Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Nərmin Məmmədova Rəşadət na***@inbox.ru ID: 2192
Salam. edvgerial.az saytından çeki əlavə edə bilmirəm, çek tapılmır. Çekin yarandığı tarix 13.06.2020 xahis edirəm, köməklik göstərəsiniz.
15/06/2020 Read: 34 Average count: 5

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
İlkin Mənsimli Əbil il***@gmail.com ID: 2191
Salam, mən sirkətimə təsərrüfat obyektini qeydiyyata salmaq istəyirəm, lakin qeydiyyat zamanı çətinlik çəkirəm. Belə ki, obyekti icarəyə götürmüşəm, lakin icarə müqaviləsi notarius təsdiqi ilə deyil, yeni öz aramızdadır. İndi qeydiyyat zamanı mən "icarəyə qötürən" xananı seçməliyəm yoxsa "ödəmə mənbəyindən" ? İkinci sualım isə əgər icarəyə götürən xananı seçərək qeydiyyatdan keçirməliyəmsə, onda orada obyektin kodu adlı xana var. Mən o kodu haradan əldə etməliyəm? Yox əgər ödəmə mənbəyindən seçərək keçməliyəmsə, onda mülkiyyət senedini veren orqanin vöen i və adı xanalarına ne yazmaliyam??
14/06/2020 Read: 74 Average count: 0

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 
 

0/5 (0 Average count)
Qiymət ver:
David Emilov da***@mail.ru ID: 2006
Salam. Şirkət iştirak payını natariusda təsdiq edilən müqavilə ilə satır. Müqavilə olduğu halda həm də bu satış əməliyyatı üçün elektron qaimə-faktura yazılmalıdırmı? Yazılmasa cəzası varmı?
14/06/2020 Read: 60 Average count: 0

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd etdiyiniz halda, iştirak payının sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Zeynalov a_***@yahoo.com ID: 2189
Salam. Mən edvgerial portalından 2000 azn-lik bir dəfəlik ödənişim, 40 manat mənə ödəniləsi məbləğ ləğv olundu, halbuki POS-terminaldan özümə aid kartdan ödəniş etmişəm. Çek də məndədir. Xahiş edirəm, bununla bağlı köməklik göstərəsiniz.
14/06/2020 Read: 51 Average count: 3

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Ceyhun Abdullayev ab***@gmail.com ID: 2185
Kassa çekində problem var onunla əlaqədar.
12/06/2020 Read: 36 Average count: 0

 Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova İlahə ma***@gmail.com ID: 2184
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilmiş vəsaitin məbləğini müəssisə gəlirdən çıxılan xərclərə daxil edə bilərmi?
12/06/2020 Read: 45 Average count: 0

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilən vəsaitin vergi ödəyicisinin gəlirlərindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Rövşən Aydın oğlu rr***@mail.ru ID: 2183
Sahibkaram, gəlir vergisi ödəyicisiyəm, dövriyyəm illik 200000 manata kimidir. Pərakəndə satış ilə məşğulam. Kompüter telefon aksesuarları və paltar. Pandemiya dövründə dəstək olaraq 2 000 manat almışam. 1 ay işə çıxmamışam. Mən sahibkar hansı güzəştlərdən faydalana bilərəm. Xahiş edirəm sualımı mümkün qədər sadə dildə cavablandırasınız.
11/06/2020 Read: 62 Average count: 0

Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi həcmində vergidən azad edilmişlər. Qeyd olunan  şəxslərə cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Həmçinin, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Mikro sahibkarlıq subyektləri gəlir vergisinin bəyannaməsinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılmış və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmişdir. 

Eyni zamanda, “Sosial sığorta haqqında” qanuna da dəyişikliklər edilmiş və ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların ödəməli olduqları sosial sığorta haqqı Bakı şəhətində iki dəfə azaldılmışdır, minimum əməkhaqqının 50 faizindən 25 faizə endirilmişdir.

 

0/5 (0 Average count)
Qiymət ver:
Qurban Qəhrəmanov Kamil qe***@inbox.ru ID: 2182
Mənə Pandemiyada sahibkarlara dəstək köməklik üçün yardım düşür?
11/06/2020 Read: 53 Average count: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Təhməzova Mələk Rəfail me***@ricon.az ID: 2176
Bakı şəhərində qeydiyyatda olan vergi ödəyiciləri məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün ödənişlər online ekargüzarlıqda göndərilmiş rekvizitlərə əsasən ödəniş edilib. 20 gün keçməsinə baxmayaraq ödənişlər şəxsi hesab vərəqəsində görsənmir. Bu məsələ ilə bağlı hara müraciət etməliyəm?
11/06/2020 Read: 42 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Paşayev Elçin Rüstəm oğlu ep***@gmail.com ID: 2175
Vergi orqanı tərəfindən vergi ödəyicilərinə ünvanlanmış 1939020603886700 nömrəli xidməti bildirişdə göstərilmişdir ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Belə olan halda təqdim edilən DSMF hesabatında və eyni ay üzrə bu iki gəlirə (əmək haqqı və kompensasiya) güzəşt və tutulmalar necə əks olunacadır ?
10/06/2020 Read: 159 Average count: 0

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin “Muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat” adlanan 2 nömrəli bölməsi 3 hissədən ibarətdir. Bölmənin “Gəlirlər” adlanan 2-ci hissəsi “Gəlirlər, cəmi”, “Hesablanmış əmək haqqı və digər gəlirlər”, “o cümlədən əmək haqqının tərkibinə daxil olmayan gəlirlər”, “İstifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği” və “Həyatın yığım sığortasına cəlb olunmuş məbləğ (vaxtından əvvəl müqaviləyə xitam verildiyi halda)” adlanan sətirlərə bölünüb. Bəyannamənin 902.2 kodlu sətrində işçilərin istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği hər bir ay üzrə ayrılıqda göstərilir. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fuad Kərimov bm***@mail.ru ID: 2174
Salam. Müəssisə digər müssisədən uzunmüddətli əmlak icarəyə götürüb. Həmin əmlak üzrə amortizasiya və əmlak vergisi ödənişi icarəyə verənə aiddir. Müqavilə şərtinə uyğun olaraq icarəyə götürən həmin ərazidə tələbinə uyğun avadanlıqlar qurur, təmir tikinti işləri aparır. Aparılan təmir işləri icarəyə götürülən binaların üzərində aparılır. Müqavilə şərtinə görə təmir xərci icarəyə götürən tərəfindən ödənilir. İcarəyə götürənin 01.01.2020-ci il tarixdə binalar üzrə əsas vəsait qalığı olmadığı üçün həmin xərci təmir xərcinə aid edə bilmir. İcarəyə götürən həmin təmir xərcini hesabatında 2020-ci il əsas vəsait kimi balansına daxil edə bilərmi? Xahiş edirəm sualıma konkret cavab verəsiniz.
10/06/2020 Read: 218 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Həmçinin tərəflər arasında bağlanan icarə müqaviləsində əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı məsələlər qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur. 

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.  Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər - Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə. 

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi, Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı

4/5 (3 Average count)
Qiymət ver:
Haqverdiyeva Aynur Etibar ha***@mail.ru ID: 2170
Salam. Fiziki şəxs VÖEN-ini bağlamaq istəyir, lakin VÖEN-nini, kod parolunu itirib. Nə etməli ? Diqqətinizə görə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
10/06/2020 Read: 60 Average count: 5

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver:
Akif Kazımov ka***@gmail.com ID: 2169
3 mkr sonti market . Əcəmi merosundan aşağı . Fiscal kod vermir deyir bizdə budur.
09/06/2020 Read: 34 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və  maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mammadova Ilaha il***@mail.ru ID: 2164
Salam. Əgər şirkət fəaliyyətini müvəqqəti dayandırırsa, işçiləri öz hesabına göndərmək hüququ vardır? Yoxsa işçilərə məcburi surətdə ya əməkhaqqı ödəməli və yaxud kompensasiya ödəyib işdən çıxarmalıdır?
09/06/2020 Read: 45 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

0/5 (0 Average count)
Qiymət ver:
İsayev Elşad Musa oğlu el***@gmail.com ID: 2158
Salam. Müəssisənin fəaliyyət növü çınqıl və qumun hasilatıdır və 2016-cı ildən 2021-ci ilədək fəaliyyətini dayandırıb. Belə olan halda Vergi Məcəlləsinə edilmiş dəyişikliliyə əsasən torpaq vergisindən azad olmadan istifadə edə bilərmi?
08/06/2020 Read: 40 Average count: 0

Bildiririk ki, torpaq vergisindən azadolma Vergi Məcəlləsinin 222.5-ci maddəsində qeyd olunan fəaliyyət növlətini həyata keçirən şəxslərə aid edildiyi üçün və fəaliyyət sahəniz həmin sahələrə uyğun olmadığı üçün həmin güzəştdən istifadə etmək hüququnuz olmur.

0/5 (0 Average count)
Qiymət ver:
Aslan Bashir-zada ml***@mail.ru ID: 2155
Как можно получить финансовую помощь в связи с Covid19?
08/06/2020 Read: 45 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimova Anastasiya Anatolyevna an***@hsconsulting.az ID: 2154
Məlumunuz olduğu kimi, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən “işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda, həmin daimi nümayəndəliyin olduğu yer” üzrə rezidentin qeyri-rezidentdən “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi üzrə aldığı xidmətlərə ƏDV tətbiq edilir. Bununla əlaqədar aşağıdakı suala aydınlıq gətirilməsini xahiş edirik: Müqavilədə konkret göstərildiyi halda, proqram təminatı üzrə lisenziyanın yalnız istifadə hüququnun verilməsi zamanı, alınmış həmin lisenziya alıcının mülkiyyəti hesab edilmədiyindən və onu digər şəxsə satmaq, əvəzsiz vermək hüququ olmadığı halda, bu əməliyyata ƏDV tutulan əməliyyat kimi baxıla bilərm ? Bu sualın cavablandırılması zamanı proqram təminatı üzrə lisenziyanın istifadə hüququnu verən tərəf kimi həm rezident, həm də qeyri-rezidentlərə münasibətdə cavablandırlmasını Sizdən xahiş edirik.
08/06/2020 Read: 200 Average count: 3

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər, o cümlədən proqram təminatı üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir və ƏDV-yə cəlb olunur..

Bununla yanaşı, rezident şəxs tərəfindən proqram təminatının respublika ərazisində digər şəxsə satışı da ƏDV üzrə vergitutma obyekti yaradır.

Əsas:  Vergi Məcəlləsininin 13.2.8-ci, 13.2.9-cu, 13.2.11-ci, 159.2-ci və 168.1.5-ci maddələri.

 

3/5 (2 Average count)
Qiymət ver:
ELVIN BUNYAD el***@gmail.com ID: 2143
DVX-nin şərhindən (https://vergiler.az/news/taxes/5983.html) belə başa düşülür ki, sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin ƏDV qeydiyyatına alındıqda qeydiyyat tarixinə olan mal qalığının ƏDV qeydiyyatından sonrakı tarixdə təqdim olunması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bu mallar əldə olunarkən ƏDV ödənilmişdir və əvəzləşmə hüququ olmadığından birbaşa malın maya dəyərinə əlavə olunmuşdur. Qanunun bu formada şərhi vergi ödəyicisini əlavə öhdəlik altına salır, ödəyici isə bu öhdəlik altına girməmək üçün məcbur malların dəyərinin üzərinə 18% əlavə etməli olur, bu halda da bazarda rəqabətdə uduzur. Vergi Məcəllənin 3.1-ci bəndində deyilir: Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Burada ədalətlilik prinsipi pozulur. Xahiş edirəm DVX-nin bu mövzuya yanaşmasını əsaslandırardız.
07/06/2020 Read: 193 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisinin ödəyicilərinə aid edilir. ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir.

ƏDV-yə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququndan istifadə edilməməsi, o cümlədən əvəzləşdirmə üçün nəzərdə tutulmuş şərtlərin pozulması həmin malların təqdim edilməsi zamanı ƏDV-nin hesablanmasını istisna etmir və əməliyyat ümumi qaydada ƏDV-yə cəlb edilir.

5/5 (2 Average count)
Qiymət ver:
Əhmədov Rasim Vidadi oğlu ah***@gmail.com ID: 2142
Agent müqaviləsi əsasında Mikrosahibkarlara komission məhsullarının çatdırılması (işlərin və xidmətlərin görülməsi) fəaliyyəti ilə məşğul olan şirkətlər pandemiyadan zərər çəkmiş şirkətlər qrupuna aiddirmi? (Qeyd edilən mikrosahibkarlar karantin dövründə fəaliyyətləri tam məhdudlaşdırılmışdır, bununla əlaqədar onlara xidmət göstərən şirkətin xidməti 100%-dən 15%-ə enmişdir). Təşəkkürlər.
07/06/2020 Read: 43 Average count: 0

Bildiririk ki, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinin siyahısına aid edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 222.5-ci maddəsi

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Məhəmməd Fərhad oğlu ma***@mail.ru ID: 2139
Salam. Mən Məmmədov Məhəmməd Fərhad oğlu Ağdaş şəhərində avtomobillər üzrə təmirçi çilingər işləyirəm, vergi ödəyicisiyəm. Bir nəfər işçim var. Minimum əmək haqqı (250 manat) məbləğində maaş verirəm. Bilmək istəyirəm ki, yeni qəbul olunmuş qanuna görə DSMF- na olan ödənişlər necə hesablanır? 1- ci sual: Özüm üçün nə qədər ödəməliyəm və necə hesablamalıyam? 2 – ci sual: İşçi üçün nə qədər ödəməliyəm və necə hesablamalıyam? 3 – cü sual: Hansı kodlara ödəniş etməliyəm? Sizdən xahiş edirəm ki, suallarımı sadələşmiş və aydın şəkildə cavablandırasınız.
05/06/2020 Read: 57 Average count: 0

Cavab 1. Tikinti və ticarət sektorları istisna edilməklə, digər sektorlarda sahibkarlıq fəaliyyəti göstərən şəxslər 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək minimum aylıq əməkhaqqının 15 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. Ağdaş rayon mərkəzi üçün ödəməli olduğunuz sosial sığorta haqqı (250 x 15%) x 60 % = 22.50 manat.

Cavab 2. 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Cavab 3. Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. 

 

0/5 (0 Average count)
Qiymət ver: