Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Sevinc Qədirova se***@gmail.com ID: 261
A müəssisəsi sadələşdirilmiş vergi ödəyicisi, ona xidmət edən B müəssisəsi isə ƏDV ödəyicisidir. A müəssisəsi ona tətbiq edilən qaimə üzrə 18 % ƏDV-ni ödəməyə borcludurmu?
05/11/2019 Read: 119 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.

Müraciətinizdə qeyd olunan halda xidməti təqdim edən şəxsin göstərdiyi xidmətlərə ƏDV tətbiq olunur və ƏDV dolayı vergi hesab olunduğu üçün alıcı tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 153-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Eliyev Elsen Rovsen el***@gmail.com ID: 362
Salam. Mənim mobil telefonuma bu mesaj gəlmişdir: Sizin (VOEN: 1603807152) Internet Vergi Idarəsinde olan elektron qutunuzda 4 ədəd oxunulmamış sənədiniz vardır. Lakin mən necə oxuyacağımı bilmirəm. Zəhmət olmasa yardımçı olardınız.
05/11/2019 Read: 40 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
samir imanov im***@gmail.com ID: 259
Salam. Zəhmət olmasa, cavablandırardınız. Əsas vəsaitin itməsi ilə bağlı maddi-məsul şəxsin daşıdığı məsuliyyət nədən ibarətdir və prosedur necə aparılmalıdır?
05/11/2019 Read: 92 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Əmək Məcəlləsinin 32-ci fəsli.

0/5 (0 Average count)
Qiymət ver:
Oruc Or***@mail.ru ID: 233
Salam .Yazmağımın səbəbi odur ki, Nzs pivə zavoduna sizə məktub yazdım, öz başınalıqdır. Vergi gəldi şükür, amma Verginin bizə heçbir xeyri olmadı. Biz çöllərdə qalmışıq, iş müqaviləsi olmadığı üçün burada servisdə işləyirəm. Servisdə stajımız Salman adında bir şəxsdir, o deyir çöldə yatın, zavoda girməyin. Bu Salman dediyim şəxs zavoddan söz alıb daşıyandır. Bizi çöllərdə qoyub. Vergi gedib, bu Salman servisdə işləyən şəxs bizi zavoda qoymur. Deyir nə vaxt mənə dedilər girsin girəcəksiz, sizdən xahişim odur ki, bu işlə maraqlanasız, daha bütün işçilər bezib, hamısı ailə sahibidir.
05/11/2019 Read: 108 Average count: 3

Salam. Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə konkret və ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Hafiz HA***@MAIL.RU ID: 232
Salam. Dövlət sosial fonduna hesabat verdikden sonra ADOC adlı proqram ilə kompüterə yüklənir. Bu nə proqramdır, heç cür açmaq, istifadə etmək olmur. Bundan sadə Word, Excel, PDF hamı tərəfindən istifadə olunur, amma ADOC nə proqramdırsa kompüterdə istifadə etmək olmur. Çətinlik yaradır, elektron əmək müqavilələri də bu proqramla kompüterə yüklənir. Bunu nəzərə alaraq sizdən xahiş edirəm mümkünsə Vergi saytında - Lazımlı proqramlar - İnternet Vergi İdarəsi bölməsində ADOC proqramı istifadə üçün yükləyəsiniz. Sağ olun.
05/11/2019 Read: 140 Average count: 0

Bildiririk ki, ASAN DOC proqramı ilə bağlı suallarınızla əlaqədar məlumatı www.asanimza.az internet saytından əldə edə bilərsiniz.

Eyni zamanda İnternet Vergi İdarəsinin istifadəsi ilə bağlı təkliflərinizi səhifəmizin "Müraciətlər" bölməsindən göndərməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Səmimə Şamilova Məmmədəli al***@gmail.com ID: 214
Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatların onlayn təqdim edilməsi zamanı “Cəmi gəlirlər” sütununun cəmi məbləği “Əmək haqqı və gəlirlər” bəndindəki “M.D.S.S.- ə cəlb olunanlar” sətrinin rüb üzrə cəmi məbləğinə bərabər olduğu halda , Cəmi gəlirlər əməyin ödənişi bəndində daxil edilən məbləğə bərabər olmalıdır Səhvi çıxır. Zəhmət olmasa köməklik göstərəsiniz.
05/11/2019 Read: 86 Average count: 0

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı xətalar yarandıqda köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədli Nəbi Eldar ek***@mail.ru ID: 213
Salam. Mən 6 kv-lıq obyekt icarəyə götürüb pərakəndə xırdavat satışı ilə məşgul olmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Hara yaxınlaşmalıyam və nələr lazımdı? Çox xahis edirəm sualımı cavablandırasınız.
05/11/2019 Read: 117 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi kimi uçotda olmadığınız təqdirdə sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə VÖEN əldə etməli , daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına və təsərrüfat subyektinizi (obyektinizi) qeydiyyata sala bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi öhdəlikləriniz isə vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlaka görə icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

İcarəyə götürülmüş obyektə görə ödənilməli vergilər barədə isə bildiririk ki, icarəyə verən fiziki şəxs olduqda icarəyə verənə icarə haqqı ödənilən zaman ödənilən haqdan 14 % dərəcə ilə vergi tutmalı, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan etməli və büdcəyə ödəməlisiniz. İcarəyə verən hüquqi şəxs olduqda isə ödəmə mənbəyində vergi tutulmur, vergi öhdəliyini hüquqi şəxs özü yerinə yetirir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, IX, X, XI və XVII fəsilləri.

5/5 (1 Average count)
Qiymət ver:
Həsən tu***@mail.ru ID: 385
Salam! Mənim atam 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olub döyüşdə iştirak edib. 2004 -cu ildə vəfat edib . Vergi məcəlləsinin (102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; ) 102.2.5-ci maddəsi mənə şamil olunurmu?
04/11/2019 Read: 66 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Average count)
Qiymət ver:
Əhədov Asif Təzəxan Eh***@mail.ru ID: 379
01.01.2019 cu il tarixdən vergi guzəştlərində sonradan vəfat etmiş döyuşçü lərin ovladlari dedikde kimler nezerde tutulur.Bu bənd yalniz vəfat etmiş Qarabağ doyuşculerinin ovladlarina aiddir yoxsa həm 2 ci dünya muharibəsi həm də 1941-1945 iştirakcilarinin övladlarina şamildir.Bir də 400 manat guzeşt olunursa hec kim bilmir niye mərkəzi icra hakimiyyeti orqanlari bundan xebersizdir ve kohne qaydayla vergi tutulur vetendaşin mesuliyyeti varmi bunda gec xeber tutub melumatsiz olub.
01/11/2019 Read: 59 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Ağayev Faiq Heybət oğlu fa***@mail.ru ID: 183
Təkrar müraciət: Kəndli Fermer Təsərrüfatı Azərbaycan Respublikasının dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılmış vəsait hesabına damazlıq heyvan alışını həyata keçirmişdir. Yəni idxal edilmiş damazlıq heyvanlarının gömrük dəyərinin 60 faizi həcmində fermer təsərrüfatına güzəşt tətbiq edilmiş və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil bank vasitəsilə fermer təsərrüfatına ödənilmişdir. Fermer təsərrüfatı isə həmin məbləği damazlıq heyvanları satan təşkilata ödəmişdir. Kəndli Fermer Təsərrüfatına ödənilmiş qeyd olunan güzəşt məbləği mənfəət vergisinə cəlb olunmalıdırmı? Xahiş edirəm cavabı Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq cavablandırasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
01/11/2019 Read: 165 Average count: 5

Bildiririk ki, Kəndli Fermer Təsərrüfatı tərəfindən alınmış damazlıq heyvanların dəyərinin 60 faizinin Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyindən ayrılmış vəsait hesabına ödənilməsi təsərrüfatın satışdankənar gəlirlərinə aid edilir və həmin gəlirlər mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 104-cü maddələri

5/5 (4 Average count)
Qiymət ver:
Mustafayev İlqar Məhəmmədəli oglu mu***@gmail.com ID: 117
Xahiş edirəm, mədən vergisinə aydınlıq gətirəsiniz. Qum-çıngıl karxanası xammalı çay yatağından götürür. Həmin məhsul çay xırı deyilən: 20% qum, 5% palçıq-lil, 60% çınqıl, qalan hissəsi isə iri daşdan ibarətdir. Bu məhsulun mədən vergisi necə hesablanır? Xatırladım ki, o sadalanan materialları bir-birindən ayırıb çeşidləmək üçün: çeşidləyici ələk, su, elektrik, ən azı 3 ədəd motorlu texnika lazımdır. Bundan sonra, qum çınqıl əldə edilir. Mədən vergisi hansı məhsullardan tutulduğunu bilirəm, o siyahıda çay xırı deyə bir məhsul adı keçmir.
01/11/2019 Read: 115 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

Mədən vergisinin hesablanması məqsədləri üçün sorğuda göstərilən halda yerin təkindən faydalı qazıntıların çıxarılması zamanı tətbiq edilən texnoloji prosesə uyğun olaraq (materialların bir-birindən ayırıb, emalı və sair) hasilatın həcmi həmin prosesin nəticəsində çay xırının tərkibindən ay üzrə müəyyən edilən çınqıl xammalı hesabat ayının bəyannaməsinə daxil edilməklə vergi orqanına təqdim edilə bilər. Bu zaman verginin hesablanması üçün hesabat ayı üzrə yerin təkindən çıxarılan faydalı qazıntıların həcmi müəyyən edilir.

Qeyd olunanlara əsasən qum-çınqıl karxanasında çınqılın hazırlanması üçün yerin təkindən çıxarılan çınqıl xammalının hər kubmetr 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb növbəti ayın 20-dən gec olmayaraq yerli büdcəyə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 214-cü, 216-cı və 217-ci maddələri

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədzadə Nicat Rövşən oğlu ni***@mail.ru ID: 78
AR Vergi Məcəlləsinin 164.1.30 maddəsinə əsasən toxum və tinglərin idxalı və satışı ƏDV-dən azaddır.Bilmək istərdik ki,bu maddə Respublika ərazisindəki pambıq zavodları tərəfindən emal olumuş xam pambıqdan alınmış toxumluq çiyidin satışına şamil edilirmi?
01/11/2019 Read: 184 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.30-cu maddəsinə əsasən toxum və tinglərin idxalı və satışı ƏDV-dən azaddır. Buna əsasən emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxum hesab edildiyi halda ƏDV-dən azaddır. Emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxuma aid olması barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 159-cu, 164-cü, 199-cu maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

0/5 (0 Average count)
Qiymət ver:
Emil Allahverdiyev Azad Em***@gmail.com ID: 377
Salam. Güzəştli vergi tutulan ölkəyə pul köçürmüşük və ÖMV.sini bəyan edib ödəmişik. Həmin pul 1 aydan sonra geri qayıdıb. Bəyannaməyə dəqiqləşmə verə bilərəmmi?
01/11/2019 Read: 163 Average count: 2

Bildiririk ki, Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Rezident müəssisə tərəfindən qeyri-rezident şəxsin güzəştli vergi tutulan ölkələrdə olan bank hesabına köçürülmüş pul vəsaitlərinin rezident müəssisənin bank hesabına geri qaytarılması zamanı ödənilmiş vergi məbləğinin nəzərə alınması (geri qaytarılması) vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 128-ci maddəsi

2/5 (3 Average count)
Qiymət ver:
Elyaz Xəlilli İbrahim kh***@gmail.com ID: 376
Salam, Yükdaşıma fəaliyyəti ilə məşğul olan müəssisə, yerli və beynəlxalq olmaqla iki fərqli istiqamətdə xidmət göstərir. Yerli yükdaşıma üzrə sadələşdirilmiş verginin, beynəlxalq yükdaşıma üzrə Mənfəət və ƏDV vergisinin ödəyicisi olan müəssisənin hansı alışlar (mal, xidmət, iş) üzrə ƏDV-ni əvəzləşdirmək hüququ vardır? Ümumi dövriyyəyə xidmət edən alışlarla bağlı (kommunal xidmətlər, icarə haqqı və s bu qəbildən olan) ödənilmiş ƏDV məbləğinin hansı hissəsinin əvəzləşdirilməsinə icazə verilir? Zəhmət olmasa, qeyd edilən müraciətlə bağlı misallar və nümunələrlə birlikdə mümkün izah verərdiniz.
01/11/2019 Read: 183 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

5/5 (1 Average count)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 71
Здравствуйте ! Гражданин Азербайджана с 2015-го года постоянно живёт в одном из зарубежных государств, там-же занимается бизнесом (предпринимательством), является налогоплательщиком этого Государства , налоговым органом этого государства на его имя открыт код налогоплательщика, он предоставляет в налоговый орган Государства своего проживания начиная с 2016-го года налоговую отчётность и уплачивает налоги. В то же время у вышеупомянутого гражданина Азербайджана нет и не было никакого другого гражданства какого-либо иностранного государства . С 2015-го года вышеупомянутый гражданин Азербайджана был в Азербайджане только один раз –на протяжении 1-й недели (7 дней). В то же время на имя вышеупомянутого гражданина Азербайджана есть VÖEN şəhadətnaməsi, полученный им в Азербайджане в 2003-м году, а также 2 объекта недвижимости (квартиры), которые сдавались и сдаются им в аренду лицам , на чьё имя также открыт VÖEN, в том числе и после отъезда этого гражданина для постоянного проживания за рубеж, то есть в 2015-2019-х годах. Налог с уплачиваемой арендной платы по ставке 14% удерживается и уплачивается самими арендаторами, а представитель Арендодателя ( его родственник), действующий по доверенности, предоставляет от имени этого гражданина всю требуемую налоговую и другую отчётность в налоговый орган и другие компетентные органы Азербайджана, уплачивает муниципальные налоги и другие требуемые по законодательству Азербайджана платежи . Вопрос : является вышеупомянутый гражданин Азербайджана, с 2015-го года постоянно проживающий за рубежом, налоговым резидентом Азербайджана ?
01/11/2019 Read: 221 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır.

Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi

4/5 (5 Average count)
Qiymət ver:
Sadiq mr***@bk.ru ID: 375
İdxal və İxrac əməliyyatları zamanı malların gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı və 18% ƏDV (5.40 manat) alınır. Həmin vəsait nağdsız qaydada bank köçürməsi, gömrük idarəsinin ərazisində olan bank şöbəsinə nağd şəkildə və bank kartı (biznes kart) vasitəsilə Hökumət Ödəniş Portatalı üzərindən onlayn şəkildə ödənilir. Bununla əlaqədar aşağıdakıları bilmək istərdik: 1. AR DGK-nin “Azərterminalkompleks” birliyi tərəfindən bizə elektron qaimə-faktura və elektron vergi hesab-faktura verilməlidirmi? 2. Elektron vergi hesab-faktura olmadan ödədiyimiz ƏDV məbləğini Gömrük bəyannaməsinə əsasən əvəzləşdirə bilərikmi? 3. Sadaladığımız ödəniş üsullarında hansına əsasən ƏDV-ni əvəzləşdirə bilərik?
01/11/2019 Read: 181 Average count: 3

Bildiririk ki, idxal və ixrac edilmiş mallar üzrə göstərilmiş elektron gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilə bilər. Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda isə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və ödənilmiş ƏDV məbləği malların dəyərinə aid edilməklə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-c il tarixli 168 nömrəli Qərarı

3/5 (4 Average count)
Qiymət ver:
Tofiq Bəhramov to***@gmail.com ID: 312
Salam əziz dostlar. Son zamanlarda gömrükdə maliyyə icarəsinə götürülmüş əsas vəsaitlərin idxalı ilə bağlı problemlər yaşanır. Vergi Məcəlləsinin 164.1.25 maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV-dən azaddır. Lakin həm gömrük, həm də vergi nazirlikləri bu əməliyyatı ƏDV-yə cəlb edilməsini təkid edirlər. Deyirlər ki, icarə müqaviləsi pozulsa, onda vergi ödəyicisi vergi üstünlüyü əldə etmiş olur. Bəs bu azadolma hansı hallarda tətbiq oluna bilər? Xahiş edirəm ətraflı izah edəsiniz. Təşəkkür.
29/10/2019 Read: 130 Average count: 0

Vergi Məcəlləsində nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyindən sorğunuzda qeyd olunanlar barədə ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət etməyinizi tövsiyə edirik.

 

0/5 (0 Average count)
Qiymət ver:
Cəlil Abbaslı Asif ab***@gmail.com ID: 359
Zəhmət olmasa Turizm (Tuoperatorluq) fəaliyyəti ilə məşğul olmaq üçün(Fiziki şəxs kimi) lazımi sənədləşmə və müraciət (hansı orqanlara) ardıcıllığını yazardınız. Öncədən təşəkkür edirəm.
29/10/2019 Read: 119 Average count: 0

Bildiririk ki, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı, turagent isə turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs hesab olunur.

Göründüyü kimi, fiziki şəxsin turagent kimi fəaliyyət göstərilməsi mümkündür və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək vergi uçotuna alınmalıdır.

Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “Fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Average count)
Qiymət ver:
Kamal Quluzadə Habil ka***@gmail.com ID: 356
1. Sualım Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi fəaliyyəti ilə bağlıdır. Belə ki AR Mülki Məcəlləsinin 54-cü maddəsinə əsasən İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Lakin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və onun tabe olduğu Dövlət Vergi xidmətinin hər birinin ayrılıqda müstəqil balansı, VÖEN-i vardır. Buna görə də istərdim ki, buna hüquqi baxımdan aydınlıq gətirilsin. 2. Tur operatorların fəaliyyəti ilə məşğulam. Tutaq ki xarici ölkə vətəndaşına göstərdiyim xidmət qarşılığında nəğd və nəğdsiz pul vəsaitlərini qəbul edərkən həmin xarici ölkə vətəndaşına hansı təsdiqləyici ödəniş sənədini təqdim etməliyəm?(həm nəğd ödəniş olduğu halda, həm də nəğdsiz ödəniş zamanı hansı ödəniş sənədinin təqdim edilməli olduğunu qeyd etməyiniz xahiş olunur). Hörmətlə, Quluzadə K.H.
28/10/2019 Read: 90 Average count: 0

Cavab 1. Bildiririk ki,  dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.2-ci maddəsi.

Cavab 2. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən aparılan zaman alıcıya qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Şahzadəyev Eldəniz Sabir el***@gmail.com ID: 348
Salam Hörmətli Mikayıl Cabbarov cənabları. İlk öncə sizi Cənab Prezidentin yeni vəzifəyə təyin etməsi münasibəti ilə təbrik edir, sizə işlərinizdə uğurlar ,möhkəm can saqlığı arzulayıram. Cənab Nazir yazıb sizə bildirirəm ki, Mən Şahzadəyev Eldəniz Sabir oğlu əslən Kəlbəcər rayonunan olan məcburi köçkünəm.Sosial durumum ürək açan deyil, gənc ailəyəm və himayəmdə az yaşlı övladım var. Azəriqazda fəhlə işləyə işləyə vergi imtahanına hazrlaşdım, gecələr yatmadım oxudum, gündüzlər işlədim ama 26 oktyabr imtahanında 69 bal yığdım 1 balla kəsildim. Sizdən xahiş edirəm ailə vəziyyətimi, sosial durumumu nəzərə alaraq mənə bir bala görə güzəşt edib imtahan mərhələmi məqbul sayasız.Ümid edirəm xahişimi nəzərə alıb mənim bu gün yaşadığım üzgünlüyü sevinclə əvəz edəcəksiniz.
26/10/2019 Read: 75 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. Namizədin tələb olunan  baldan az topladığı halda müsahibə mərhələsinə keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (2 Average count)
Qiymət ver: