÖEN açılıb - 01.03.2017 Qeytiyyat nömrəsi - 5501086762
15/04/2020 Read: 28 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Müseyib Müseyibli Namiq oğlu vi***@gmail.com ID: 1271
Salam. Myaccess bank hesabım var, həmin hesaba fərdi sahibkarlara yardım fondu ilə bağlı 250 manat məbləğində pul köçürülmüşdür. Ancaq məbləğə bloklaşdırılmış yazılıb. Bilmək istiyirəm ki, o pulu mən necə və haraya istifade edə bilərəm?
15/04/2020 Read: 25 Average count: 0

Bildiririk ki, fərdi sahibkarlara ödənilən maliyyə dəstəyindən istifadə sərbəstdir. Müraciətinizlə bağlı müştərisi olduğunuz banka, uyğunsuzluq həll olunmadıqda isə Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Hikmət Bəxtiyarov Fikrət oğlu hi***@gmail.com ID: 1270
Salam! Onlayn VÖEN ala bilərəmmi?
15/04/2020 Read: 28 Average count: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Average count)
Qiymət ver: