Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əli Qələndərli Arif mr***@gmail.com ID: 2243
Mən VÖEN açmışam işə daxil olmaq üçün. Ancaq CV-yə cavab verilməyib və məndən VÖEN üzrə hesabat vermək üçün məktub gəlib. Lakin mən online olaraq müraciət qaydasını bilmirəm. Hal- hazırda işləmirəm. Xahiş edirəm köməklik göstərəsiniz.
19/06/2020 Read: 39 Average count: 0

Bildiririk ki, işə qəbul üçün fiziki şəxsin vergi uçotuna alınması qanunvericilikdə tələb olunmur. Belə ki, işəgötürənlə işçi arasında əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq qaydada əmək müqaviləsi rəsmiləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Əsas: VergiMəcəlləsinin 16.2-ci maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Nəcibə Nürəddinova qo***@hotmail.com ID: 2242
Deməli, muzdlu işdə işləyən hər hansı işçi işlədiyi müəssisəsiyə əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqəsi) təqdim edir. Qanuna uyğun olaraq gətirdiyi xəstəlik vərəqəsi hamısı işəgötürən tərəfindən ödənilməyə düşür. Müəssisənin mühasibi qanunvericiliyə uyğun olaraq hesablayıb və tutulmalar aparıb. Burada əsas məsələ müəssisənin mühasibi hesablanmış müavinətin məbləğindən g/vergisi (dövlət müəssisə olduğu üçün), işsizlik sığortası tutmuşdur. Məni narahat edən əsas məsələ budur ki,həmən məbləğdən dsmf tutulmadığı halda işsizlik sığortası tutulmalıdırmı?
19/06/2020 Read: 105 Average count: 5

Bildiririk ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Cümşüdov ceyhun Şükür oğlu ce***@mail.ru ID: 2241
Şabran şəhəri Soliton eliktron maqazasından 22. 05.2020 tarixində Mənə məxsus olan Birkartla alış veriş elədim. Qeydiyatda qohumum Siracov Paşa Xəlil oğlunu keçirdik. Buna səbəb mənim şəxsiyyət vəsiqəm yanımda yox idi. Mənim özümə məxsus olan Cümşüdov Ceyhun Şükür oğluna məxsus olan "Kapital"bankın birkatından 649.00 (Altı yüz qırx doqquz AZN) nağd alver elədik. Amma ƏDV qaydalarna uyğun olaraq heç əlavə vergi geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmuş qaydaları tətbiq olunmadı və hələ bizim sistemdə bu qaydalar tətbiq olmadığı deyildi. Xahiş edirəm araşdırıb mənə məxsus olan 15 % pulumu geri qaytarılmasını təmin edəsiz. Vergilər idarəsindən xahiş edirəm Şabran Soliton maqazasında ciddi yoxlama aparasınız. İnsanları aldadılmamasına şərait yaradaq. 050 3969643 Ceyhun Cümşüdov Mədaxil qəbzi №F00241557
19/06/2020 Read: 36 Average count: 0

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Belə ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Ələsgərov Anton Arif al***@gmail.com ID: 2240
Salam! Mən muzdlu işciyəm, bizim sahibkarımıza nə vaxt pul keçəcək banka? Biz nə may, nə də aprel ayları hələ də almamışıq. Pandemiyadan zərər çəkmiş vətəndaşıq.
19/06/2020 Read: 43 Average count: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı səhifəmizdəyerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada  şikayət edə bilərlər.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunu

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayev Elşad Nəbi Oğlu el***@gmail.com ID: 2236
Salam. Mən Ayna Sultanovada olan Vergiler Departamentində gedib boş hesabat verməliyəm. Amma bilmirəm necə onlayn növbə götürüm. Zəhmət olmasa, məlumat verərdiz.
19/06/2020 Read: 30 Average count: 0

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Canbazov Elnur Huseyn el***@gmail.com ID: 2233
Edvgerial hesabında olan mobil nömrəni ləğv etmək istəyirəm, xahiş edirəm dəstək olasınız.
19/06/2020 Read: 29 Average count: 0

Edvgerial.az portalında sizə məxsus olan elekron kabinetə daxil olaraq, "Sazlamalar" bölməsində mobil nömrəni yeniləyə bilərsiniz. Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Süleymanova Elzadə e.***@azelish.com ID: 2232
Salam! Sualım belədir. Müəssisənin 2018-ci ildə 140 000 xalis mənfəəti var. 2019-cu ildə 130 000 xalis mənfəəti var. 2018-ci ilin xalis mənfəətini saxlayıb, 2019-cu ilin mənfəətini dividend şəklində təsisçiyə ödəmək mümkündürmü və hansı qanunla tənzimlənir?
19/06/2020 Read: 124 Average count: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

Hüquqi şəxsin təşkilati formasından asılı olaraq xalis mənfəətinin bölüşdürülməsi Mülki Məcəllənin 90-1-ci (“Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi”) və 106-3 (“Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər”) maddələrində öz əksini tapmışdır.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Həmçinin mövcud vergi qanunvericiliyinə əsasən vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat vergidən yayınma sxemi hesab olunur. Vergi nəzarəti tədbirləri zamanı vergidən yayınma sxemi aşkar edildiyi halda isə vergilər faktiki iqtisadi göstəricilər nəzərə alınmaqla hesablanır.

Əsas:Vergi Məcəlləsinin 13.2.15-ci, 13.2.70-ci, 23.1.6-1-ci, 102.1.22-ci, 106.10-cu, 122-ci maddələri, Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Cəfərov Məhərrəm aq***@mail.ru ID: 2231
Salam. Dünən marketdən bazarlıq etdim. ədv-in geri almaq üçün telefona vurdum götürmədi. Fiskal ID-ni daxil edirəm oxumur. Nə edim mən?
19/06/2020 Read: 28 Average count: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin (195-1) Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İlkin Hüseynzadə Eldar hu***@gmail.com ID: 2230
Sizinlə müfaviq sənəd üçün mürayciyət etmişəm.
19/06/2020 Read: 27 Average count: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Ali Sireliyev sh***@gmail.com ID: 2228
Salam. Mağazadan bəzi məhsullar alındı, verilən kassa çekini nə birbank proqramı, nə də ki, edvgerial.az saytında fiskal id daxil edəndə tanımır. Xahiş edirəm köməklik edəsiniz.
18/06/2020 Read: 33 Average count: 5

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Rzayev Turab Mübariz Tu***@mail.ru ID: 2227
Vergidə onlayn növbəyə yazılıram, amma pəncərə açılır və orada bildirilir ki, daxil etdiyiniz məlumatlar yalnışdı. Halbuki, bütün məlumatları düzgün qeyd edirəm. Xahiş edirəm onlayn növbəyə necə yazılmağı mənə başa salın.
18/06/2020 Read: 32 Average count: 0

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samedova Susan Əli qizi su***@gmail.com ID: 2226
Kommersiya hüquqi şəxs Faiq Vəkilov Black Cube MMC qeydiyyatdan keçirib. Kabinetinə qeydiyyat sənədləri göndərilib ancaq sənədlər açilmir, yəni sənədlərin formati naməlum formatdadır və açılmır. Zəhmət olmasa bunu necə həll etmək olar məlumat verərdiniz. Və bir də, VÖEN və reyestri necə fiziki və rəqəmsəl formatda əldə etmək olar, yoxsa sənədlər sadəcə kabinete göndərilir?
18/06/2020 Read: 84 Average count: 0

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən  kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Dövlət reyestrin çıxarışlar hüquqi şəxsə rüsumsuz verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Eyni zamanda bildiririk ki, elektron qeydiyyat zamanı Göndərdiklərim qovluğunda göndərilmiş sənədlərə baxmaq mümkündür. Bunun üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.

0/5 (0 Average count)
Qiymət ver:
Talıbov Tağı Ələkbər oğlu ta***@yahoo.fr ID: 2225
Bildirirəm ki, hal hazırda Yanacaq Doldurma Məntəqəsində yalnız dizel yanacağının satışını həyata keçiririk. Nəzərdə tuturuq ki, YDM -nin ərazisində ölçü cihazları ilə təmin olunmuş mobil benzin satışını da təşkil edək. Xahiş edirəm bunun üçün hansı sənədləşmələrin aparılacağını bizə bildirəsiniz.
18/06/2020 Read: 60 Average count: 0

Bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin(xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Həmçinin bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə, neft məhsullarinin pərakəndə satışı ilə bağlı vergi qanunvericiliyində xüsusi müddəa nəzərdə tutulmamışdır. Həmin fəaliyyətin həyata keçirən vergi ödəyicisi təsərrüfat subyektini olduğu yer üzrə vergi orqanında uçota alınmasını və nəzarət kassa-aparatının quraşdırılmasını təmin etməlidir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi ilə əlaqədar ətraflı məlumat üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 34-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə Hümbətzadə Rizvan ba***@mail.ru ID: 2224
2019-cu ilin avqust ayında EQF əsasında təqdim olunan mallar 2020-ci ilin aprel ayında geri qaytarılırsa, EQF ləğv olunaraq, 2019-cu il avqust ayı üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim olunmalıdırmı? Nəzərinizə çatdırım ki, malların təqdim olunması və geri qaytarılması ilə bağlı təhvil-təslim aktları var.
18/06/2020 Read: 121 Average count: 0

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bu halda vergi ödəyicisi tərəfindən  vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən” elektron qaimə-faktura tərtib edilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 163-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Qırxiyev Arif ke***@list.ru ID: 2222
Salam, sualım müəssisələrin və fərdi sahibkar fiziki şəxslərin pandemiya ilə bağlı aldığı maliyyə dəstəyi ilə bağlıdır. Müəssisələr və fərdi sahibkar fiziki şəxslər dövlət dəstəyi proqramı çərçivəsində aldığı yardımdan pul vəsaitlərini vergiyə cəlb etməlidirlərmi? Bu sualla bağlı 102 və 106 cı maddələrdə heç bir məlumat tapa bilmədim(102.1.28. istisna)
18/06/2020 Read: 92 Average count: 5

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir.  

Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Kənan Qırxiyev Arif ke***@list.ru ID: 2221
Salam. Sualım təsisçi və müəssisə arasında bağlanmış borc müqaviləsi üzrə ödəmə mənbəyi vergi öhdəliyinin yaranması haqqındadır. Misal. Müəssisənin fəaliyyətinin genişləndirilməsi üçün, təsisçi ilə müəssisə arasında bağlanmış müqavilə əsasında həmin dövr ərzində 200 000 manat faizsiz borc alınmışdır. Həmin borc məbləği 3 il keçməsinə baxmayaraq qaytarılmamışdır. Belə olan halda: - 200 000 manat borc üzrə ödəmə mənbəyindən vergi borcu yaranırmı? - 200 000 manat borc üzrə faiz hesablanırmı? Əgər hesablanırsa, hansı dövrdən, yəni illər üzrə ayrı-ayrı, yoxsa 1 ildə bütöv məbləğ?
18/06/2020 Read: 129 Average count: 3

Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Onu da nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə əsasən müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.

Vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan şəxsə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Qasımova Təranə Sabir qa***@gmail.com ID: 2220
Salam Astara arayonundan Qardaşlar Marketindən Alış veriş etmişəm ƏDV-sin geri ala bilmirəm Fiscal İD:******* kodu qeydiyyatda yoxdu xahiş köməklik göstərəsiniz.
18/06/2020 Read: 37 Average count: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl Məmmədov Mütəllim oğlu mi***@hotmail.com ID: 2219
Salam. Mənim müraciətim əlavə dəyər vergisinin geri qaytarılması ilə əlaqəlidir. 11.06.2020 tarixində maxi.az Gənclik Malldan bir ədəd telefon almışam. Həmin alışverişimin ədvsini isə geri alabilmirəm. Fiskal İD ****** nə e-kassa saytında nədə kapital bankın tətbiqində görsənmir. Hər ikisində çek tapılmadı yazılır. Xahiş edirəm mənə bu problemimi həll etməyə köməklik edəsiniz.
18/06/2020 Read: 42 Average count: 3

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Rasim ra***@mail.ru ID: 2218
Sumqayıtda yerləşən super marketdən alış-veriş etdim, verdiyi çeki edv portalından qeydiyyatdan keçirirəm, çek tapılmır. Bu hal neçə dəfədir ki, davam edir. Nə etməliyik?
18/06/2020 Read: 40 Average count: 0

Bildiririk ki, ƏDV-nin geri qaytarılması üçün satıcı ƏDV ödəyicisi olmalı və yeni nəsil kassa aparatından istifadə etməlidir. Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsən ni***@gmail.com ID: 2216
Taksi VÖEN-i varımdır, bir dəfə 250manat (covid19) pandinemiyasına görə köməklik almışam. Bilmək istəyirəm, ikinci dəfə olacaqmı köməklik?
18/06/2020 Read: 42 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: