Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Mübariz Ənvər oğlu Rəhimov ra***@mail.ru ID: 7
Salam. Bilirik ki, respublikamızda Fermer Kartı verilməsinə başlanılıb. Bu kartın fermerlər üçün üstünlükləri nədən ibarətdir? Əgər Fermer özünə aid olmayan məhsulları alıb satırsa və pulu bu karta yüklənəcəksə onu necə ayırd etmək olacaq? Zəhmət olmazsa ətraflı məlumat verərdiniz.
19/09/2019 Read: 350 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Göründüyü kimi güzəşt kənd təsərrüfatı məhsullarının istehsalçılarına aid edilmişdir. Qeyd olunanlara əsasən, kənd təsərrüfatı mallarının istehsalçısı tərəfindən mallar təqdim edildikdə ödənilən vəsait gəlir vergisindən azaddır.

Eyni zamanda vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi seçdiyi vergitutma sistemindən asılı olaraq (sadələşdirilmiş və ya mənfəət) vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə, həmin  şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

Müraciətinizdə qeyd olunan “fermer kartı” haqqında məlumat almaq üçün aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 102.1.11-ci, 106.1.14-cü, 150.1.14-cü, 164.1.18-ci, 219.7-ci maddələri.

5/5 (8 Average count)
Qiymət ver:
Məhəmməd Paşazadə Rafiq oğlu m_***@mail.ru ID: 140
Salam. Müəssisə işçisinə (məsələn, baş mühasibə, istehsalat fəhləsinə və digər vəzifələrə) əmək müqaviləsində nəzərdə tutulmayan həvəsləndirici mükafat verirsə, bunu gəlirdən çıxılan xərclərə aid etmək olarmı. Qeyd edim ki, həmin ödənişdən sosial ödəmələr edilir və müəssisə qeyri-neft və özəl sektora aiddir. Əlavə olaraq həmin əmək haqqına edilən mükafatı hansı formada etmək olar və yaxudda hansı sənədlərlə (sadəcə əmr yoxsa?) təsdiqləmək olar. Təşəkkür edirəm.
25/08/2019 Read: 162 Average count: 4

Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlamətdar hadisələr, ad günləri, dövlət bayramları və s. ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir.

Əmək qanunvericiliyinin tətbiqi, o cümlədən əməyin ödənilməsi sistemləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

4/5 (4 Average count)
Qiymət ver:
müşviq quluyev vaqif mu***@mail.ru ID: 388
İndi alınan malların ƏDV-si müştəriyə verilir, yoxsa yox, onu bilmək istəyirəm.
15/05/2019 Read: 89 Average count: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

5/5 (1 Average count)
Qiymət ver:
Murad Aliyev Natiq ia***@gmail.com ID: 145
Məcburi köçkün statusu olan şəxslərin maaşlarından vergi tutulması necə hesablanır? Zəhmət olmazsa sualımı cavablandırardınız .
25/04/2019 Read: 110 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.

4/5 (3 Average count)
Qiymət ver:
Nəsirli Cəlal Əli ce***@gmail.com ID: 141
Salam, mən VÖEN-dən çıxarış almaq istəyirəm, online qaydada. Köməklik edin zəhmət olmasa, nece edə bilərəm?
25/04/2019 Read: 118 Average count: 5

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün Sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (4 Average count)
Qiymət ver:
Abasov Vüqar Hüseyn va***@mail.ru ID: 381
DSMF borcu onlayn necə ğyrənmək olar? Xahiş edirəm bu haqda məlumat verəsiniz.
22/03/2019 Read: 104 Average count: 3

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.

3/5 (5 Average count)
Qiymət ver:
Himayət İsmayilova Rizvan qızı hr***@yahoo.com ID: 778
Salam. Mən 2006-cı ildən Ziya Bunyadov kücəsi, 30/22, bina 5 a unvanılı yeni tikili binada mənzil almışam və həmin vaxtdan da həmin mənzildə qeydiyyatda olmuşam. Binada çıxarış (kupça) olmayıb, order olub. Biz çıxarış almaq istəsək də binada bəzi problemlər olduğuna görə bu mümkün olmayıb. Nəhayət, prezident fərmanı ilə çıxarış verilən binalardan biri kimi bizim binada da mənzillərə çıxarış verilməyə başlanıb. Mən pula təcili ehtiyacım olması üzündən bu mənzili satmaq istəyirəm. Qeyd edim ki, 2006-2015-ci illərdə bu mənzildə qeydiyyatda olmuşam. 2015-ci ilin iyulun 2-dən başqa mənzilə qeydiyyata düşmüşəm. Bilmək istərdim ki, mənzilin satışı zamanı mən necə vergi ödəməliyəm? "AR Vergi Məcəlləsinin 218.4.3 maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər" və "Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır: fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi"- bu norma mənə şamil olunurmu? Axı hal-hazırda olmasa da, mən də 9 il sözügedən mənzildə qeydiyyatda olmuşam? Lütfən, bu məsələyə aydınlıq gətirərdiniz. Öncədən təşəkkürlər.
25/02/2019 Read: 73 Average count: 4

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Qeyd olunan dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır.

Sorğunuzda qeyd olunan halda Siz 2006-cı ildən 2015-ci ilədək mənzildə qeydiyyatda olduğunuzu təsdiq edən sənədlər əsasında adıçəkilən vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  218.4.3-cü və 218-1.1.5-ci maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Pərviz Əliosmanov Hacbala El***@bk.ru ID: 580
Salam.Mənim atam 1-ci qrup əlildir. Mən Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə Təsərüffat işləri üzrə direktor müavini işləyirəm. Atamın əlil olmasına görə mənə gəlir vergisindən güzəşt mümkündürmü ??? Qanunda belə bir maddə varmı ?
28/12/2018 Read: 86 Average count: 4

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata kedçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (4 Average count)
Qiymət ver:
Sərdar Əliyev Həsən se***@mail.ru ID: 560
Salam, mən müəllim işləyirəm. Məcburi köçkünəm, həm də himayəmdə 3 azyaşlı uşaq var, bu imtiyazların hər ikisindən istifadə edə bilərəm?
28/12/2018 Read: 132 Average count: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Binnətov Ruslan bi***@gmail.com ID: 1737
Mən aktiv vergi ödəyicisiyəm. Sahibkarlıq uçotu haqqında şəhadətnamə rayonda qalıb, şifrələrini bilmirəm, mən dəstək fondundan istifadə edə bilmirəm, mən nə etməliyəm? Xahiş edirem, sorğum mümkün qədər tez cavablandırılsın.
18/05/2018 Read: 44 Average count: 5

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver:
Mübariz Mehdiyev Məhəddin oglu me***@mail.ru ID: 1034
"A" müəssisəsi əmlak vergisi ödəyicisidir. Vergi məcəlləsinin 199.4.3 maddəsinə əsasən vergitutma məqsədi üçün müəssisənin əmləkının dəyəri avtonəqliyyat vasitələrinin dəyərindən azaddır.Yəni məssisənin balansında olan avtonəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergizindən azaddır. SUAL: Əgər müəssisə balansında olan avtonəqliyyat vasitələrini kasko sığortalamışdırsa, bu avtonəqliyyat vasitələrinin qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti əmlak vergisinə cəlb olunurmu?
29/04/2017 Read: 129 Average count: 5

Bildiririk ki, mexaniki nəqliyyat vasitələrinə aid edilən avtomobillərin dəyəri sığortalanmasından asılı olmayaraq, əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Taleh Nasibov Aziz te***@yahoo.com ID: 484
Salam! POS-terminalla nağdsız ödənişin əlavə dəyər vergisinin müəyyən həcmi hansı yolla qaytarilir? Nağd yoxsa avtomatik karta cashback olur?
13/12/2015 Read: 169 Average count: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

4/5 (6 Average count)
Qiymət ver: