Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cabbarova Elnarə Sabir qızı el***@mail.ru ID: 326
Salam. Sualım belədir ki, xaricdən proqram lisenziyası alınır. Hüquqi şəxsdir. 1. Ölkədaxilində digər şirkətlərə satılır. 2. Şirkətin öz istifadəsi üçün alınır. Bilmək istərdim ki, hər 2 halda ayrı-ayrılıqda yazardınız hansı vergi öhdəlikləri yaranır?
15/11/2019 Read: 145 Average count: 4

Bildiririk ki, qeyri-rezidentdən alınmış proqram təminatına görə ona edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

ƏDV ödəyicisi olan rezident hüquqi şəxs tərəfindən hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-faktura sayılır.

Qeyd olunan məhsul digər şəxslərə təqdim olunduğu halda, ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.8-ci, 13.2.9-cu, 13.2.11-ci, 125.1.5-ci və 169-cu maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Nesirova Mahire Yashar ma***@gmail.com ID: 364
Salam. Mənə sms gəlib sizin qutunuzda 1 ədəd oxunmamış sənəd var. Onu evdə necə baxa bilərəm?
15/11/2019 Read: 57 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fuad Səlimov Fariz fu***@referencegroup.az ID: 365
Salam. Sualım icarə ilə bağlıdır. Bakı şəhərində icarəyə yer götürmüşəm və 500 manat razılaşmışıq. Amma vergi orqanları bazar qiyməti ilə icarəni hesablayır. İcarə haqqında qanunun 8-ci maddəsinə əsasən İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər.
15/11/2019 Read: 109 Average count: 5

Bildiririk ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllədə göstərilən hallar istisna olmaqla müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən tərəflər icarə haqqının məbləği barədə aralarında razılığa gələrək onu müqavilədə əks etdirmək hüququna malikdirlər.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Əsas: Mülki Məcəllənin 390-cı maddəsi, 33-cü və 34-cü fəsilləri, Vergi Məcəlləsinin 14.3.5-ci və 124.4-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Bəşir Alıahyarov Şakir al***@mail.ru ID: 367
Xüsusi mülkiyyəti təsdiq edən sənədi olan (kupça) fərdi yaşayış evinin vergisi ödənilirmi və kimə ödənilir (icra hakimiyyərinə, yerli bələdiyyəyə, Vergilər Nazirliyinə yoxsa başqa ünvana)?
15/11/2019 Read: 111 Average count: 5

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri isə əmlak vergisinin vergitutma obyektidir.

Bildiririk ki, sorğunuzda qeyd edilən mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

5/5 (1 Average count)
Qiymət ver:
Cavadova Sevinc Sabir qızı. se***@mail.ru ID: 360
"ELEONORA EXPORT COMPANY LTD" MMC (VÖEN 1305181831) 18 oktyabr 2017-ci il tarixində 01 nömrəli Qərar ilə ləğv olunmuş və ləğv olunma sənədləri Azərbycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim olunmuşdur. 29 oktyabr 2019-cu il tarixində telefona Vergilər Nazirliyindən mesaj gələrək 3-rüb 2019-cu ilin sadələşdirilmiş vergi bəyannaməsinin veriməməsi haqqında xəbərdarlıq edilmişdir. MMC-nin ləğv olunması üçün lazım olan sənədlər təqdim etmişəmsə,məndən bəyannamə niyə tələb olunsun? Xahiş edirik bir ölçü götürəsiniz.
15/11/2019 Read: 58 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələnin araşdırılması üçün Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Kamran 59***@mail.ru ID: 371
Keçid balı ne qədərdir?
15/11/2019 Read: 79 Average count: 5

Bildiririk ki, test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

5/5 (1 Average count)
Qiymət ver:
Müsaqil Musabəyli m_***@yahoo.com ID: 193
Salam, Mən proqramçı kimi Qəbələ şəhərində işləyirəm, mənim sualım Sosial sığortaya aid idi. Sual: Mən əgər carı rüb ərzində yalnız bir ay çalışmışam (mənim bank hesabıma vəsait yalnız həmin ay gəlibdir), mən yalnız həmin ay üçün sosial sığorta ödənişi eləməliyəm? Hörmətlə, Müsaqil Musabəyli
12/11/2019 Read: 177 Average count: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız faəliyyət göstərdikləri ay üçün qanunvericilikdə nəzərdə tutulmuş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Sorğunuzda qeyd olunan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 20 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (3 Average count)
Qiymət ver:
Emin Vəliyev Nizami Em***@gmail.com ID: 330
Salam. Mən adıma vöen olub-olmaması haqqında yazılı məlumat almaq istəyirəm bunun üçün sizdən kömək etməyinizi xahiş edirəm.
12/11/2019 Read: 111 Average count: 5

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur. Əlavə olaraq bildiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Average count)
Qiymət ver:
Əhməd Vahab ah***@gmail.com ID: 264
Vergi ödəyicisi olmayan şəxs sahib olduğu obyekti icarəyə verib. Həmin obyektə elektrik sayğacını quraşdırmaq üçün də müvafiq quruma müraciət edir. 1-ci sual: Obyekt yiyəsinin VÖEN-i olmadığına görə işıq idarəsi tərəfindən elektron qaimə tərtib olunmamalıdır, yoxsa bu halda icarəyə götürən vergi ödəyicisinə elektron qaimə yazılmalıdır? 2-ci sual: Həmin obyekt sahibləri mütləq vergi uçotuna durmalıdırlarmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.
12/11/2019 Read: 167 Average count: 3

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın o cümlədən elektron vergi hesab-fakturanı təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

3/5 (2 Average count)
Qiymət ver:
Ləman LE***@MAIL.RU ID: 301
Salam, Kapital banka 1 kart almaq üçün müraciət etdim, onlar söylədi rəsmi iş yerin varsa buyur, mən də dedim var. Yaxınlaşdım.asan imzam ilə daxil olub baxdılar. Rəsmi iş yerim (elektron qaydada) fərdi sahibkarın yanında olduğu üçün 1 kart təqdim etmədilər. (300 manatliq 1 kartların) . Söylədilər ki, biz ancaq Dövlət işçilərinə və Hüquqi şəxslərdə işləyənlərə və ya əməkhaqqını kartla bizdən alanlara 1 kart təqdim edirik. Fərdi sahibkarın yanında işləyən rəsmi işçilər isə bizim üçün işçi deyil, lap 10 il işlədiyi yer olsa belə. Bank of Baku bankı da eyni qaydada dedi. Amma UNi bank öz kartını təqdim etdi. Bir ölkədə bankların özünə aid fərqli –fərqli qayda qanunları var..Mən isə bilmək istərdim fərdi sahibkarın rəsmi işçisi ilə hüquqi şəxsin işçisi arasinda nə fərq var, fərq varsa hansı qanunla tezimlənir? 2-ci sual. Əməkhaqqını kartla almaq mikro-kicik sahibkar üçün vacibdirmi? Vacib deyilsə bunu banklar niyə şərt kimi qarşımıza qoyur? Sağ olun
12/11/2019 Read: 163 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Eyni zamanda bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Banklar tərəfindən kredit riskinin idarə olunması isə ölkədə qüvvədə olan müvafiq sahə qanunvericiliyi və bankın daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizlə bağlı aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş  “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli 590-IIQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Aynura Ali ay***@mail.ru ID: 329
Könüllü fəaliyyəti üçün necə müraciet etmək lazımdır?
12/11/2019 Read: 101 Average count: 5

Bildiririk ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Vergilər Nazirliyi tərəfindən könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı müraciətlərin qəbulu haqda elan verildiyi zaman elanda göstərilən tarixədək müraciət edilə bilər.

Sonuncu elana əsasən könüllü kimi faəliyyət göstərmək üçün müraciətlər 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul edilmişdir.

Könüllü fəaliyyəti barədə ətraflı məlumatı səhifəmizin “Könüllü fəaliyyəti” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 263
Salam ! Beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxs xarici ölkədə nəqliyyat vasitəsinə müəyyən xərclər çəkmişdir. Məsələn, ehtiyyat hissələrinin dəyişdirilməsi və yanacaq xərci. Həmin xərcləri təsdiq edən sənəd yalnız xarici ölkədən alınan kassa çekləridir. Sualım ondan ibarətdir ki, xarici ölkədə alınan kassa çekləri gəlirdən çıxılan xərcə aid edilirmi, yəni mənfəət bəyannaməsində xərc kimi nəzərə alınacaq ya yox?
12/11/2019 Read: 191 Average count: 5

Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Xarici dövlətlərdə malların, işlərin, xidmətləri alışını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 149-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Abdullayev Nəvahid İsmayıl oğlu el***@list.ru ID: 415
Salam, Vergilər Nazirliyinin onlyan kargüzarlıq bölməsində açıq qalan müraciətin ləğvi üçün nə etməliyəm?
12/11/2019 Read: 36 Average count: 0

Üzləşdiyiniz texniki problemlərlə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Obuxovskiy Yevqeniy Valentinoviç mu***@mail.ru ID: 123
Vergi orqanının sərəncamı bir neçə banka verildikdə və banklardan biri o sərəncamı ödəyirsə, bu halda digər banklar ödənişini birinçi bank tərəfindən keçirilməsi barədə sənəd daxil olursa Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır. Lakin ödəniş bank ilə yox, ƏDV depozit hesabından icra olunubsa və ödənişin aparaılması barədə sənəd banka daxil olursa, həmin sənədə əsasən Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırıla bilər?
12/11/2019 Read: 172 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun olaraq sərəncamda göstərilən məbləğ həcmində vergi ödəyicisinin vəsaitinin hesabda dondurulmasını təmin etməlidir.

Digər hallarda vergi orqanının sərəncamının icrasını dayandırmaq qanunvericilikdə nəzərdə tutulmamışdır, həmçinin vergi orqanının qeyd edilən sərəncamları üzrə Mülki Məcəllə ilə müəyyən edilmiş növbəliliyə əməl edilməzsə, növbəliliyin pozulması ilə aparılan əməliyyatların məbləğlərinin və yaxud pul vəsaitinin dondurulması haqqında vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizi miqdarında banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyası tətbiq edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 60.1.2-ci və 65-ci maddələri, Mülki Məcəllənin  965-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Nigar Qaytaran qızı az***@mail.ru ID: 115
Salam, fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi (təsnifat kodu-111130) necə hesablanır?
12/11/2019 Read: 63 Average count: 0

Bildiririk ki, digər gəlirlər dedikdə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər nəzərdə tutulur və əməliyyatın xarakterindən asılı olaraq vergiyə cəlb olunma Vergi Məcəlləsinin 101.2-ci və 101.3-cü maddələri ilə müəyyən olunmuş dərəcələrlə həyata keçirilir.

0/5 (0 Average count)
Qiymət ver:
Cəbrayılov Bəhruz Məhəmməd oğlu he***@mail.ru ID: 254
Salam. Təsisçisi və direktoru eyni şəxs olan, heç bir fəaliyyəti olmayan MMC başqa şəxsə satıldıqda(və ya bağışlandıqda) hansı hərəkətlər olunmalıdır. Cavabınıza görə çox sağ olun.
12/11/2019 Read: 196 Average count: 3

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 106-cı maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@bk.ru ID: 144
Salam Zəhmət olmasa sualımı cavablandırardız. Müəssisə 01.10.2019 tarixdə qeydiyyatdan keçib (ƏDV ödəyicisidi) və ölkə daxili yükdaşınma xidməti ilə məşğul olacaq (həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçir).Daşıdığı yükə görə qarşı tərəfə təqdim etdiyi E-Qaimə və EVH Fakturada göstərdiyi dövriyyə üçün ƏDV tətbiq etməlidirmi? Yoxsa 156.1-2 ci maddəyə ( 156.1-2.Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.) əsasən həmin dövriyyəyə ƏDV tətbiq edilməməlidir?
12/11/2019 Read: 133 Average count: 0

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən, şəxslər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi ilə müəyyən edilən tələblərə cavab verdiyi halda könüllü qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyata alına bilər. Eyni zamanda həmin şəxslər tərəfindən hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizənin uçotda olduqları vergi orqanına təqdim edildiyini nəzərə alaraq təqvim ilin ərzində dövlət qeydiyyatına alınan belə şəxslərin ƏDV məqsədləri üçün ərizə təqdim etmək hüququları yaranmır.

0/5 (0 Average count)
Qiymət ver:
Sabuhi Abbasov Hicran sa***@inbox.ru ID: 346
Salam, oklad 643 manat, həmin ay mükafat 445 oldu. Vergi necə tutulur,.cəmlənir tutulur, yoxsa ayrı-ayrı tutulur? Bir də məcburi köçkünlər üçün 300 çıxılır yoxsa 350?
12/11/2019 Read: 141 Average count: 5

Bildiririk ki, əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir olduğundan əmək haqqı və mükafat muzdlu işlə əlaqədar alınan aylıq gəlirə daxil edilir və cəmindən ödəmə mənbəyində vergi tutulur.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqı məbləğini daxil etməklə gəlir vergisi və digər tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Elnur Murtuzov Arzu el***@mail.ru ID: 324
Salam. Hüquqi şəxsin təsisçisinin dəyişilmə proseduru barədə məlumat verərdiniz zəhmət olmasa. Təsisçini dəyişmək üçün nə etməli?
12/11/2019 Read: 132 Average count: 3

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 160-cı maddələri.

3/5 (3 Average count)
Qiymət ver:
Nadir Cəlilov Hacıəhməd oğlu na***@gmail.com ID: 302
Mənə 195-dən üç elektron məktub göndərilib və sonradan bu barədə xatırlatma gəlib ki, məktublar açılıb oxunmamışdır. Nə qədər çalışıram internetdə məktubların yerini tapa bilmirəm ki, açıb oxuyum (şəxsi kabineti tapa bilmirəm). Bunun təhərini öyrədərdiniz, lütfən.
12/11/2019 Read: 67 Average count: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver: