Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ağayev Nicat Asif oğlu na***@yahoo.com ID: 8188
Salam. Sadələşmiş vergi ödəyicisi xaricdən mal idxal edərkən, malın maya dəyəri invoys dəyəri ilə hesablanır, yoxsa statistik dəyərlə?
23/05/2023 Read: 276 Average count: 5

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Əliyeva Kəmalə Cəmil qızı k.***@mail.ru ID: 8187
Salam. Bu gün səyahət siğortası ödəyən zaman bank tərəfindən əlavə komissiya tutuldu. Bildiyimə görə ödədiyim məbləğin 18% ƏDV tutulub. 12,41 USD səyahət sığortası cəm olaraq 24,92 AZN kartdan çıxıldı. Buna daxil idi, həm də 3.8 komissiya. Bilmək istərdim, səyahət siğortasına görə ƏDV tutulmalıdır ya yox?
22/05/2023 Read: 127 Average count: 0

Bildiririk ki, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Bunlarla yanaşı hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Aytən Abdiyeva ay***@mail.ru ID: 8184
Salam. 114-cü maddəyə əsasən amortizasiya müddəti məlum olmayanlarda 10% ilə hesablanır. Bu düz xətt yoxsa azalan qalıq metodu ilədir?
22/05/2023 Read: 113 Average count: 0

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya azalan qalıq metodu ilə hesablanır.

0/5 (0 Average count)
Qiymət ver:
Səadət Muradlı Hikmət se***@mail.ru ID: 8182
Salam. Müraciətim ədv hesabımdan ödədiyim telefon borcu ilə bağlıdır. 24.03.2023 tarixində telefon borcumuz üçün Aztelekoma ədv hesabımdan 3.85 AZN ödəniş etdim. Ədv hesabımdan pul çıxdı, lakin borcum silinmədi. Qəbz nömrəm: 66453879. Zəhmət olmasa, bu problem ilə bağlı məlumat verməyinizi xahiş edirəm.
21/05/2023 Read: 73 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Vurğun Şərifli Raqif vu***@gmail.com ID: 8178
VÖEN-im aktivdir, deaktiv etmək istəyirəm.
20/05/2023 Read: 121 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Elşən Həsənov Əlöysət el***@gmail.com ID: 8176
Ünvanlı dövlət sosial yardım alan şəxslər dövlət büdcəsinə hansı ödənişləri etməli və hansı bəyanamələri verməlidir?
19/05/2023 Read: 189 Average count: 5

Bildiririk ki, ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. 

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Buna əsasən, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı fiziki şəxslərin gəlir vergisindən azaddır.

Həmin şəxslər sahibkarlıq fəaliyyətindən gəlirləri olduqda isə Vergi Məcəlləsinin müddəalarına əsasən ümumi qaydada vergiyə cəlb olunur. Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi  xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Mehdiyev Rafiq İbadulla oğlu ra***@mail.ru ID: 8175
Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan ikinci metodu (müvafiq əmsalın tətbiqi metodunu) seçdiyi halda, sonradan istehsalat fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar bu metodun dəyişdirilərək birinci metodu (151.1) seçmək zərurəti yaranmışdır. Bu nu necə etmək olar?
19/05/2023 Read: 138 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 8174
Salam. A müəssisəsi sadələşdirilmiş vergi ödəyicisidir, B müəssisəsi ƏDV-sinin ödəyicisidir. Mart-2023 ci ildə A müəssisəsinin hesabına gələcəkdə görəcək işlərə görə 10000 manat avans, B müəssisəsinin hesabına gələcəkdə görəcək işlərə görə 8474.58 manat və depozit hesabına 1525.20 manat avans daxil olunmuşdur. Bilmək istəyirəm, daxil olunan hər 2-avans mart-2023 ci ildə vergiyə cəlb olunacaq ya yox?
18/05/2023 Read: 250 Average count: 0

Bildiririk ki, avans şəklində ödənilən məbləğlər sadələşdirilmiş verginin vergitutma obyektini yaratmır. Belə ki, sadələşdirilımiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil edir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

Qeyd olunanlara əsasən təqdim ediləcək mallara (işlərə, xidmətlərə) görə verilən avans ödənişləri ƏDV-nin vergitutma obyektini yaradır və ödənişin aparıldığı ay avans ödəmənin məbləğinə ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 166-cı və 219-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Babayev Qulam oğlu te***@gmail.com ID: 8172
Mən kirayə müqaviləsi bağlamaq istəyirəm. Bildiyimə görə aylıq vergi 14%-dir. Mən illik müqavilə bağlasam 14% vergini illik birdəfəlik ödəməliyəm və yaxud ayda 1 (bir) dəfə ödəyə bilərəm? Zəhmət olmasa, məlumat verərdiniz.
18/05/2023 Read: 124 Average count: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3.3-cü, 124-cü və 149-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Üzeyir Fətiyev Cəmil oğlu uf***@yahoo.com ID: 8171
A və B müəssisəsi (şərti adlar) MMC kimi fəaliyyət göstərir. Hər iki şirkət mənfəətlə işləyir və heç bir vergi borcu yoxdur. A MMC-nin 3,000 (üç min) manat nizamnamə kapitalında təsis payı 100% birbaşa fiziki şəxs Məmməd Məmmədova (şərti ad) məxsusdur. Eyni zamanda, B MMC-nin 1,000 (min) manat nizamnamə kapitalında 10% təsis payı birbaşa olaraq fiziki şəxs Məmməd Məmmədova məxsusdur. Həmçinin B müəssisəsinin 1,000 (min manat) nizamnamə kapitalında 90% təsis payı birbaşa A MMC-yə məxsusdur. Hazırda A MMC özünün B MMC-dəki 90% payını Məmməd Məmmədova nominal dəyərlə ötürmək istəyir. Payın son benefisiar təsçiçiyə ötürülməsində məqsəd dividend bölgüsünü və strukturu sadələşdirməkdir. Bu əməliyyatlarla bağlı hansı vergi öhdəliyi yarana bilər? Qabaqcadan təşəkkür edirəm.
18/05/2023 Read: 246 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin  96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı maddələri. 

 

5/5 (2 Average count)
Qiymət ver:
Məmmədov Elnur Aydın oğlu el***@gmail.com ID: 8170
Kapital bankdan daxili ipoteka krediti ilə MTK dan ev almışam, müqavilə ilə. Evin çıxarışı olmadığına görə öz evimi ipotekaya saldılar, pulu MTK-ya köçürdülər. Bilmək istərdim ki, ƏDV-ni necə ala bilərəm? İlkin ödənişi MTK ödədim qalan pulu bank yolu ilə köçürüldü.
18/05/2023 Read: 98 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsində Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Ələkbərov Faiq tu***@gmail.com ID: 8169
Salam. Əgər 23 yaşına qədər övladı tələbə olan valideynin gəlir tutulan əməkhaqqısı 50 AZN azaldılamadan vergi tutulubsa, lakin indi övladı 23 yaşını keçmişdirsə, həmin 23 yaşına qədər olan dövrdə əmək haqqısından artıq tutulan tutulmaları geri qaytarmaq olarmı və olarsa necə?
17/05/2023 Read: 99 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən şəxsin güzəşt hüququ yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

0/5 (0 Average count)
Qiymət ver:
Emil Davudzadə Davud em***@gmail.com ID: 8106
Salam, (vöen 1306209731) mənim vergi borcum yaranmış və ölkədən çıxışıma məhdudiyyət qoyulmuşdur deyə bilirəm. Hal hazırda son 7 aydır ölkə xaricindəyəm. Öyrənmək istərdim, borcum nədən yaranmışdır, onlayn ödəmə necə mümkündür? Əgər bu mümkün deyilsə hər hansı şəxs ailə üzvlərimdən biri bunu ödəyə bilərmi və necə, hansı yolla (poçt, bank və s) və hissə-hissə ödəmək mövcuddurmu? Borcumu ödədikdən neçə gün sonra məhdudiyyət qalxacaq? Təşəkkür edirəm.
17/05/2023 Read: 212 Average count: 5

Bildiririk ki, "MADE IN BAKU" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1306209731) 17 may 2023-cü il tarixinə ödənilməmiş vergi borcu yoxdur. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Bununla yanaşı bildiririk ki, ölkədən çıxışa qadağanın olub-olmaması haqda məlumatı əldə etmək üçün İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Aşağıda qeyd olunan link vasitəsilə qeyd olunan elektron xidmətdən istifadə edə bilərsiniz.

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

5/5 (1 Average count)
Qiymət ver:
Hüseynova Vəfa Məzahir ve***@gmail.com ID: 8166
Salam. Mən 126 günlük analıq məzuniyyətindəyəm. DSMF bildirir ki , müavinətin ödənilməsi üçün DVX 2023 mart ayının dəqiqləşmiş hesabatını göndərməlidir. Nə vaxt göndəriləcək?
17/05/2023 Read: 123 Average count: 1

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualınızla bağlı ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Sosial müavinət məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

1/5 (1 Average count)
Qiymət ver:
Tural Ələkbərov Faiq tu***@gmail.com ID: 8164
Salam. Kuriyer xidməti ilə məşğul olan zaman hansı vergilər ödənilməlidir və faizləri necədir? Hansı hesabatlar verilməlidir və nə zaman? Zəhmət olmasa, cavablandırardınız.
17/05/2023 Read: 145 Average count: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi ödəyicisi rüb ərzində əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. 

Gəlir vergisi tətbiq edildiyi halda isə əldə olunan gəlirdən fəaliyyətə uyğun olaraq müvafiq qaydada bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisi bəyannaməsi" vergi orqanına təqdim edilir. Eyni zamanda fiziki şəxs mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyi gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti tətbiq ediləcəkdir.

Bununla yanaşı, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulma qaydaları ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Altay Dəmirzadə Həbib oğlu ad***@mail.ru ID: 8162
Salam, mən 3-cü qrup gözdən əliləm. Ömürlük pensiyaya çıxmışam, mən vergidən azadam?
17/05/2023 Read: 100 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi güzəştinin verilməsi mövcud qanunvericilkdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq na***@mail.ru ID: 8140
Salam. Müharibə veteranıyam, 80 manat təqaüd alıram, adım Zəfər altsistemindədir, amma hələ veteran vəsiqəsi verilməyib. Zavodda çalışıram, DOST xidmətindən arayış əsasında mənə vergi güzəşti olunmur. Mən nə etməliyəm? Və bir də 2022-ci il yanvarından indiyədək məndən tutulan vergini geri ala bilərəmmi?
17/05/2023 Read: 168 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Qeyd olunanlara əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (3 Average count)
Qiymət ver:
Heydarova Fəridə Ağabala qızı fa***@socar.az ID: 8108
Atam Heydərov Ağabala Abuzər oğlu 1941-1945-ci illərdə keçmiş SSRİ-də Böyük Vətən Müharibəsində arxa cəbhədə iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılması mənə şamil oluna bilər?
17/05/2023 Read: 161 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

 

5/5 (1 Average count)
Qiymət ver:
Əliyeva Xumar Sabir qızı a.***@mail.ru ID: 8141
Salam. İpoteka yolu ilə 7 faizlə şirkətdən deyil, fiziki şəxsdən qeyri-nağd yolla ev almışıq. ƏDV-nin faizini geri ala bilərik? Bunun üçün nə etməliyik?
17/05/2023 Read: 184 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.

Sorğunuzda qeyd olunan mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Məlumat üçün bildiririk ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim olunması ƏDV-yə cəlb olunmur və notariuslar tərəfindən alğı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı və 218-ci maddələri və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

5/5 (3 Average count)
Qiymət ver:
Фатуллаев Заур Зейнал za***@inbox.ru ID: 8160
Доброго времени суток, Я хотел бы получить детальную информацию, как правельно оформить и какие налоги и другие выплаты предстоит делать собственику при сдачи нежилого помещения в аренду. У меня есть нежелое помещение зарегистрированное в реестре, а так же ВОЕН. Компания которая собирается взять в аренду помещения. Возможно ли, чтоб компания оформим договор аренды со мной, самы выплачивала налог (14%) и если да, тогда что мне указывать в отчетности? И еще вопрос, нужно мне регистрировать этот договор в налоговой, или это делает сьемщик помещения? Спасибо. Буде благодарен за ответ P.S. Я нахожусь за пределами Азербайджана по этому не могу связатся по телефону (195)
17/05/2023 Read: 88 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs (dövlət qurumu) tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Həmçinin bildiririk ki, fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş icarə haqqı gəlirləri həmin şəxsin ümumi gəlirlərindən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 100-cü, 124-cü və 150.1.6-cı  maddələri.

5/5 (1 Average count)
Qiymət ver: