Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Səmra Abbasova sa***@bk.ru ID: 4584
Salam. İnvestisiya təşviqi sənədi almış şəxs 4 il güzəştlərdən istifadə edərək fəaliyyət göstərdikdən sonra öz ərizəsi ilə həmin sənədi ləğv edirsə, 4 il ərzində güzəşt olunmuş vergi məbləğləri büdcəyə ödənilməlidirmi?
29/06/2021 Read: 148 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 67-2.1-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

Eyni zamanda Vergi Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Beləliklə qeyd edilən sahə üzrə fəaliyyət göstərilmədikdə, investisiya təşviqi sənədi üzrə nəzərdə tutulan güzəştlərin ləğvinə əsas verən hallar yaranmış olarsa verilən güzəştlərin bərpa edilməsi həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 67-2-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Nərmin Allahverdiyeva Zeynal nr***@gmail.com ID: 4849
AR Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd edilmiş "Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsaitə" "İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunda nəzərdə tutulmuş sığorta ödənişləri daxildirmi?
29/06/2021 Read: 150 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd edilmiş sığorta hadisəsi qanunla və sığorta müqaviləsi ilə müəyyən edilən bütün növ sığortalara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi.

4/5 (1 Average count)
Qiymət ver:
Hüseynov Elşən Ərəstun oğlu el***@bestfinance.az ID: 4570
Mənzil tikintisi ilə məşqul olan şirkət bina tikmək üçün həyət evləri alıb, evlərin çıxarışında torpaq sahəsi göstərilməyib, yalnız evlərin sahəsi (kvm) göstərilib. Evlər payçılardan birinin adınadır. Payçı mənzil tikintisi üçün alınan evləri nizamnamə kapitalı şəklində balansa qoyarsa gələcəkdə təqdim edilən mənfəət vergisi bəyannaməsində xərc kimi hansı bölümdə əks etdiriləcək və bu məbləğin vergitutma məqsədləri üçün xərc kimi tanınmasında gələcəkdə hər hansı bir problemlə qarşılaşa bilərmi?
29/06/2021 Read: 217 Average count: 5

Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Eyni zamanda payçının müəssisənin nizamnamə kapitalına qoyduğu pay məbləği müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilmir, həmin evlərin söküntüsü üzrə çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən sualın mahiyyəti tam aydın olmadığı üçün əməliyyatın xarakteri açıqlanmaqla zəruri təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (3 Average count)
Qiymət ver:
Qafarov Mirsahib Musa mi***@gmail.com ID: 4848
Müəssisənin təsisçisinə məxsus sahibkarlıq fəaliyyətində istifadə etmədiyi avadanlıqları var. Bu avadanlıqlar müxtəlif dövrlərdə fiziki şəxslərdən alınmış və bu barədə rəsmi sənəd tərtib edilməmişdir. Qeyd olunan avadanlıqlar istehsal prosesində istifadə edilməsinə və müəssisənin balansına qəbul edilməsinə zərurət yaranmışdır. Bu avadanlıqların müəssisənin balansına qəbul edilməsinə dair məlumat verməyinizi sizdən xahiş edirik.
29/06/2021 Read: 123 Average count: 5

Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Belə ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. 

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Zakir Vəliyev Müzəffər oğlu za***@mail.ru ID: 4478
Müəssisə ƏDV-yə cəlb edilən yaşayış binası tikir. Binanın zirzəmi hissəsi tikilib. Mənzil satışı isə 4-10-cu mərtəbələrdən satılıb. Uçot metodu: Kassa. 1. Mənfəət vergisinin bəyannaməsinin 200.1 N-li "Malların təqdim edilməsindən gəlir" sətrində satılmış mənzillərin dəyəri göstərilməlidir? 2. Satışın maya dəyərində hansı xərc göstərilməlidir? 3.Tikilmiş zirzəminin maya dəyəri bəyannamədə necə göstərilməlidir?
29/06/2021 Read: 244 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Buna əsasən gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi tərəfindən hesabat ili ərzində satışını həyata keçirdiyi mənzillərin tikintisi üzrə işlər tamamlanmadığı halda (sorğuda göstərilən halda tikintisi hələ başlamamış mərtəbələr) cəmiyyətin həmin alqı-satqı əməliyyatları üzrə mənfəət vergisi məqsədləri üçün öhdəliyi yaranmır.

Eyni zamanda tikilən binadan təqdim ediləcək yaşayış və qeyri-yaşayış sahələrinin 1 kv.m-nın maya dəyəri həmin binanın tikintisi ilə bağlı istehsala silinmiş məsrəflər, o cümlədən alınmış mal-materialların, iş və xidmətlərin dəyəri, habelə əmək haqqı və digər xərclər əsasında müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 130-cu, 134-cü və 166-cı maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Natiq Əliyev Firuddin al***@gmail.com ID: 4596
Salam. Əsas fəaliyyət növünün kodu - 66190 - Maliyyə xidmətləri sahəsində sair yardımçı fəaliyyət olan müəssisə, kollektor fəaliyyəti ilə məşğuldur. Belə ki, müəssisənin bankla bağladığı müqaviləyə əsasən, Bankın müştəriləri problemli kredit borcunu banka ödədikcə, bank ödəniş məbləğinin müəyyən faizini müəssisəyə komissiya şəklində ödəyir. Məsələ ilə bağlı, Vergi məcəlləsinin 164.1.2 maddəsində - maliyyə (maliyyə lizinqi daxil olmaqla) xidmətlərinin göstərilməsi - ƏDV-dən azad olunan əməliyyatlara aid edilmişdir. Həmçinin, Vergi məcəlləsinin 13.2.14 maddəsindəki Maliyyə xidmətlərinin açıqlaması ilə bağlı 13.2.14.2 hissəsində - müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar – göstərilmişdir. Sualımız bundan ibarətdir ki, Vergi məcəlləsinin 13.2.14.2 hissəsində qeyd olunan maliyyə xidmətləri olan - müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi - xdiməti çərçivəsində, müəssisənin yuxarıda qeyd olunan gəlirləri ƏDV-dən azad olunan əməliyyatlara daxildirmi? Öncədən təşəkkürümü bildirirəm.
29/06/2021 Read: 217 Average count: 5

Bildiririk ki, sifarişçinin tapşırığı ilə borcların yığılmasını həyata keçirən şəxsin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə müəyyən olunan maliyyə xidmətlərinə aid edilmir və həmin fəaliyyətdən əldə olunan gəlirlər ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Səlcuq Yusifli Toğrul ys***@gmail.com ID: 4537
A şəxsi B şəxsinə mallar təqdim edir və bu əməliyyat üzrə elektron qaimə-fakturanı B şəxsinə verir. A şəxsi sonradan tapşırıq müqaviləsi əsasında C şəxsinə tələb hüquqlarını verir və B şəxsindən borcları almağı tapşırır. Belə olduğu təqdirdə C şəxsi vergi nöqteyi nəzərdən borc məbləğini B-dən alıb, sonra A-ya ötürə bilərmi? Bilərsə necə etməlidir?
29/06/2021 Read: 122 Average count: 3

Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə əladə olunan xidmət haqların Vergi Məcəlləsi ilə müəyyə olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əlavə olaraq qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Maxsudov Valeh Məhəmmədəli va***@mail.ru ID: 4847
Salam. Mən ƏDV-də nömrəmi dəyişmək istəyirəm. Bunu necə edə bilərəm? Köhnə nömrəm işləmir. Ona görə ƏDV-yə yığılan pulu istifadə edə bilmirəm.
27/06/2021 Read: 57 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin Cəfərli Ağabala oğlu El***@gmail.com ID: 4846
Ali təhsilliyəm iş axtarıram 27 yaşım var.
27/06/2021 Read: 77 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Natiq İskəndərli İskəndər na***@list.ru ID: 4845
Salam. Bilmək istərdimki, Bakalavr ixtisasım Turizm və Otelçilikdir (Azərbaycan Turizm və Menecment Universiteti) və hal-hazırda Azərbaycan Dövlət iqtisad Unversitetində magistr üzrə - MBA (Biznesin idarə edilməsi- Vergi idarə etməsi və vergi planlaşdırması üzrə) 2-ci kursda təhsil alıram. Hal-hazırda belə göstəricilərlə mən Vergilər xidmətinə işlə əlaqədar müraciət edə bilərəmmi? Etsəm bakalavr ixtisasım qeyri-məqbul sayılarmı və ya sayılmaz? Xahiş edirəmki, ətraflı məlumat verəsiniz. Təşəkkürlər!
26/06/2021 Read: 73 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi  qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova Mətanət Rəşid qızı ma***@inbox.ru ID: 4844
İstehsal olunan malın satışının təşkilində Agentlərin (makler,diller və s) xidmətindən istifadə edirik. Bu işin müqabilində onlara əvvəlcədən müqavilə üzrə razılaşdırılmış məbləğ və ya faiz ödənilir. Onu da bildirim ki, bu xidməti göstərən fiziki şəxslərdir ki, göstədikləri xidmətə görə elektron qaimə təqdim edirlər və gördükləri işə görə gəlir vergisi ödəyirlər. Bilmək istəyirdim ki, bu cür xidmətlər gəlirdən çıxılan xərc hesab edilirmi?
25/06/2021 Read: 96 Average count: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Sorğunuzda qeyd olunan xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Zərifə Bəshirova Qurban ez***@mail.ru ID: 4843
Sumqayıtda "Sera gəlinlik" iyula kirayə etdiyimiz 350 AZN-lik gəlinliyə (götürməmişdik, orada qalıb) özləri qədərini demədi, nə verərsiz dedilər. 100 manat beh verdik. 1 sutka olmamış gedib gəlinliyi istəmədik deyə behin 20-ni götürün 80-nini istədik, vermirlər. Çek verməyiblər. Bir özləri düzəltdiyi müqavilədə 100 azn beh yazıblar. Necə etməliyik ki, qaytarsınlar.
25/06/2021 Read: 99 Average count: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Ağayev Tarik el***@bk.ru ID: 4839
1. İri buynuzlu heyvanların kökəldilməsi? 2. Kökəldilmiş heyvanların kəsilərək heçbir kimyəvi təsirə məruz qalmadan iki hissəyə bölünmüş halda istehsalı? Kənd təsərrüfatı istehsalını sənaye üsuluna aid edilir və yaxud da aid edilmirsə məcəlləyə istinad edilərək cavablandırmanızı xahiş edirəm.
25/06/2021 Read: 261 Average count: 5

Bildiririk ki, 01.01.2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.

Eyni zamanda, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Müraciətinizdə qeyd olunan iki hissəyə bölünmüş heyvan əti ilkin formasını dəyişdiyi (diri şəkildə təqdim edilmədiyi) üçün kənd təsərrüfatı məhsulu hesab olunmur. 

Sorğuda qeyd olunan halda  heyvanların yetişdirilməsi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən həmin heyvanların diri şəkildə təqdim edilməsi və onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edildiyi halda, qeyd olunan vergi güzəştləri həmin şəxslərə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci, 218.5.8-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

 

5/5 (1 Average count)
Qiymət ver:
Алиева Мина Руфат гызы mi***@yahoo.com ID: 4838
Я работаю международным учителем в Таиланде и хочу делать необходимые отчисления в пенсионный фонд в Азербайджане. Как мне это сделать?
25/06/2021 Read: 75 Average count: 0

Bildiririk ki, xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur.

Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında”  Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən olunan dərəcə ilə hesablanır).

Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımzadə Ramiz Aydın oğlu rq***@mail.ru ID: 4837
Şəxs ona məxsus 2 karatlıq brilliyant daşı İstanbul səhərinə aparmaq, orda ona keyfiyyət sertifikatı (HRD) almaq və geri qaytarmaq istəyir. Bu halda (brilliyantı gömrükdə bəyan edib xaricə apararkən və ya geri-ölkəyə qaytararkən) vergitutma obyekti yaranırmı? Yaranırsa, hansı vergiləri ödəməlidir?
25/06/2021 Read: 88 Average count: 5

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (1 Average count)
Qiymət ver:
Nərmin Əlizadə Əhməd na***@gmail.com ID: 4833
Salam. Hal-hazırda qurumda 3.kursu bitirmiş tələbə olaraq təcrübə üçün müraciət etmək olarmı? Zəhmət olmasa bu barədə məlumat verəsiniz! Əvvəlcədən təşəkkürlər...
23/06/2021 Read: 63 Average count: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün onlayn müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

5/5 (1 Average count)
Qiymət ver:
Fərid Abdullayev Nizami Bi***@gmail.com ID: 4832
Mənim VÖEN-mi aktiv edə bilərsiz?
23/06/2021 Read: 70 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.https://www.youtube.com/watch?v=kvniIYW5518

0/5 (0 Average count)
Qiymət ver:
Zeynur Dəmirov ze***@mail.ru ID: 4830
Salam. Vergi İD -si necə açılır? Qızım Almaniyada oxumaq üçün bankda blok hesabı açmalıdır Almanlar vergi İd-si istəyir necə etməliyik?
23/06/2021 Read: 62 Average count: 0

Müraciətinizdə qeyd olunan TIN (Taxpayer Identification Number), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Abbas Nicat ax***@mail.ru ID: 4829
Salam, xahiş edirəm köməklik edəsiniz. Mən dizayn hazırlanması ilə məşğulam, və ƏDV ödəyicisi şirkətə xidmət göstərəcəm. İndi mən VÖEN açsam, mənə ödənilən vəsaitdən neçə faiz vergi tutulacaqdır? Və VOEN açdıqda hansı təsnifat kodu seçilməlidir?
23/06/2021 Read: 118 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin, Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bildiririk ki, qeyd etdiyiniz fəaliyyəti  (QRAFİKA SAHƏSİNDƏ DİZAYNERLƏRİN FƏALİYYƏTİ 7410005) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əfsanə İsmayılova el***@gmail.com ID: 4828
Salam, mən sizə müraciət etmişdim. Mən VÖEN-i müvəqqəti bağlatdırmışdım, öz-özünə aktiv olub. Biz yazılı ərizə ilə müraciət etmişik, hələ fə xitam verilmeyib VÖEN 1802224632
21/06/2021 Read: 107 Average count: 3

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Vergi uçotunuzun ləğv edilməsi üçün isə ərizəniz əsasında vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatmalıdır və bu barədə vergi ödəyicisinə məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

3/5 (2 Average count)
Qiymət ver: