Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əmirli Şamil Ağasadıq am***@gmail.com ID: 2215
Əlavə dəyər vergisinin geri alınmasına əasən sistemin hesablanmasına görə 7.94 qəpik vəsait mənim balansımda oturmalı idi. Ancaq bu vəsait xeyli azdı. Cəmi 1.45 qəpik. Bunu necə başa düşmək olar. Sağ olun.
17/06/2020 Read: 36 Average count: 0

Çekin yaranma tarixindən 30 gün keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çekin yaranma tarixindən 30 günü artıq keçibsə, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” status ilə “tarixçə” bölməsində saxlanılır. 

0/5 (0 Average count)
Qiymət ver:
Irada Huseynova al***@gmail.com ID: 2214
Здравствуйте. В результате оплаты обучения моих детей с моей пластиковой карты был списан НДС. Скажите пожалуйста, в случае возврата платежа будет ли возвращен НДС на мою карту автоматически или для этого нужно оформлять дополнительные документы?
17/06/2020 Read: 98 Average count: 1

Müraciətinizdə qeyd olunan  təhsil müəssisə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşdiyi halda bildiririk ki, təhsil müəssisəsinə Azərbaycan Respublikasının rezidentləri tərəfindən xaricdə təhsil almaqla bağlı ödəniş aparılarkən banklar tərəfindən alıcının hesabından ƏDV tutulmur. Bu halda bank tərəfindən səhvən hesabınızdan ƏDV tutulduğu halda, ƏDV-nin qaytarılması haqda banka müraciət edə bilərsiniz.

Bununa belə, qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil və tibb xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Müraciətinizdə bir sıra məqamların aydın olmadığı üçün, müraciətinizi dəqiqləşdirməklə yenidən Sual-Cavab bölməsinə,  Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı,125-ci, 168.1.5-ci və 169.3-cü maddələri.

1/5 (1 Average count)
Qiymət ver:
Osmanov Nəsimi Nazim n.***@yandex.ru ID: 2213
Salam. Sualım edvgerial.az- la bağlıdır. Mən fiskal ID daxil edirəm, lakin çek tapılmadı cavabı gəlir. Çekin fiskal ID- si ************. Zəhmət olmasa, problemi araşdırın. Əvvəlcədən çox sağ olun.
17/06/2020 Read: 38 Average count: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Qeyd etdiyiniz çek üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət qeydə alınmışdır.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əmirli Şamil Ağasadıq am***@gmail.com ID: 2212
Salam. Asan imza elektro kabinetimdən istifadə edə bilmirəm. Vergilər Nazirliyinə müraciyyət etməyimi məsləhət bildilər. Xaiş edirəm bunun araşdırılmasını təmin edəsiniz.
17/06/2020 Read: 29 Average count: 0

Elektron xidmətlərimizdən istifadə zamanı yaranmış suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

Həmçinin elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Təhminə Manaflı Azad qızı te***@gmail.com ID: 2211
Fiziki şəxs kimi VÖEN almaq istəyirəm, bunun üçün ilk olaraq mobil nömrəmi asan imza nömrəsi olaraq dəyişərək dublikatını əldə etdim. Prosesi tamamlamaq üçün Asan imza sertifikatının əldə edilməsinə görə online müraciət etmək mümkündür? Asan Sertifikatı almadan online olaraq vergi ödəyicisi kimi birbaşa qeydiyyatdan keçmək olur?
17/06/2020 Read: 54 Average count: 0

Bildiririk ki, fiziki şəxsin onlayn qeydiyyatı yalnız gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) vasitəsilə mümkündür. Asan imzanın əldə edilməsi üçün onlayn qaydada növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver:
Qulu Cabbarov Nəriman qu***@gmail.com ID: 2210
190 manat sosial yardım olmamağın səbəbi göstərilir vergi ödəyicisinə.
17/06/2020 Read: 30 Average count: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Akif, Şirinov, Vəzir ak***@mail.ru ID: 2209
Pandemiya fonduna köçürülən yardım xərclərə, ya müəssisənin sərancamında qalan mənfəətə aid edilir? Pandemiya ilə əlaqədar müəssisələrə əmək haqqının ödənilməsi üçün köçürülən məbləğlər hara aid edilir? Gəlirə aid edilir, ya möəssisənin sərəncamında qalan mənfəətin artırılmasına, ya da əmək haqqının həmin məbləğ qədər azalmasına aid edilir? Pandemiyadan maliyyə dəstəyi də hara aid edilir? Əvvəlcədən təşəkkür edirəm.
17/06/2020 Read: 78 Average count: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir.  

Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilən vəsaitin vergi ödəyicisinin gəlirlərindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci, 104-cü və 108-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Murad ba***@mail.ru ID: 2208
Mikro sahibkarların 2% ilə verdiyi verginin vergitutma bazası hansıdır? İllik dövriyyə yoxsa illik gəlir?
17/06/2020 Read: 52 Average count: 0

Bildiririk ki, sadələşdirilmiş vergi (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır).

0/5 (0 Average count)
Qiymət ver:
Anar Mikayılov Kamran an***@fmg.az ID: 2207
Mənzil alışı zamanı fiskal kod ilə kassa çeki təqdim edilərsə ƏDV-nin geri qaytarılması (ƏDV gerial) mümkündür?
17/06/2020 Read: 75 Average count: 5

Bildiririk ki, nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması nəzərdə tutulur. Nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması halları və şərtləri Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada həyata keçiriləcəkdir. 

5/5 (1 Average count)
Qiymət ver:
Turanə Əsədova Teymur es***@yahoo.com ID: 2206
Salam. Şirkət işçisinin ailə üzvünün (işçinin övladının) təhsil haqqını ödəyirsə, həmin məbləğ vergi və MDSS haqqına nə cür cəlb olunur? Həmçinin Vergi hesabatı və vahid rüblük hesabatlarda nə cür qeyd olunmalıdır?
17/06/2020 Read: 191 Average count: 0

Bildiririk ki, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda təhsil haqlarının ödənilməsi üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Qeyd olunan maddi yardımın 1 000 manatdan artıq olan hissəsi işçinin muzdlu işdən gəlirlərinə əlavə edilməklə gəlir vergisinə cəlb olunur. 

Həmçinin, işəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə, "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 102.1.3-cü maddələri, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Vügar Sadıxov sv***@gmail.com ID: 2205
Salam, mən VÖEN -i ləğv etmək istiyirəm. Lakin işdən çıxa bilmirəm. Bunun üçün neynəməliyəm (online şəkildə ləğv edim)?
17/06/2020 Read: 35 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Namiq Quliyev Mirzəli oğlu qu***@gmail.com ID: 2204
Salam. Çeklə bağlı sualım var. ƏDV-si çek vasitəsi ilə geri qaytarma qeydiyyatını ƏDVgerial.az saytı ilə çekin FİSKAL İD-ni yükləyirəm yazır ki, belə bir çek tapılmadı. Çek 13.06.2020 ildə vurulub. Vaxtıda keçmiyib. Birbank mobil əlavə ilə də alınmır. Birinci dəfə deyil ki, deyim nəsə səhv edirəm. Xahiş edirəm köməklik edəsiniz.
17/06/2020 Read: 47 Average count: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elsevər Əsədov Nadir el***@gmail.com ID: 2202
Salam. 15.05.2020-ci il tarixdə KONTAKT HOME mağazalar şəbəkəsindən 2990 manatlıq kartla məişət avadanlığı aldım. 13.06.2020 -ci il tarixdə edvgerial.az sistemində həmin cek ləğv olunub. Səbəbini bilmək olar niye edv ləğv olunub. Fiskal İD:**********
16/06/2020 Read: 58 Average count: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin geri qaytarılması üçün müraciət qeydə alınmışdır. Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəmova Gulnara.Yaqub gu***@gmail.com ID: 2201
Fiskal kod yüklənmir, nə edim?
16/06/2020 Read: 40 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. 

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan”edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rzayev Rizvan Əliheydər rr***@gmail.com ID: 2199
Mən VÖEN-imi müvəqqəti bağlamışdım, həm də itirmişdim təzəsini aldım kopya. Amma ƏDV göstərir mən də kicik sahibkarlıqla məşğul olacam. Kimə və necə müraciət edim ki, ƏDV-dən çıxım?
16/06/2020 Read: 90 Average count: 0

Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyatın qüvvəyə minməsi və qeydiyyatın ləğv edilməsi Vergi Məcəlləsinin XI fəsli ilə tənzimlənir.

ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

Məcburi qeydiyyat zamanı - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDVyə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq ƏDV qeydiyyatı ləğv edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Sultanov Cəbrayıl Ciqatay dr***@gmail.com ID: 2197
Salam sualım EDV nin geri qaytarılması ilə əlaqədardı 14 May 2020-ci ildə avtomobil satış mağazasından avtomobil alışını edib rəsmi qəbz əldə etmişəm. 22 May 2020-ci ildə edvgerial.az saytı vasitəsilə qəbzi qeydiyyatdan keçirmişəm, bu gün 16 İyun 2020-ci il tarixində edvgerial.az saytında həmin qəbzin statusuna baxdıqda ləğv olunmuş statusunu aşkarladım. 195 Çağrı Mərkəzi , Kapital Bank ilə və Mağaza ilə əlaqə saxladım heç biri mənə hansı səbəbdən baş verdiyini izah edə bilmədilər. Mən hara və necə müraciət edə bilərəm ki, bu məsələ araşdırılsın ki, niyə ƏDV geri qaytarılmayıb?
16/06/2020 Read: 55 Average count: 0

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mirzəyeva Süsənbər Şakir su***@mail.ru ID: 2196
Salam. Mən Bravo super marketindən alış veriş etdim 13.06.2020-de edvgerial.az saytından ədv-ni geri qaytarmaq üçün elavə etmək istədim, lakin fiskal id səhvdir deyir. Ancaq baxıram, heç bir hərfi rəqəmi səhv yazmıram. Mən necə edə bilərəm, köməklik göstərərdiniz.
16/06/2020 Read: 48 Average count: 5

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

 

5/5 (1 Average count)
Qiymət ver:
Dadaşov Daşqın da***@gmail.com ID: 2195
Pandemiyadan zərər çəkmiş mikro sahibkarlara olunan dəstəyin ikinci hissəsi niyə köçmür? Bu haqda mənə məlumat verin.
16/06/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kazımova İlhamə İsrafil qızı 05***@gmail.com ID: 2194
Salam, zəhmət olmasa yoxlaya bilərsiniz, mənim adıma pul köçüb, yoxsa yox?
15/06/2020 Read: 45 Average count: 0

Kazımova İlhamə İsrafil Qızı (VÖEN 6100222782) maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında qeyd olunmuşdur. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Смоловая Екатерина es***@okko.tv ID: 2193
Российская компания оказывает услуги в Азербайджане, чтобы налог в размере 10% от с доходов от услуг в Азербайджане не удерживался и для целей применения ст. 7 Соглашения об избежании двойного налогообложения между РФ и Азербайджаном, необходимо подать форму DTA 03 в налоговые органы Азербайджана. Просим вас, пожалуйста, уточнить, процедуру подачи заявления посредством сайта.
15/06/2020 Read: 62 Average count: 0

Если международным соглашением предусмотрено освобождение от налогов или низкое налогообложение любого дохода, полученного нерезидентом из азербайджанского источника, нерезидент должен представить заполненную форму DTA-03 в электронном или бумажном виде в налоговый орган, в котором зарегистрирован плательщик дохода, может подать заявку на это освобождение или применение более низкой налоговой ставки.

Форму DTA-03 и процедуру ее заполнения можно найти здесь.

Обоснование ответа: Правила «Управления международными соглашениями об устранении двойного налогообложения между Азербайджанской Республикой и другими государствами», утвержденные Постановлением Министерства налогов Азербайджана от 12 июня 2017 года № 1717050000009300.

0/5 (0 Average count)
Qiymət ver: