Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əsmər Hüseynova e_***@mail.ru ID: 98
Hüquqi və yaxud da fiziki şəxsdən icarəyə götürülmüş obyektə çəkilən təmir xərcləri vergi məqsədləri üçün gəlirdən çıxılan xərc kimi tanına bilərmi? Əlavə olaraq qeyd edim ki, icarə obyektinin təmir xərcləri ilə əlaqədar aldığımız tikinti materiallarının alışını əks etdirən VHF də, ödəniş sənədləri də qaydasındadır.
27/09/2019 Read: 279 Average count: 4

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Məmmədov İlham Vəli ta***@yahoo.com ID: 97
Salam, Cəmiyyəti quş ətinin sənaye üsulu ilə istehsalı fəaliyyətini və onun topdan və pərakəndə şəkildə satışını həyata keçməklə yanaşı, yetişdirilmiş quşlardan onların diri şəkildə olarkən quşlardan əldə olunan quş zilinin (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) satışını həyata keçirmək istəyirik. Lakin, qanunvericilikdə istehsalçı tərəfindən quş zılının satışının Əlavə Dəyər Vergisinə cəlb olunması barədə dəqiq göstəriş yoxdur. Digər bir məsələdə isə yetişdirilmiş quşlardan əldə olunan quş zılının eyni qaydada (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) sadəcə qablaşdırılaraq satışını həyata keçirmək Əlavə Dəyər Vergisinə cəlb olunması barədə. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, Cəmiyyət tərəfindən quş zılının açıq şəkildə satışının və yaxud qablaşdırılmış şəkildə satışı Əlavə Dəyər Vergisinə cəlb olunub-olunmaması barədə bizə geniş şəkildə məlumat verəsiniz.
27/09/2019 Read: 187 Average count: 5

Bildiririk ki, quş ətinin satışı 1 yanvar 2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilmişdir. Qeyd olunan maddədə azadolma yalnız quş ətinə şamil edilir.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilmişdir.

Quş zılı (peyini) isə kənd təsərrüfatı məhsullarına aid edilmədiyi üçün  ümumi qaydada ƏDV-yə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 164.1.18-ci, 164.1.37-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

5/5 (2 Average count)
Qiymət ver:
Ilham Məmmədov Vəli ta***@yahoo.com ID: 96
Salam. Bildiyiniz kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsində malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bir çox növlərindən Əlavə Dəyər Vergisini ödənişindən azad edilmə barədə müddəalar mövcuddur. Xahiş edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində quşçuluq və maldarlıq təsərrüfatları üçün istehsal olunan yem məhsullarının Əlavə Dəyər Vergisinə cəlb olunması və yaxud Əlavə Dəyər Vergisindən azad olması ilə bağlı Vergi Məcəlləsində hər hansı bir maddənin mövcud olması və ya gələcək dövrdə Vergi Məcəlləsinə olunacaq dəyişikliklərdə bu məhsullarla bağlı azadaolma barədə əlavə ediləcəyi barədə bizə məlumat verilməsinə köməklik göstərəsiniz.
27/09/2019 Read: 151 Average count: 0

Bildiririk ki, kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə  ƏDV-dən azad edilmişdir. Digər yem məhsullarının istehsalı və satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Gələcəkdə qeyd etdiyiniz məhsulların ƏDV-dən azad edilib-edilməyəcəyi barədə bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız  Vergi Məcəlləsi ilə müəyyənləşdirilir və hər hansı dəyişikliklər edildikdə isə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.

Vergi qanunvericiliyinə dəyişiklik edildikdə bu barədə KİV-də, o cümlədən səhifəmizdə məlumatlar yerləşdirilir.

Əsas:  Vergi Məcəlləsinin 2.4-1-ci, 164.1.43-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Eldəniz Məmmədov Vasif ma***@gmail.com ID: 95
Salam, sualım belədir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır?
27/09/2019 Read: 257 Average count: 3

Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Qeyd edilən arayışın əldə edilməsi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 154.6-cı, 175-ci, 218.1.3-cü, 218.3-cü, 219.3-cü, 220.8-ci və 221.5-ci maddələri.

3/5 (6 Average count)
Qiymət ver:
Cəfərov Saleh Mais sa***@gmail.com ID: 94
Təsisçiyə məxsus şəxsi avtomobil nizamnamə kapitalı qoyuluşu şəklində MMC-nin balansına keçirilir. Bu zaman yerinə yetirilməli olan prosedurlar barədə və MMC ləğv olunduqda həmin avtomobil təsisçinin adına keçərkən yaranan vergi öhdəlikləri haqqında məlumat verməyinizi xahiş edirəm.
27/09/2019 Read: 285 Average count: 3

Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə fonduna qoyulması hər iki tərəf üçün vergitutma obyektini təşkil etmir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

3/5 (4 Average count)
Qiymət ver:
Nadir Cabbarov na***@gmail.com ID: 93
VM-nin maddə 102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri və Sosial sığorta haqqında Qanunun 15-ci maddəsində əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr dedikdə hansı ödəmələrdən söhbət gedir, bunların məbləğini kim (hansı dövlət orqanı) müəyyən edir?
27/09/2019 Read: 211 Average count: 0

Bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əsas: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımova Əminə eq***@gmail.com ID: 92
Əcnəbilərin Azərbaycan Respublikasında hüquqi şəxs yaratması üçün tələb olunan sənədlər hansılardır? Və bu zaman əcnəbinin yaşadığı yer olaraq ünvan hansı ünvan verilir?
27/09/2019 Read: 131 Average count: 0

Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması zamanı tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.
Təsisçi fiziki şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verdiyi daimi və ya müvəqqəti icazə vəsiqəsinin rekvizitləri qeyd edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Mübariz İmanov Hafiz mu***@gmalil.com ID: 91
İşə qəbulla bağlı elan nə vaxt veriləcək? Mən vergi könüllüsüyəm, bunun işə qəbula bir təsiri ola bilərmi?
27/09/2019 Read: 154 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar,  eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Azayev Rövşən az***@gmail.com ID: 90
Salam, bilmək istərdim Vergilər Nazirliyinin tərkibində ştatdan kənar işçilər hansı kateqoriya üzrə seçilir və ora necə müraciət etmək olar?
27/09/2019 Read: 116 Average count: 5

Bildiririk ki, vergi orqanlarında vakansiyalar yarandıqda KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilməklə müsabiqə həyata keçirilir və müsabiqənin hər iki mərhələsini (test imtahanını və müsahibəni) müvəffəqiyyətlə keçən namizədlər işlə təmin olunur.

Vergilər Nazirliyinin funksional fəaliyyəti ilə bağlı zərurət yarandıqda müvafiq kriteriyalar (iş təcrübəsi, Vergilər Nazirliyinə işə qəbulla bağlı keçirilən imtahan nəticələri və s.) nəzərə alınmaqla büdcədənkənar fondhesabına müəyyən hədd daxilində işçilər cəlb oluna bilər və ştatdankənar işçilərin işə qəbul edilməsi ilə bağlı xüsusi prosedur qaydalar müəyyənləşməmişdir.

İşə qəbul məsələləri ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə rəsmi qaydada müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Xaqani Dünyamalı oğlu Əliyev a_***@mail.ru ID: 89
Xahiş edirəm izah edəsiniz: əgər işçi məzuniyyətdə olduğundan növbəti ayda faktiki işlədiyi günlərin sayı normadan azdırsa, onun maaşı hesablanarkən 200 manat məbləğində vergi güzəştinin miqdarı necə hesablanmalıdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm. Hörmətlə, Xaqani Əliyev.
27/09/2019 Read: 224 Average count: 4

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqına cəlb edilir.

Qeyd olunanlara əsasən, işçinin əsas iş yerində ay ərzində əldə etdiyi muzdlu işdən gəliri 200 manatdan az olduğu halda, həmin gəlirdən gəlir vergisi hesablanmır.

4/5 (4 Average count)
Qiymət ver:
Abbasov Həsən Qələndər tu***@mail.ru ID: 88
Salam! Xahiş edirəm ki, bildirəsiniz forma № 4MQ (mənzil kommunal xidmət üçün qəbz) əldə edilməsi üçün fiziki yoxsa hüquqi şəxs kimi VÖEN uçotuna durmaq lazımdır?
27/09/2019 Read: 118 Average count: 4

Bildiririk ki, ciddi hesabat formalarının tətbiqi ilə bağlı ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.5-ci maddəsinə əsasən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

4/5 (4 Average count)
Qiymət ver:
Sevil Qaraliyeva Fərmail sq***@mail.ru ID: 87
Salam. Zəhmət olmazsa cavablandırardınız. Bir şəxsin adına iki dəfə VÖEN açmaq mümkündürmü? Yəni həmin şəxsin iki iş yeri olarsa?
27/09/2019 Read: 142 Average count: 0

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola bilər.

Əsas: Vergi Məcəlləsinin 34.6-cı maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Nurlan Həsənli Mirkamil ga***@mail.ru ID: 86
Mən arayış almaq istəyirəm. Mən vergi ödəmədiyimə görə, haradan arayış ala bilərəm?
27/09/2019 Read: 136 Average count: 0

Bildiririk ki, fəaliyyətinizin olub-olmaması barədə arayış almaq üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya qeydiyyatda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış 5 iş günü müddətində verilir.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədov Hümbət Məhəmməd hu***@gmail.com ID: 85
Salam. Bizim Şirkət Parakəndə Ticarətlə Məsğuldur. NKA dan istifadə edirik. Ancaq, hər mağazada 100 000.00 və 150 000.00 manat ayda 250 000.00 manat dövriyyə olur, ancaq həmin məbləği biz banka köçürmədən həmin pul vəsaitin Təhtəl hesaba verib (yəni 250 000-00 manatı) xərcləyirik (Məsarif edirik). Nağdsız hesablaşmalara görə olan qanun əsasında cəriməyə düşür və satışdan (mağazaların) əldə edilən pullar necə xərclənməlidir? Bizə həmin pulu istifadə olunması qaydaları haqqında məlumat vermənizi xahiş edirəm. Əvvəlcədən minnətdarliq edirəm.
27/09/2019 Read: 156 Average count: 4

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi vergi ödəyicisi tərəfindən Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, təqvim ayı ərzində qanunla müəyyən olunmuş hallarda yalnız nağdsız qaydada hesablaşmalar üzrə ödəmələr istisna olmaqla digər məxaric əməliyyatları üzrə ödənişlər həmin maddədə göstərilən hədlər daxilində (15 000 manat və 30 000 manat olmaqla) nağd qaydada ödənilə bilər.

4/5 (2 Average count)
Qiymət ver:
Mikayl ma***@mail.ru ID: 154
Salam. Vergi sistemində e-qaimə bölməsində qaimə hazırlanması qaiməni çap etmək olur. Amma bu qaiməni öz kompüterinə yükləmək olmur. Və ya hazır olmuş qaiməni elektron formada qarşı tərəfə ilkin baxmaq üçün göndərmək olmur. Angaq çap edib kağız formada çıxarmaq olur, amma bu rejim olsaydı çox gözəl olardı.
27/09/2019 Read: 61 Average count: 5

Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Müraciətlər” bölməsinə göndərə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Mustafayev Elnur Mikayıl e.***@asan.gov.az ID: 81
Salam,mənim 0507229233 asan imza nömrəmlə sistemə girib əməliyyat edə bilmirəm.Bu nömrə əvvəl MMC yə bağlı olub,o MMC dəki payımı mən satmışam.Xahiş edirəm deyin bu nömrəni necə öz adıma keçirə bilərəm.Hal hazırda fiziki şəxs kimi fəaliyyət görsədirəm
27/09/2019 Read: 98 Average count: 5

Müraciətinizlə əlaqədar olaraq müştərisi olduğunuz mobil operatora müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Abasova Gunel Elikram gu***@mail.ru ID: 80
Online satış səhifələrinin vergisi necə hesablanır? Yəni hansı vergi ödəyicisi hesab olunur?
27/09/2019 Read: 149 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək vergi uçotuna alınmalıdır.

ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər.

Müraciətinizdə qeyd olunan şəxs pərakəndə satışla məşğul olduğu halda sadələşdirilmiş vergi ödəyicisi olmaq həmin şəxsin hüququdur. Bu halda həmin şəxs əldə etdiyi ümumi hasilatdan xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödəyir.

Topdansatış fəaliyyəti ilə məşğul olduğu halda və ya  vergi ödəyicisi kimi uçotda olan şəxslərə satış xidməti  göstərildiyi halda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218.1.1-ci, 218.5.9-cu, 218.5.10-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Nailə Məmmədzadə na***@mail.ru ID: 84
Vergi orqanı tərəfindən banka qoyulmuş sərəncam neçə iş günü müddətində geri çağırılmalıdır?
26/09/2019 Read: 156 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Əsas: Vergi Məcəlləsinin 65.8-ci maddəsi.

3/5 (2 Average count)
Qiymət ver:
Tağıyev Nahid ta***@yahoo.com ID: 28
Vergi Məcəlləsinin 219.11-ci maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Digər yandan həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend vergitutma obyekti deyildir. Belə olan halda, belə çıxır ki, dividend VM-nin 219.11-ci maddəsinin mövcudluğundan asılı olmayaraq ödəmə mənbəyində vergiyə cəlb edildiyindən bütün hallarda SV məqsədləri üçün vergitutma obyekti deyildir?
19/09/2019 Read: 482 Average count: 5

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 219.11-ci maddələri.

5/5 (8 Average count)
Qiymət ver:
Zaur Kazımov ka***@gmail.com ID: 27
Salam. Mənim sualım ƏDV-nin vaxtının müəyyən edilməsi ilə bağlıdır. Bu sualı yazmaqda məqsədim budur ki, mən vergi məcəlləsində müvafiq maddələrin şərhi ilə bağlı normal ədəbiyyat tapa bilməmişəm ki,maddələri təfərrüatı ilə misallarla,nümunələrlə tam şəkildə izah etsin. Deməli, məsələn 118 manatlıq mal satılmışdır (18 manat ƏDV). E-qaimə və EVHF cari ayın 27-si göndərilmişdir. 1-ci hal). Müştəri ƏDV-ni (18 manat) cari ayın 30-u ödəyib, əsas məbləği (100 manat) isə növbəti ayın 1-i. Yəni hər iki ödəniş mallar təqdim edildiyi tarixdən sonrakı gündən başlayaraq 30 gün ərzində ödənilmişdir. Bu halda ƏDV öhdəliyi hansı ayın bəyannaməsinə düşməlidir? Əslində mən "ödəmə" anlayışını hər iki, həm ƏDV ,həm də əsas məbləğin eyni anda ödənilməsi kimi anlayıram. Amma təcrübədə çox zaman ƏDV birinci ödənir, əsas məbləğ isə daha sonralar. 2-ci hal). ƏDV (18 manat) yuxarıdakı kimi cari ayın 30-u ödənilib, amma əsas məbləğ (100 manat) növbəti ayın 30-u. Yəni malların təqdim edilməsindən sonrakı gündən başlayaraq 30 gündən sonra. Bu halda sonuncu növbəti ayın 20-si sonuncu bəyannamənin göndərilməsi müddətində ƏDV öhdəliyi bəyannamədə göstərilməlidirmi? (Baxmayaraq ki, mən şərtdə yazsam da ki, əsas məbləğ növbəti ayın 30-u ödənibdir, amma ayın 20-si, yəni ƏDV-nin son göndərilmə müddəti olduğundan bizim hələ xəbərimiz yoxdur ki, əsas məbləğ ödənəcək ya yox.) Və nəhayət 3-cü hal). Müştəri bu dəfə əsas məbləği birinci ödəyir, yəni yuxarıda göstərdiyim kimi cari ayın 30-u (baxmayaraq ki, 50 faiz cərimə olunacaqdır), amma ƏDV-ni növbəti ayın 1-i ödəyir. Yəni ödəmə məbləğlərinin yeri dəyişir, birinci əsas məbləğ (100 manat) ödənir,ikinci isə ƏDV (18 manat). Bu halda necə olmalıdır? ƏDV öhdəliyini hansı ayın bəyannaməsində əks etdirmək lazımdır. Və eləcədə əsas məbləğin ödənməsi, ƏDV-nin isə ödənməməsi və yaxud da mallar təqdim edildikdən sonra ümumiyyətlə heç bir məbləğin ödənməməsi bizim vergi orqanları qarşısında ƏDV öhdəliyimizin bəyannamədə əks etdirməməsinə əsas verirmi? Yəni ,fərz edək ki, müştəri aylar keçir,heç bir ödəmə etmir, nə ƏDV, nə əsas məbləğ. Bu o deməkdirmi ki, baxmayaraq ki, bizim malları təqdim etdiyimizə görə ƏDV öhdəliyimiz yaranıb,amma müştəri heç bir ödəniş etmədiyindən biz bu öhdəliyimizi bəyannamədə göstərə bilmirik. Yəni ƏDV öhdəliyinin bəyannamədə əks etdirilməsi mütləq olaraq müştəri tərəfindən ödəmənin olmasını vacib edirmi? Yoxsa sadəcə 30 gün əsas olaraq götürülməli və bu 30 gün ərzində heç bir ödəniş olmayıbsa 30 gün keçdikdən sonra avtomatik olaraq ƏDV öhdəliyi vergi ödəyicisi, yəni bizim tərəfimizdən bəyannamədə qeyd edilməlidir? Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
19/09/2019 Read: 352 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur.

ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

3/5 (9 Average count)
Qiymət ver: