Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Nərgiz Hacıyeva Ehtibar ha***@mail.ru ID: 655
Vergi Xidmətində işə qəbul qaydalarında dəyişiklik olacaqmi ? Yeni əsasnamədə 2 ay müddət qoyulub yeni qaydalar üçün, yəni fevral ayında gözlənilən imtahan olacaq ?
25/02/2020 Read: 72 Average count: 4

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Bu Qaydalar "Dövlət qulluğu haqqında Qanun"a, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması məsələlərini, müsabiqənin keçirilməsini, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunmasını və ehtiyat kadrlar siyahısına daxil edilməsini, ehtiyat kadrların idarə edilməsini və siyahıdan çıxarılmasını tənzimləyir.

Eyni zamanda, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş verilmişdir.

Qeyd olunan layihələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

4/5 (1 Average count)
Qiymət ver:
Fərəh Əliyeva fe***@list.ru ID: 779
Salam. 2005-ci ildən sadələşdirilmiş vergi ödəyicisiydim. 2019-cu ildə VM-nə dəyişikliklərə görə, gəlir vergisi ödəyicisi (mikrosahibkar) kimi qeydiyyata düşməli olduq. Sadələşdirilmiş vergiyə nisbətən indiki sistem qəlizdir və gəlir haqqında arayış, bəyannamə verməkdə çətinlik çəkirik. İndi isə martın 31-dək illik bəyannamə verilməsinin zəruri olduğu deyilir. Lakin nə qədər araşdırsam da, saytınızda bu bəyannamənin (mikrosahibkar kimi illik hesabat) necə, hansı linkdən, hansı qaydada verilməsi barədə təlimat tapa bilmədim. Mümkünsə, bu barədə məlumat verərdiniz. Həmin bəyannaməni haradan və hansı qaydada verməliyik? Bu sual bizim TV-də VÖEN əsasında işləyən və şəxsi mühasibi olmayan 100-dən artıq işçini maraqlandırır. Ümumiyyətlə, qeyd etməliyəm ki, bu sistem illik dövriyyəsi 4-5 mini keçməyən bizim kimi "mikrosahibkar"lar üçün çox qəlizdir. Gərək ayrica mühasib tutulsun ki, ildə bizdən tələb olunan arayışları, hesabatları vaxtında verə bilək. Sadələşdirilmiş vergini niyə belə qəlizləşdirdiniz, anlaşılmır...
25/02/2020 Read: 133 Average count: 4

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Əvvəlki ildə gəlir vergisi ödəyicisi olmadığınız halda siz 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq bu barədə arayış təqdim etməlisiniz.

Cari vergi arayışının forması və doldurulması qaydası, eyni zamanda gəlir vergisi bəyannaməsinin forması və doldurulması qaydası ilə səhifəmizin “Bəyannamə” bölməsinin “Bəyannamə, hesabat və ərizə formaları” hissəsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cü, 151-ci və 218.5.10-cu maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Səkinə Heydərli Fəxri qızı sh***@mail.ru ID: 703
Vergilər nazirliyinin imtahanında iştirak etmək istəyirəm. ADA Universitetinin Dövlət və İctimai münasibətlər fakultəsini bitirmişəm. Öyrənməkn istəyirəm ki, vakansiya elan olunduğu halda imtahanda iştirak edə bilərəmmi?
25/02/2020 Read: 47 Average count: 5

Bildiririk ki, dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 661
2020-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minmiş Vergi Məcəlləsinin 166.1.3-cü madddəsi və həmin bənddə qeyd edilmiş "iddia müddəti" anlayışı barədə ətraflı izah verərdiniz.
25/02/2020 Read: 146 Average count: 4

 

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt olaraq ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.

- Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

-  Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

- Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi, Mülki Məcəllənin 372-ci və 373-cü maddələri.

4/5 (2 Average count)
Qiymət ver:
Mecidova Gulefshan Soltanaga qizi gu***@mail.ru ID: 722
Salam. Sualım 2015-ci ildə ipoteka ile götürülmüş evə görə əmlak vergisinin qaytarılması və banka 5 il müddətində ödənilmiş faizin vergisinin qaytarılması haqqında qanunla bağlıdır. Özüm 10 il ərzində işləyirəm və bütün vergilər işəgötürən tərəfindən ödənilir. Bu haqda zəhmət olmasa mənə dəqiq məlumat verərdiniz.
25/02/2020 Read: 67 Average count: 0

Bildiririk ki, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi Vergi Məcəlləsinin 199.12-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir.

Göründüyü kimi, azadolma ipoteka krediti ilə əldə olunmuş daşınmaz əmlaklara görə deyil, qeyd olunan tarixdə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinə adi edilir.

Müraciətinizdə qeyd olunan digər məsələ ilə bağlı bildiririk ki, banklara ödənilən faizlərin vergisinin qaytarılması haqda müddəa vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

2016-cı ilin fevral ayının 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilmişdir. Qeyd olunan güzəşt isə banklara qoyulmuş əmanətlər üzrə əldə olunan gəlirlərə şamil olunur.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 199.12-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
ELVIN BUNYAD el***@gmail.com ID: 783
Bildiyimiz kimi 01.01.2020-ci il tarixdən etibarən malların geri qaytarılmasının sənədləşdirilməsi kağız formadan elektron formaya keçirilmişdir. Lakin praktiki olaraq bunun icrası çox çətindir. Düşünün ki, bir marketlər şəbəkəsində gün ərzində 200-250 geri qaytarılma sənədi olur və hər bir geri qaytarılma sənədində ən azı 4-5 mal olur və bir sənədi icra etmək üçün ən azı 15-20 dəq vaxt tələb olunur. Bu şərtlərlə avtomatikləşdirmək ümumiyyətlə mümkün deyil. Birdəfəyə qaytarılacaq malların alış qaimələri bir neçə qaimə üzrə ola bilər və hansı tarixdə hansı mal alındığını müəyyən etmək üçün bir-bir qaimələrin içərisinə baxmaq lazımdır. Daha rahat proses mümkün deyilmi?
25/02/2020 Read: 113 Average count: 0

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sahibkarların inzibati yükünün asanlaşdırılması üçün vergi ödəyiciləri və ictimaiyyət nümayəndələrinin təklifləri nəzərə alınaraq elektron qaimə- fakturanın 9 növü müəyyən edilmişdir. Əvvəlki qanunvericiliyə əsasən, malların geri qaytarılması zamanı malları təqdim edən şəxslər tərəfindən e-qaimənin dəqiqləşdirilməsi tələb olunurdu ki, bu da həmin şəxslərin buna əməl etmədiyi halda malları alan şəxslər üçün çətinlik yaradırdı, mal qalığı məlumatları uzlaşmırdı və bu, vergi orqanı ilə əlavə yazışmalara, vaxt və resurs itkisinə səbəb olurdu.

Qeyd olunan çətinliyin aradan qaldırılması məqsədilə e-qaimələrin çeşidlənməsi həyata keçirildi və malları geri qaytaran şəxslər malların geri qaytarılması e-qaiməsini tərtib edərək qarşı tərəfə göndərəcəklər. Bu halda məqsəd yalnız işin asanlaşdırılması deyil, eyni zamanda uçot sisteminin düzgünlüyünün təmin olunmasıdır.

Bununla belə, inzibatçılığın və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əsaslandırılmış təkliflərinizi rəsmi qaydada Vergilər Nazirliyinə təqdim edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Xaqani Ədalət oğlu xa***@mail.ru ID: 763
1941-45 ci il Böyük Vətən müharibəsində iştirak edən şəxslərin övladlarına 400 manatlıq imtiyaz düşürmü?
25/02/2020 Read: 70 Average count: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (1 Average count)
Qiymət ver:
Məmmədhəsən Hüseynov Bəxtiyar oğlu ma***@gmail.com ID: 699
Salam. Fiziki şəxs rüblük cari vergi ödəmələri haqqında arayışı vaxtında təqdim etməmişdirsə onu nə kimi cərimə və ya xəbərdarlıq gözləyir?
25/02/2020 Read: 116 Average count: 5

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.
Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Cari vergi ödəmələri Vergi Məcəlləsinin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
Arayış və arayışın doldurulması qaydası saytımızın “Bəyannamələr” bölməsində yerləşdirilmişdir.
 

5/5 (1 Average count)
Qiymət ver:
Şirinov Əhməd Şahüseyn oğlu eh***@mail.ru ID: 767
"AHMADOGLU"MMC nin (vöen: 6900684821) ƏDV əvəzləşməsi nəzərə alınmır, borc göstərilir. Bilmək istəyirəm ki, ƏDV əvəzləşməsinin nəzərə alınmaması barədə hər hansə bir qanun çıxıbdırmı. Çıxmayıbsa səbəb nədir?
25/02/2020 Read: 83 Average count: 0

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Emin Abasov Ayaz th***@gmail.com ID: 784
2020-ci il yanvar ayının 1-dən etibarən müştəriyə satış məqsədilə göndərilən ciddi blank təhvil-qəbul aktı qüvvədən düşmüş hesab edilir?
25/02/2020 Read: 96 Average count: 5

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Belə malların anbara təhvil verməsi isə “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
HƏSƏNOV İLKİN MAYIL OĞLU il***@gmail.com ID: 914
Salam. Vergi məcəlləsinin 140.1 ci maddəsində qeyd olunan( İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.) icarəçi anlayışı kimlərə aiddir? Yani maddədə qeyd olunubdur ki,icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır , burada qeyd icarəyə götürən özü özünə ssuda ödəmələri edir? əlavə olaraq onuda qeyd edim ki, məcəllənin 140.6. maddəsində İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir. əgər içarəçi əmlakı icarəyə götürəndirsə onda bu necə olurki 140.1-ci madədə qeyd edilən hal kimi icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır, yani əmlakı icarəyə götürən ssuda ödəmələrini kimə edir? Sizdən xahiş edirəm uumiyyətlə icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr anlayışında kim kimə ssuda ödəmələri edir zəhmət olmasa aydınlıq gətirərdiniz?
24/02/2020 Read: 212 Average count: 5

Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Vergi Məcəlləsinin 140.2-ci maddəsi ilə müəyyən edilmiş hallarda əmlak icarəsi maliyyə lizinqi hesab edilir.

Digər tərəfdən maliyyə lizinqi zamanı Vergi Məcəlləsinin 140-cı maddəsində göstərilən bütün şərtlər yerinə yetirilməlidir. Həmin şərtlər yerinə yetirilmədiyi halda əməliyyat maliyyə lizinqi əməliyyatı hesab edilmir və ümumi qaydada ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 135.3-cü maddəsinə əsasən vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Vergi Məcəlləsinin 140.6-cı maddəsinə əsasən icarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Mülki Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

Əsas: Vergi Məcəlləsinin 135-ci, 140-cı və Mülki Məcəllənin 748-ci maddələri

 

5/5 (2 Average count)
Qiymət ver:
HƏSƏNOV İLKİN MAYIL OĞLU il***@gmail.com ID: 913
Salam. Sualım vergi məcəlləsinin 116.2-ci maddəsində həyatın yığım sığortasında ödənilən sığorta haqlarının vergiyə cəlb olunan gəlirdən çıxılması ilə bağlıdır bu maddə qeyd edilən vergiyə cəlb olunan gəlir deyərkən hansı məbləğ nəzərdə tutulur? Misal olaraq Mən qeyri dövlət sektorunda işləyirəm müharibə veteranıyam və hesablanmış əmək haqqı 3000 manatdır (kirli əmək haqqı) və hər ay 1000 manat sığorta haqqı ödəyirəm və müqavilənin müddəti 5 ildir. Bu halda verginin hesablanması necə olacaq vergi hansı məbləğdən tutulacaq? Əgər mən müqaviləni 2 ilin tamamında pozsam bu halda ödədiyim sığorta haqlarında vergi hansı məbləğdən və neçə faiznnən hesablanacaq?
24/02/2020 Read: 95 Average count: 3

Bildiririk ki, sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığorta olunanın gəlirlərindən tutulmuş sosial sığorta haqqı və gəlir vergisi barədə müvafiq arayış alınmalı və aylar üzrə ödənilmiş sığorta ödənişlərindən və gəlir vergisindən işəgötürən tərəfindən tutulmuş sosial sığorta haqları və gəlir vergisi nəzərə alınmaqla sosial sığorta haqqı və gəlir vergisi sığortaçı (sığorta şirkəti) tərəfindən hesablanmalıdır.

3/5 (2 Average count)
Qiymət ver:
HƏSƏNOV İLKİN MAYIL OĞLU il***@gmail.com ID: 912
Salam. Vergi məcəlləsində Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər deyəndə hansı xərclər nəzərdə tutulur? Balans dəyəri 100000 manat olan torpaqlar üzrə 9000 manat təmir xərci çəkilmişdir. Bu halda torpaqlara çəkilən təir xərcinin hansı hissəsini xərcə salınacaq? Yani amortizasiya hansı məbləğdən hesablanacaq 100000 manatdan yoxsa 9000 manatdan?
24/02/2020 Read: 86 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 114.2-ci maddəsinə əsasən isə torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Həmçinin amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər isə kapitallaşdırılaraq Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə uyğun olaraq 7 %-dək dərəcə ilə amortizasiya olunur.

0/5 (0 Average count)
Qiymət ver:
HƏSƏNOV İLKİN MAYIL OĞLU il***@gmail.com ID: 911
Sualım uzun müddətli icarə ilə bağlıdır, (Malliyə lizinqi) icarənin Uzun müddətli olması üçün neçə il nəzərdə tutulur? Hansı müddətli müqavilə uzun müddətli müqavilə sayılacaq və sonda icarəyə götürənin balansına keçəcək? Misal olaraq əsas vəsaiti 2 illik icarəyə götürüb və icarəyə götürənin balansında deyil. Bu halda icarəyə götürən buna amortizasiya xərci çəkib və öz gəlirindən çıxılan xərc kimi qeyd edə bilər? 3il və 3il müddətdən artıq əsas vəsaiti icarəyə götürərkən amortizasiya xərci hesablamalıdırmı? Əgər hesablamalıdırsa, gəlirindən çıxılan xərc kimi nəzərə ala bilərmi?
24/02/2020 Read: 163 Average count: 0

Bildiririk ki, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

  •  lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
  • icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
  •  icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
  • icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
  •  icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Həmçinin bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir. Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Allahverdiyeva Güldanə Qismət qızı gu***@gmail.com ID: 702
Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 1)Bu maddədə qeyd edilən "Digər ödənclər" dedikdə nələr nəzərdə tutulur? 2) Xəstəlik vərəqəsi üçün verilən ödəniş digər ödənclərə aid edilir ya yox? Hər iki suala ayrılıqda tam aydın və başa düşülən formada cavab verəmənizi xahiş edirəm.
22/02/2020 Read: 171 Average count: 4

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

4/5 (8 Average count)
Qiymət ver:
Asif Bayramlı Əli oğlu ab***@gmail.com ID: 908
Salam, Siz 03 fevral 2020-ci ildə, İD:517 saylı sualın cavabında bildirmisiniz ki, hüquqi şəxslərə ödənilən dividend məbləği ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur. Lakin VM-nin 106.10-cu maddəsində isə göstərilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. Xahiş edirəm aydınlıq gətirərdiniz, əvvəlcədən təşəkkürümü bildirirəm!
22/02/2020 Read: 75 Average count: 0

Bildiririk ki, qeyd etdiyiniz cavab sualda qeyd olunan məsələyə münasibətdə nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Sorğunuzda göstərilən məqalədə isə dividendin vergidən azad edildiyi hallar qeyd olunub. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir. Qeyd olunan vergi ödəyicilərinə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Əliyev el***@gmail.com ID: 732
Zəhmət olmazsa 166.1.3.-cü maddənin izahını verərdiniz. "Malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt" dedikdə nələr nəzərdə tutulur?
21/02/2020 Read: 238 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.

- Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

-  Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

- Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi, Mülki Məcəllənin 372-ci və 373-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Emin Qafarov Penah oglu em***@epage.ru ID: 649
Salam. Mən MMC yaratmaq istəyirəm. Bununla bağlı hara müraciət etməliyəm və hansı sənədlər lazımdır?
21/02/2020 Read: 92 Average count: 0

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Mustafayev Elnur Atif oglu el***@mail.ru ID: 731
Salam. Bu VÖEN açıq və ya qapalı olmasi haqda məlumat verəsiniz- 1504078142.
21/02/2020 Read: 114 Average count: 5

Mustafayev Elnur Atif oğlunun (VÖEN 1504078142) hazırki tarixə (21.02.2020) fəaliyyəti dayandırılmışdır.

5/5 (2 Average count)
Qiymət ver:
Cavadova Sevinc Sabir qızı. se***@mail.ru ID: 747
01 yanvar 2020-ci il tarixindən əmək haqqından vergi,məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı ilə yanaşı,icbari tibbi sığorta haqqının tutulması müəyyən edilmişdir. Əmək haqqından tibbi sığortanın necə hesablanması Vergi Məcəlləsində qeyd olunmuşdur. Bu barədə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edib, tibbi sığortanın yanvar 2020-ci ildən tutulacağı barədə sorğu verdik,onların cavabı “2020-ci ilin aprel ayında əmək haqqından tibbi sığorta tutulacaqdır” oldu. Bilmək istərdim əmək haqqından tibbi sığorta nə vaxtdan tutulacaq?
21/02/2020 Read: 144 Average count: 5

Bildiririk ki, icbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən tutulacaq.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli Qanunu

5/5 (3 Average count)
Qiymət ver: