Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Yaqubov Rahib Rəcəb oğlu r.***@gmail.com ID: 9843
Salam. Ailəliyəm, 2 az yaşlı övladım var. Həyat yoldaşım işləmir. Əmək haqqından gəlir vergisi hesablanarkən 50 manat güzəşt hüququndan istifadə edə bilərəm?
15/01/2025 Read: 263 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək saxlanılır. 

Nəzərinizə catdırırıq ki, Vergi Məcəlləsinin 102.6-ci maddəsinə əsasən  təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən  Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan  tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində  həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas:  Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Zahid za***@gmail.com ID: 9838
Salam. Vergi Məcəlləsinin 16.1.11-11.3-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir (idxal ediləcək mallar barədə məlumatlar). Sualım odur ki, o zaman bu məlumat forması hansı hallarda təqdim edilir?
13/01/2025 Read: 235 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə İqtisadiyyat Nazirliyi  tərəfindən  təsdiq edilən formada və qaydada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə məlumat 

Mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir və ya bir neçə sifarişçi üzrə sifarişin məbləği barədə məlumat 

Bildiririk ki,  vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur.

Nəzərinizə çatdırırıq ki, vergi orqanının bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək hüququ vardır.

İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları həmin maddədə nəzərdə tutulan formada və qaydada təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, bu maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 23-cü, 57-ci maddələri. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Afayet Em***@gmail.com ID: 9835
Salam. Mən bilmək istəyirəm ki, 2024-cü ilin noyabr ayında vergi ödəyicisinə xidmət göstərərək 50 min manat dəyərində xidmət qaiməsi kəsmişəmsə, mən növbəti rübün 1-dən gəlir vergisinin ödəyicisi olmalıyam? Həmin rübdə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququm saxlanılırmı?
12/01/2025 Read: 301 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Vergi Məcəlləsinin 218.6.2-cı maddəsinə əsasən  bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi hüququna malikdir. 

Əlavə olaraq  nəzərinizə çatdırırıq ki, ​​​218.7-ci  maddəsinə əsasən 218.6.2-ci maddəsində  göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.

 

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədova Mətanət Rəşid qızı ma***@inbox.ru ID: 9832
2024-ci ilin dekabr ayında 180 000 AZN avans qaiməsi qarşı tərəfə ödənişinə əsasən təqdim etmişəm .Yanvar ayı 2025-ci il artıq həmin təşkilata hissə-hissə mal təqdim edirəm. Bilmək istəyirəm ki, avans qaiməsindən sonra malın təqdim edilməsi üçün qaimə necə tərtib edilməlidir?
09/01/2025 Read: 256 Average count: 4

Bildiririk ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.

Vergi məcəlləsinin 71-1.1.5-ci maddəsinə əsasən alınmış avans ödənişləri barədə avansın alındığı gün elektron qaimə-fakturanı təqdim etməlidir.

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir. 

Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura bölməsində alınmış avans ödənişləri barədə qaimə-faktura hissəsini seçməli və alınmış avans ödənişləri barədə qaimə-fakturanın  seriya və nömrəsini qeyd etməlisiniz. Təqdim olunan mallar ilə bağlı bütün məlumatları daxil edərək  elektron qaimə-fakturanı təqdim edə bilərsiniz.

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.  

Əsas: Vergi Məcəlləsinin 71-ci maddəsi. 

 

 

4/5 (1 Average count)
Qiymət ver:
Shixmet Shixmetov Atluxan sh***@gmail.com ID: 9830
Mən VÖEN ilə fəaliyyət göstərirəm. Əldə etdiyim gəlirin 20 faizini ödəməliyəm? Yoxsa sosial sığorta haqqı çıxıldıqdan sora qalan məbləğin 20 faizini?
08/01/2025 Read: 224 Average count: 0

Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Vergi Məcəlləsinin  96.1-ci maddəsinə əsasən  rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən   bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Nəzərinizə çatdırırıq ki, Vergi məcəlləsinin 116.1-ci maddəsinə əsasən öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Sorğunuza əsasən cavab olaraq bildiririk ki, sosial sığorta haqları gəlirdən çıxılan xərclərə aid edilir. Əldə etdiyiniz gəlirdən sosial sığorta haqlarını çıxdıqdan sonra qalan məbləği gəlir vergisinə cəlb edirsiniz. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci, 116-cı maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Turqut mo***@gmail.com ID: 9828
Salam. 75%-lik vergi güzəşti hansı fəaliyyət kodlarına tətbiq edilir? Saytda hardasa qeyd olunub? 2024-cü ilin 4-cü rübündə olan gəlirə tətbiq olunur ya bu 2025-ci ildən başlayır? Qeyd olunan fəaliyyətlərə aiddi ? 6312002 - KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ SAYTLARI KİMİ PORTAL FUNKSİYALI SAİR WEB SAYTLARINDAN İSTİFADƏ 6201003-KOMPÜTER SAHƏSİNDƏ FƏALİYYƏT
07/01/2025 Read: 242 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin  102.1.30-1-ci maddəsinə əsasən bir sıra fəaliyyət növləri  ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi 2025-ci ilin yanvarın 1-dən  gəlir vergisindən azad edilib. 

Həmin  fəaliyyət növlərinin siyahısında  proqram təminatının işlənməsi sahəsində xidmətlər qeyd olunub.   

6201003 - iqtisadi fəaliyyət kodu  proqram təminatının işlənməsi  fəaliyyət növünün alt fəaliyyət növünə aid edilir və güzəşt hüququna malikdir.  

Link vasitəsi ilə ətraflı məlumat əldə edə bilərsiniz. www.taxes.gov.az/az/page/bir-pencere

Əsas: Vergi Məcəlləsi 102-ci maddəsi. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Sədaqət Yareliyeva Fərzəri fa***@icloud.com ID: 9816
Mənə ,dayandırılmış sahibkarlıq fəaliyyətimin 07.01.2025-ci il tarixindən avtomatik olaraq aktivləşəcəyi haqqında məktub gəlib. Sakibkarlıq fəaliyyətimin aktivləşməsini istəmirəm, bunun üçün hansı sənədlərlə və hara müraciət etməliyəm?
01/01/2025 Read: 187 Average count: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və   fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sorğunuza cavab olaraq bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

 

0/5 (0 Average count)
Qiymət ver:
Gülbəs Sadıqova Mehman gu***@mail.ru ID: 9802
Salam. 01.09.2024 tarixində yeni yaradılan şirkət (sadələşdirilmiş vergi ödəyicisi) 25.11.2024 tarixində könüllü ədv qeydiyyatına düşmüşdür. Hazırda şirkətin ədv qeydiyyatına düşmə tarixini daha əvvəlki tarixə qeydiyyata almaq mümkündür? Mümkündürsə, 01.10.2024 və ya 01.11.2024 tarixinə ədv qeydiyyatına alınması üçün nə etməliyik? Qeydiyyat ərizəsini 25.11.2024 tarixində verdiyimiz üçün yenidən verə bilmirik. Əvvəkli tarixə qeydiyyat üçün necə müraciət etmək olar ?
24/12/2024 Read: 299 Average count: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən  ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir.

Vergi Məcəlləsinin 157.2-ci maddəsinə əsasən  şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

Nəzərinizə çatdırırıq ki, əvvəlki tarixə könüllü qeydiyyat zamanı  Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən  bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV ödəyici kimi qeydiyyata alınır. 

Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə , habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir.

Elektron sisteminizə daxil olaraq vergi orqanına sair ərizə formasında  müraciət edə bilərsiniz. 

https://new.e-taxes.gov.az/etaxes/

1/5 (1 Average count)
Qiymət ver:
Sultan Ömərov Möhübbət oğlu Om***@gmail.com ID: 9799
Vergi Məcəlləsində 13.2.17-ci maddəsində yazılır ki, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Bəs istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan qeyri maddi aktivlər nə sayılır? Niyə amortizasiya edilir ?
23/12/2024 Read: 251 Average count: 4

Bildiririk ki, amortizasiya uzunmüddətli aktivə sərf edilmiş vəsaitin hissə-hissə gəlirdən çıxılmasıdır.  Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyri maddi aktivlər.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən  əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur. 

Vergi Məcəlləsininin 13.2.9-cu maddəsinə əsasən qeyri-maddi aktivlər dedikdə isə  intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar nəzərdə tutulur. 

Sorğunuza cavab olaraq bildiririk ki, qeyri maddi aktivlər  əsas vəsait hesab edilmir.

Vergi Məcəlləsində yalnız  əsas vəsaitlər amotizasiya olunur anlayışı qeyd edilməyib, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən  qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya olunur. 

 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 114-cü maddələri. 

4/5 (4 Average count)
Qiymət ver:
Lamiyə Hacıyeva Eldar qızı ha***@gmail.com ID: 9796
Salam. Mən daşınmaz əmlak almışam. ƏDV-nin geri qaytarılması üçün hara müraciət etməliyəm?
20/12/2024 Read: 262 Average count: 4

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

4/5 (3 Average count)
Qiymət ver:
Xalıqov Elnur Rəhman oğlu El***@yahoo.com ID: 9792
Salam. Bildirmək istərdim ki mən musiqi alətində çalçığıçıq işi ilə məşğul oluram. Fəaliyyətimi ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərə və vöeni olan fiziki şəxslərə elektron qaimə tərtib edərək xidmət göstərirəm. Fəaliyyətim olduğu aylarda sabit qəbz əldə edirəm. Bilmək istərdim ki elektron qaimə tərtib edib xidmət göstərməyim mənim vergi öhdəliyimdə hər hansı bir dəyişiklik yaradırmı?
19/12/2024 Read: 239 Average count: 0

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən çalğıçılıq fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən  fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər mütləq sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 

Həmin şəxslər ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alaraq fəaliyyət göstərirlər. 

Sorğunuza əsasən, fərdi qaydada çalğıçılıq fəaliyyəti ilə   məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) mütləq qaydada sadələşdirilmiş vergi ödəyicisidir. 

0/5 (0 Average count)
Qiymət ver:
FATİMƏ f.***@mail.ru ID: 9791
Salam. Kirayə verilmiş yaşayış sahəsinə görə dövlət vergisi ödənilmədikdə bu zaman hansı tədbirlər görülür?
19/12/2024 Read: 284 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən  Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

 

Əsas: Vergi Məcəlləsinin  13-cü, 58-ci, 59-cu, 124-ci maddələri. 

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Vafa Haciyeva va***@gmail.com ID: 9790
Salam. Mən 2024-ci ilin sentyabr ayında fəaliyyətə başlamışam. Hər ay müntəzəm olaraq 4 işçim olub. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən 75 faiz güzəştdən istifadə edə bilərəm?
19/12/2024 Read: 264 Average count: 1

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tədbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. 

 

1/5 (1 Average count)
Qiymət ver:
Bayramov Ramil Vaqif oğlu ba***@gmail.com ID: 9777
Salam. Mən işlədiyim müəssisədə yemək xərcinin əvəzi (5 manat) birbaşa işçilərə ödənilir. Ödənilmiş məbləğlər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Qaydaların 2.1.3-cü bəndinə əsasən gəlirdən çıxılan xərclərə aid edilir. Sual: qeyd etdiyim ödənişlər üzrə (işçilərə ödənilən 5 manat yemək xərci məbləğindən) işçilərdən gəlir vergisi tutulmalıdır ?
13/12/2024 Read: 381 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən  bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir. 

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində   Nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. 

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il  22  noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qaydanın 2.1-ci bənd inə əsasən  İşçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər  norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin  yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir. 

Nəzərinizə çatdırırıq ki, norma daxilində ödənilən yemək xərcləri işçinin gəliri hesab edilmir. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 119-cu maddələri, Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il  22  noyabr tarixli 492 nömrəli Qərarı

3/5 (2 Average count)
Qiymət ver:
Nicat Həsənli Mehti ni***@gmail.com ID: 9776
Salam.Mən Fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərirəm və sabit qəbz ödəyicisiyəm, Mən vöenli fiziki şəxslərə və hüquqi şəxslərə göstərdiyim xidmətlərə əsasən təqdim etdiyim elektron qaimələrə görə sabit qəbz ödəyicisi olmaq hüququmu itirirəm ? Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olarsa mən ədv ödəyicisi oluram ?
13/12/2024 Read: 371 Average count: 4

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən foto fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən  fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər mütləq sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. 

Sorğunuza əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində  məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) mütləq qaydada sadələşdirilmiş vergi ödəyicisidir. 

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən  sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Burada diqqət etməli olduğunuz məqam vergi tutulan əməliyyatlarının həcminin 200.000 min manatı keçməsidir.  Sabit qəbz ilə  fəaliyyət göstərən şəxslərin əldə etdikləri gəlirləri onların vergi tutulan əməliyyatları hesab edilmir. 

Sorğunuza əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində  məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) ƏDV ödəyici kimi ərizə verməyə borcu deyillər. 

 

Əsas: Vergi Məcəlləsinin 155- ci ,218-ci, 220-ci maddələri. 

4/5 (3 Average count)
Qiymət ver:
Əlixan Mürvətov ba***@inbox.ru ID: 9771
Müəssisənin qanuni təmsilçisi dəyişir. Müraciət zamanı hansı sənədləri təqdim etməliyik?
12/12/2024 Read: 116 Average count: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim olunmalıdır. 

Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Average count)
Qiymət ver:
Tamerlan Hacıyev Məhəmməd oğlu te***@gmail.com ID: 9755
Salam. Şirkəti üç həmtəsisçi təsis etmişdir. 34 faiz pay sahibinə malik olan həmtəsisçilərdən biri öz payını 17/17 olmaqla digər iki həmtəsisçiyə bağışlamaq istəyir. Bu məsələnin prosedur-tənzimlənmə qaydasını izah etməklə geridönüş etməyiniz xahiş olunur. Təşəkkürlər.
02/12/2024 Read: 429 Average count: 5

Bildiririk ki, Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı sənədlər təqdim olunur. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz .

Eyni zamanda rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir. 

Belə ki, Vergi Məcəlləsinin 96.5-ci və 104.6  maddəsinə əsasən  şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Təsisçi fiziki olduqda Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz, təsisçi hüquqi şəxs olduqda isə vergi məcəlləsinin 105.1 maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsində qeyd olunan vergi güzəştlərinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir və mənfəət vergisindən azaddır

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102.1.27-ci, 104.6-cı, 106.1.19-cu  maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Hüseyn Həsənağa Hüseynli hu***@gmail.com ID: 9753
Salam. Mən ustalıq fəaliyyəti ilə əlaqədar vergi orqanında uçota alınmışam. Vergi öhdəliklərimlə bağlı necə məlumat əldə edə bilərəm ?
29/11/2024 Read: 191 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.  

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü,  “Sosial sığorta haqqında”, “Tibbi sığorta"  Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Average count)
Qiymət ver:
Mehdi Asadov me***@mail.ru ID: 9750
Müəssisə məhsul istehsal edib satış ücün ticarət obyektinə göndərir. Müqaviləyə əsasən ticarət obyektlərində əmtəəni çox miqdarda və tez satılması üçün 10% bonus verir . Misal olaraq vəkalət verən 10000 man mal göndərib və göndərilən mala 10000 man EQF yazılıb. Ticarət obyeti də 1000 bonus üçün EQF göndərib. Sonra qarşiliqlı razilaşmaya əsasən alıcı 9000 manat ödəyir. Bu əməliyyat ƏDV bəyənnaməsində öz əksini necə tapmalıdır ?
28/11/2024 Read: 320 Average count: 5

Bildiririk ki, qanunvericiliyə əsasən malların komissiya qaydasında satışının həyata keçirilməsi zamanı satıcı ilə komitent arasında komissiya müqaviləsi bağlanılır, komitent tərəfindən malların agentə verilməsi “malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilir.

Nəzərinizə çatdırırıq  ki, Vergi Məcəlləsinin 172.1-ci maddəsinə əsasən  digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Vergi məcəlləsinin 172.4.1-ci mad d əsinə əsasən  digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Sorğunuza əsasən təqdim olunan 10000 min manat  məbləğindəki mallar vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.

Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Yəni ödənilən 10 faiz komisyon  haqqı olan 1000 manat məbləğ agentin gəliri hesab edilir. Həmçinin 1000 manat məbləği vəkalət verən öz xərcinə sala bilər . 

Agentin vəkalət verəndən  aldığı elektron qaimə-faktura ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

Vergi Məcəlləsinin 172.4.3-ci maddəsinə əsasən agent ƏDV üzrə vergi ödəyicisi olduqda, vəkalət verənə  göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan vəkalət verən  tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. (https://www.taxes.gov.az/az/page/beyanname

Əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 172-ci maddəsi 

 

5/5 (1 Average count)
Qiymət ver:
Əmin Fətəliyev İlyas am***@yahoo.com ID: 9747
Müraciətim işlədiyim şirkətlə bağlıdır. Şirkət Quba rayon qeydiyyatındadır. Şirkətin bütün fəaliyyəti işğaldan azad olunmuş torpaqlarda, işçilər də həmin yerlərdə qeyd olunmaqla işə götürülüb. Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan güzəşt və azadolmalardan faydalanmaq üçün qeydiyyat ünvanının işğaldan azad olunmuş torpaqlarda olmağı şərtdirmi? Bu mövzuda ətraflı məlumat verməyinizi xahiş edirəm.
27/11/2024 Read: 206 Average count: 5

Bildiririk ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi məcəlləsinin muddəalarına əsasən  vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi məcəlləsinin müddəalarına əsasən  işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir . Bu halda vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

Əsas: Vergi Məcəlləsinin 226-cı, 227-ci maddəsi.

 

5/5 (2 Average count)
Qiymət ver: