Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Emil Əmirov Həsənağa oğ em***@mail.ru ID: 2382
Asan imza ilə icazə ala bilmirəm. 195 caqrı xidməti də baqlıdır necə edək bir məsləhət verərdiniz.
06/07/2020 Read: 33 Average count: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əfsanə Abdulhəsənova af***@gmail.com ID: 2137
Salam, fiziki şəxs şəhərdə kafe açmaq istəyərsə, hansı vergiləri ödəyir? Öncədən təşəkkür edirəm.
06/07/2020 Read: 93 Average count: 5

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır. Vegrgi uçotuna alındıqdan sonra, təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33-cü, 34-cü, 218-ci, 220-ci, 222-ci, 224-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Cumayev Ilqar Abulfat is***@gmail.com ID: 2141
Salam edvherial.az saytından qəbzlər qeydiyyatdan keçirirəm ancaq 15 və ya 10 %deyil az faiz gəlir səbəb nədir. 29 manatlıq alış verişdən 29 qəpik cəmi pul qaytarıldı. Saytın kalkulyator bilməsindən hesablayıram məbləğ 2 manatdan çox olmalıdır yazır.
06/07/2020 Read: 89 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Mehman Tağıyev Vaqif mo***@mail.ru ID: 2373
Salam. Mənim adıma olan "GULF MOTORS" MMC-nin sənədlərini itirmişəm. Onları necə, harda və nə vaxt bərpa edə bilərəm, bunun üçün nə etməliyəm.
05/07/2020 Read: 43 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin təsis sənədləri itirildikdə hüquqi şəxsin təsisçilərindən hər hansı biri şəxsiyyəti təsdiq edən sənədlə hüquqi şəxsin qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət etməklə itirilmiş təsis sənədlərin surətini rüsumsuz olaraq əldə edə bilər.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının  12 dekabr 2003-cü il  tarixli 560-IIQ nömrəli Qanununun 15.8-ci maddəsi

5/5 (1 Average count)
Qiymət ver:
Mohamad kərimi mərifət oglu Mk***@gmail.com ID: 2371
Asan imza üçün vergidən vaxt almaq istəyirəm.
05/07/2020 Read: 29 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Ismayilov Seymur Seyran oqlu Is***@gmail.com ID: 2369
VÖEN-i itirmişəm. Harada və necə bərpa eləmək olar?
05/07/2020 Read: 40 Average count: 0

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Nəsib Muradov ne***@gmail.com ID: 2368
Mənim atamın xəbəri olmadan 2013-cü ildə adına başqa bir şəxs VÖEN açıb. Bu barədə kimə şikayət edək və necə VÖEN-i tapaq?
05/07/2020 Read: 31 Average count: 5

Bildiririk ki, Dövlət Vergi Xidmətinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. Həmçinin bildiririk ki, vergi ödəyicisinin uçotu onun şəxsiyyət vəsiqəsinin məlumatları əsasında və müvafiq ərizə formnası təqdim olunmaqla vergi orqanı tərəfindən həyata keçirilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Əsgərli laçın Feyruz oğlu la***@gmail.com ID: 2366
Kiçik sahibkarlıqla məşğulam. Foto xidməti göstərirəm. Ayda 15 manat sadələşdirilmiş vergi ödəyirəm. Heç bir vergi borcum yoxdur, amma hələ də 250 manat konpensasiyanı ala bilməmişəm. Rabitəbankda VÖEN hesabım da var. Lütfən aydınlıq gətirin.
05/07/2020 Read: 72 Average count: 0

Fərdi (mikro) sahibkar şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Cəfər Nur Mahir ce***@gmail.com ID: 2365
Salam. Sizə dünən şirkət işçilərinin icazəsi barədə sorğu göndərmişdim. Bir neçə nömrə verdiniz əlaqə saxlamaq üçün amma heç biri cavab vermir! Kuryer fəaliyyəti kimi qeydiyyata alınmış şirkətdi (MMC). Portalda əmək müqaviləsi vasitəsilə icazə alma imkanının yaradılmasını tələb etmişdim və yenə edirəm!
04/07/2020 Read: 37 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İsayev Elman Ağarza el***@yandex.ru ID: 2364
Nərimanov r. Bünyadzadə küç, 17 yerləşən Bazarstore mağazasından 21.06.2020 tarixində saat 18:06 çek aldım (Gəbz №156). Alış-verişin məbləqi 48,87 manat (ƏDV 6,55 manat). Amma çek yarandığı andan 13 gün kecdi, edvgerial.az saytında tapılmadı.
04/07/2020 Read: 32 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.
Həmçinin, Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Mədətxanov Mədətxan ar***@mail.ru ID: 2363
Sərham marketde artıq neçə aydır fiksal kodsuz çekler verilir, ədvgerial-dan istifade etmək olmur. Mənə yaxın olduğu üçün alış verişimi ordan edirem və mən ədvgerial-dan istifadə edə bilmirəm.
04/07/2020 Read: 47 Average count: 0

Bildiririk ki, yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi ƏDV ödəyicisi olduğu halda, həmin mağazada yeni nəsil  kassa aparatı quraşdırılması təmin edilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Babakişiyev Tərlan Mollaməhəmməd ta***@gmail.com ID: 2362
Salam. Asan imzanı təsdiq etmək üçün onlayn növbə nə vaxt götürə bilərəm?
04/07/2020 Read: 31 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Namazov Natiq Məhəmməd Na***@gmail.com ID: 2361
Salam. 23.05.2020 tqrixdə aldığım məhsulun çekini qeydiyyatdan keçirtdim. Gözləyən statusuna keçdi. Bir ay tamam olduqdan sonra ləğv olunan statusuna keçdi və ƏDV mənə qaytarılmadı. Bu barədə hara müraciət etməliyəm? 196-ya yoxsq 195-ə?
04/07/2020 Read: 29 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Huseynoc Yasar za***@mail.ru ID: 2359
Asan imza sertifikatı almaq üçün necə müraciət edə bilərəm?
03/07/2020 Read: 35 Average count: 0

Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Dövlət Vergi Xidmətinin  Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 33-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Azad Qurbanov Isa oğlu az***@mail.ru ID: 2357
Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə onlayn bəyannəmə verə bilmirəm. 2020-ci il nəzrdə tutulmayaib sistemdə.
03/07/2020 Read: 54 Average count: 5

Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
İkram Tomarlı ik***@gmail.com ID: 2355
ƏDV ilə bağlı geri qaytarılmalı məbləğ 59 manat ve 70 manatdır və çekin çap edilməsindən 30 gün keçməyinə baxmayaraq ƏDV geri qaytarılmır.
03/07/2020 Read: 27 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Nicad Tarif Nm***@mail.ru ID: 2354
Salam. Övladımın 1-yaşı olur, amma 200-m süd pulunu almaq üçün Xırdalan, Şamaxı qaynar xətlər mənə bir cavab vermir ki, nə edim? Əbədiyaşar ulu öndər Heydər Əliyevin banisi olduğu və ali baş komandan cənab İlham Əliyevin başçısı olduği Azərbaycan qanunlarına sığınaraq böyük ümid edirəm, mənə cavab verəcəksiniz.
03/07/2020 Read: 30 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elton Quliyev ac***@gmail.com ID: 2127
Salam. Mənim sualım İcarə haqqlarından ödənilən ÖMV vergilərinin azaldılması ilə bağlıdır. İcarə müqaviləsində icarə haqqı 1628 manat yazılmışdır, lakin icarəçiyə aylıq ödəməmiz 1400 manatdır, 14% nəzərə alaraq icarə müqaviləsində məbləğ 1400+14% qeyd edilmişdir. Bilmək istərdim ki, 7% ödədiyimiz təqdirdə icarəçiyə 1400 ödəməyə davam edə bilərikmi, çünki razılıq 1400 manatla olmuşdur. Buna aydınlıq gətirməyinizi xahiş edirəm.
03/07/2020 Read: 162 Average count: 5

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

Həmçinin, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Eyni zamanda, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. 

İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Qeyd olunanlara əsasən tərəflər arasında icarə haqqının məbləği, müddəti və digər şərtlərinin dəyişdirilməsi icarə müqaviləsinə dəyişiklik edilməsi yolu ilə həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü, 222.5-ci və 224.6-cı maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Azər Məmmədov Kəramət az***@gmail.com ID: 2350
Salam. 2020-ci il ərzində cari vergi ödəmələrinin hesablanması haqqında arayış mütləq təqdim edilməlidir yoxsa 2020-ci il üçün həmin arayışın təqdim edilməsi təxirə salınıb? Fərdi sahibkar kimi mən rüblük olaraq vahid bəyannaməni təqdim etsəm olarmı?
03/07/2020 Read: 70 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə Məcəllənin 151-ci201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Digər vergi ödəyiciləri tərəfindən cari vergi ödəmələri ümumi qaydada vergi orqanına təqdim edilməli və ödəmələr həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 151-ci222.5-ci  223-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
CHINARE ta***@gmail.com ID: 2126
Salam. Mən bakalavr pilləsini “Metrologiya , Standartlaşdırma və Sertifikasiya” mühəndisliyi üzrə, magistratura pilləsini MBA proqramının “Biznesin təşkili və idarə olunması“ ixtisası üzrə bitirmişəm. Vergilər Nazirliyinə işə qəbulla bağlı müraciət edə bilərəm?
03/07/2020 Read: 77 Average count: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: