Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şəhla Əhmədova Lətif ah***@gmail.com ID: 2150
Salam. Mən vergi ödəyicisi kimi və mikro sabibkar olaraq Mart ayında maliyyə dəstəyinə müraciət etdim və aprel ayında 250 manat məbləğində yardım aldım və növbəti aylarda da yeni müraciətə ehtiyac olmadan yardımı alacağım bildirildi. Hal hazırda 2 ay keçməsinə baxmayaraq (Aprel ve May ayları) əlavə olaraq heç bir maliyyə yardımı almamışam. Bunun səbəbini və növbəti ayların nə zaman yüklənəcəyini öyrənmək istəyirəm. Əvvəlcədən təşəkkürr edirəm!
02/06/2020 Read: 38 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmamışdır.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cəfərova Nigar Oqtay qızı mi***@bk.ru ID: 2107
AR Mülki Məcəlləsinin (Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı ) 91-2.4. maddəsinə əsasən Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Bilmək istəyirdim ki, cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa hüquqi şəxslərə hansı qaydada verilə bilər? Və bu səlahiyyətlər necə həyata keçirilir?
02/06/2020 Read: 39 Average count: 0

Bildiririk ki, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Mülki Məcəllənin qeyd etdiyiniz maddəsindən göründüyü kimi, cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilməsi müvafiq səlahiyyətli şəxsin təsdiqi ilə mülki qanunvericiliyin müddəalarına uyğun müvafiq müqavilə əsasında həyata keçirilə bilər. 

Nizamnamə, əsasnamə və qərar nümunələri ilə saytımızın "Bir pəncərə" bölməsində Lazımi sənədlər altbölməsində tanışı ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elmin Rzayev Allahyar e.***@bakugp.az ID: 2165
Salam. Pandemiya ilə əlaqədar sahibkarlığa destek programının bir hissəsindən yararlanmışıq və mənə gələn bildirişdə bir ay sonra ikinci hissənin avtomatik hesabıma köçəcəyi bildirilmişdir. Lakin bir aydan çox vaxt keçsə də, hələ bir əməliyyat aparılmamışdır. Xahiş edirəm, bununla bağlı bir köməklik göstərəsiniz. Çox sağolun.
02/06/2020 Read: 40 Average count: 5

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Mushvig Mukhtarov mm***@rambler.ru ID: 1794
Salam, hörmətli vergi işçiləri! Sualım aşağıdakılardan ibarətdir. 1) Mülki Müqavilə əsasında şirkətə xidmət göstərən hər hansı fiziki şəxs VM 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs sayılırmı? 2) Vergi Məcəlləsinin 104.4 maddəsində qeyri-rezidentin (daimi nümayəndəliyi olmayan) Azərbaycanda Respublikasında əmlakın, məsələn, qeyri-yaşayış binasının, satışından əldə olunan gəlirindən həmin binanın alış qiyməti (ikin dəyəri və ya qalıq dəyəri) çıxılırmı? Əvvəlcədən təşəkkürlər.
02/06/2020 Read: 308 Average count: 5

Cavab 1. Mülki müqavilə ilə xidmət göstərən şəxslə xidməti alan şəxs arasında münasibət əmək münasibətləri deyilsə, onlar qarşılıqlı surətdə asılı olan şəxs hesab olunmur. Lakin, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir və bu şəxsər qarşılıqlı surətdə asılı olan şəxs hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 18-ci maddəsi.

Cavab 2. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. 

Müraciətinizdə qeyd olunan qeyri-yaşayış sahəsinin təqdim edilməsi, qeyri-rezident fiziki şəxs tərəfindən həyata keçirildiikdə, notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Binanın sahibi qeyri-rezident hüquqi şəxs olduğu halda, həmin hüquqi şəxs Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Vergi Məcəlləsinin 17.6-cı və 149.1.3-1-ci maddələri vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlərin gəlirlərinin, məsələn Vergi Məcəlləsinin 96.4-cü və 104.4-cü maddələri ilə müəyyən edilmiş gəlirlərin Azərbaycan Respublikasında vergi agenti vasitəsi ilə bəyanetmə prosedurunu tənzimləyir. Qeyd edilən halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir və həmin Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur. Qeyri-rezidentin Azərbaycan mənbəyindən olan və ödəmə yerində vergi tutulmayan gəlirləri vergi agenti təyin edilmədiyi halda qeyri-rezidentin özü tərəfindən bəyan edilərək gəlir (mənfəət) vergisinə cəlb edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 17.6-cı, 149-cu, 150-ci, 218.4.3-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Qocayev Rahib Əflatun oğlu Ra***@yandex.ru ID: 2106
Bilmək istərdim ki,müəssisə faliyyətini dayandırdığı dövrdə (mövsumi işlərlə əlaqədar istehsal etdiyimiz məhsula təlabat azalanda vəya olmayanda)təmir və işıqlanmaya sərf olunan enerjinin və s.xərclərı faliyyət bərpa olunan zaman əsas məbləği xərcə aid etmək və ədv-ni əvəzləşdirmək olarmı?Olmazsa xahiş edirəm izah verin.Əvvəlcədən təşəkkür edirəm.
01/06/2020 Read: 71 Average count: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Zakir Vəliyev Müzəffər za***@mail.ru ID: 946
ƏDV ödəyicisi olan müəssisə tərəfindən Pilot layihə əsasında istismar müddəti başa çatmış mənzillərin sökülərək yerində tikilən çoxmərtəbəli yaşayış binalarında sakinlərlə bağlanan müqavilə əsasında onlara verilən yaşayış və qeyri-yaşayış sahələri a)ƏDV və mənfəət vergisinə cəlb olunurmu ? b)Cəlb olunursa hansı formada,yəni ƏDV bəyannaməsində necə və nə vaxt əks olunacaq və hansı qiymətə,mənfəətə nə vaxt hesablanacaq? 2.Ixrac edilən əmlak üçün elektron qaimə əvəzinə hansı sənəd tərtib olunur?
01/06/2020 Read: 240 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədən olan müddəalarına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədən olan müddəalarına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Əlavə olaraq bildiririk ki, tikilən binalardan dövlətə ayrılan hissələrin müəyyən edilməsini, müvafiq qaydada verilməsini və rəsmiləşdirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanma mərhələsindədir.

İkinci sualla bağlı bildiririk ki, malların ixracına dair müvafiq sənədləşmənin aparılması prosedurları ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 164-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

3/5 (4 Average count)
Qiymət ver:
Qalib Həsənov Əbilhəsən he***@gmail.com ID: 2105
Salam, mən onlayn növbəyə yazılmaq üçün müraciət edirəm, və orada yazılan məlumatları düzgün daxil edirəm, amma belə olduğu təqdirdə yenə yazılır ki, fin, ad, soyad, şəxsi məlumatlarınız düzgün deyil, bu nə ilə əlaqədar ola bilər belə qəbul etməmələri?
01/06/2020 Read: 69 Average count: 5

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

 

5/5 (1 Average count)
Qiymət ver:
Kamran Şıxlı Mo***@gmail.com ID: 1047
Hörmətli vergi xidməti əməkdaşları. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 N-li Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan (!) təşkilatlar (idarələr) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturuna aid edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsiin 5.4-cü bəndinə əsasən Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Bildiyimiz kimi, Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə hesab olunur. Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən isə müəssisə — mülkiyyət formasından asılı olmayaraq bu Qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan (!) müstəqil təsərrüfat subyektidir. Gördüyümüz kimi Agentliyin strukturuna aid olan Yol İstismar və Yol Yaşıllaşdırma İdarələri hüquqi şəxs statusuna malik olmadığından müəssisə sayılmalı deyil, əldə edilmiş mənfəət üzərində isə sərəncamı İdarələr deyil, məhz Agentlik verə bilər. Belə olan halda, Agentliyin strukturuna aid olan Yol İstismar və Yol Yaşıllaşdırma İdarələri: 1.mənfəət vergisi verməlidirlərmi? əgər deyilsə onda aktiv mükəlləfiyyətin olması nəyə gərəkdir? 2.əmlak vergisi verməlidirlərmi? əgər deyilsə onda mükəlləfiyyət niyə ləğv olunmur? 3. bəs ƏDV necə? Xahiş edirəm suallara ayrı-ayrılıqda cavab verərdiniz. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsin tabeliyində olan Yol İstismar İdarələri tərəfindən: 1. ƏDV bəyannaməsi 2. Mənfəət vergisi bəyannaməsi verilməlidirmi? əgər deyilsə niyə mükələffiyyəti ləğv edilmir? 3. Əmlak vergisi bəyannaməsi verilməlidirmi? əgər deyilsə niyə mükələffiyyəti ləğv edilmir?
01/06/2020 Read: 227 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39.3-cü maddəsinə əsasən bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə hesab olunur.

Kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarət olduğundan həmin şəxs tərəfindən həyata keçirilən fəaliyyət üzrə mənfəət, ƏDV və əmlak vergiləri bəyannamələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına təqdim edilməklə müvafiq vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Əlavə olaraq bildiririk ki, sorğu edilən cəmiyyət tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndəsi tərəfindən zəruri sənədlərlə (cəmiyyətin nizamnaməsi, fəaliyyət istiqamətləri, törəmə cəmiyyətlərin fəaliyyətləri, hesablaşma qaydaları və sair fəaliyyət xüsusiyyətləri barədə izahatla) birlikdə qeydiyyatda olduğu vergi orqanına müraciət edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 159-cu və 201-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Hüseynov Rasim Əsgər hp***@mail.ru ID: 2103
Mən şəhadətnamə -dublikatın alınması barədə ərizəni verdikdən sonra 10 gün iş günü olmayıb. Yəni qeyri iş günü-bayram olub. Belə halda növbəti 10 iş günü şəhadətnamə dublikat qüvvıdıdirmi ?
01/06/2020 Read: 78 Average count: 5

Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Əsas: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.

5/5 (1 Average count)
Qiymət ver:
Əliyev Elnur Nüslət al***@gmail.com ID: 922
Salam. Bir hüquqi şəxs Bank hesab açıb. 2-8 ildən artıq fəaliyyəti yoxdur. Müştəri haqdada məlumat eyniləşdirilməsi apara bilmirik. Bu hesabı biz qanuni cəhətdən bağlaya bilərik? Ancaq müştərinin bank hesabında sərəncam var. Bununla bağlı zəhmət olmasa tam və dolğun məlumat verməyinizi xahiş edirəm. Diqqətinizə gorə təşəkkürlər.
01/06/2020 Read: 149 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsində vergi orqanı tərəfindən banklara və ya kredit təşkilatlarına verilən sərəncamların yalnız vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı digər bankda və ya kredit təşkilatında olan milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındığı və ya dondurulduğu hallarda geri qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”.

5/5 (3 Average count)
Qiymət ver:
Sevil Şahverdiyeva Zakir qızı se***@mail.ru ID: 1086
Hörmətli Vergi əməkdaşları, Salam. VM 69 və 166 maddələrinə uyğun olaraq hansı məzənnə ilə ƏDV vergisinin hesablanması ilə çox fərqli cavablar aldığım üçün, xahiş edirəm düzgün üsul seçmək üçün yaranan məsələyə aydınlıq gətirəsiniz. Vergi Məcəlləsinin 69 maddəsinə uyğun olaraq xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır və eyni zamanda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikləri nəzərə alaraq vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt sayılır. Qeyd olunan maddələrin müddialarını nəzərə alaraq qeyri-rezident müəssisəyə göstərilən xidmətə görə ƏDV-ni hansı günün məzənnəsi ilə hesablanıb Dövlət büdcəsinə ödənilməlidir: ödəmə aparılan günə olan Mərkəzi Bankın rəsmi məzənnəsi ilə və ya əməliyyatı (xidməti) aparıldığı günə olan rəsmi məzənnə ilə? Əvvəlcədən minnətdarlığımı Sizə bildirirəm.
01/06/2020 Read: 181 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident müəssisədən alınmış xidmətlərə görə aparılan ödənişlərə ƏDV-nin hesablanması ödəmənin həyata keçirildiyi günə olan məzənnə ilə hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Alim Zeynalov al***@yahoo.com ID: 964
Salam. A şirkəti İqdisadiyyat Nazirliyindən Poçt daşıma fəaliyyəti ilə bağlı lisenziya alıb xidmət göstərir. Müştərilərin bir sıra ölkələrdən sifariş verdiyi məhsulları Bakıya çatdırır. Bəzi müştərilər var ki, onlar sifarişi birbaşa online mağazanın özündən yox, A şirkəti vasitəsilə həyata keçirir. (A şirkətinin saytında bu xidməti həyata keçirmək üçün e-commerce qurulub). Bu zaman vəsait A şirkətinin yerli bankların birində olan hesabına köçür, A şirkəti də həmin vəsaiti müştərinin adına onlina mağazaya köçürür. A şirkəti gəliri alınan məhsulun Bakıya çatdırılmasından əldə edir. Bu halda müştərinin ödədiyi (A şirkətinin hesabına daxil olan vəsait) A şirkətinin gəliri və dövriyyəsi hesab edilməlidir mi? Müştərilərin A şirkəti vasitəsilə ödənişləri illik 200000 AZN-i keçərsə A şirkəti ƏDV ödəyicisi sayılmalıdırmı?
01/06/2020 Read: 155 Average count: 0

Bildiririk ki, poçt bağlamalarının Azərbaycan Respublikasındakı sifarişçilərə çatdırılması üzrə (idxal olunan mallar müştərilərin adına rəsmiləşdirilməklə) xidmətlərin göstərilməsindən komisyon haqq (gəlir) əldə edən şəxslər bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunurlar. Bu xidmətlərin göstərilməsinə görə əldə olunan komisyon haqların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 155-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Fərrux Hüseynzadə Elşad oğlu h.***@mail.ru ID: 921
Salam. Rezident A şirkəti Qeyri rezident B şirkəti ilə xarici ölkədə C şirkətini təsis edirlər. A şirkəti C şirkətinə Nizamnamə kapitalına Əsas vəsaitini qoymaq istəyir. Bu zaman bu əməliyyat ƏDV məqsədləri üçün vergiyə cəlb edilir? Əgər edilmirsə bu zaman əsas vəsait xarici ölkədə hansı müddətə qala bilər?
01/06/2020 Read: 170 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların ixracı ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Buna əsasən rezident müəssisə tərəfindən əmlakın qeyri-rezident hüquqi şəxsin nizamnamə kapitalına qoyulması məqsədilə ixrac edilməsi ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi.

4/5 (5 Average count)
Qiymət ver:
Şəfəq Qasımova sh***@mail.ru ID: 935
Salam İki suala cavab verməyinizi xahiş edirəm: 1. Hüquqi şəxs bələdiyyə orqanlarından torpaq sahəsi icarəyə götürüb. Hüquqi şəxs bu torpaq sahəsinə görə torpaq vergisi ödəməlidirmi? 2. Mədən vergisi 1m3 kvars qumu üçün 1 AZN təyin edilmişdir. 1 Ton kvars qumunu 1m3 ekvivalenti hansı sıxlıq göstəricilərinə görə hesablanmalıdır: iş burasındadır ki, yataqda olan kvars qumunun və nəqliyyat vasitəsinə yüklənib daşınan kvars qumunun sıxlığı fərqlənir. Bunun üçün ( ton-u m3 ifadəsinə çevirmək üçün) hər hansı ümumi qəbul edilmiş norma varmı? Təşəkkür edirəm.
01/06/2020 Read: 217 Average count: 4

Vergi Məcəlləsinin  204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 

Qeyd olunanlara əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən yerli özünü idarəetmə orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisi bəyannaməsini təqdim etməlidirlər.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan kvars qumlarının hər kubmetri üçün 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi yerin təkindən çıxarılan faydalı qazıntıların çəkisindən asılı olmayaraq, onun həcmi ilə hesablanır.

Əlavə olaraq bildiririk ki, yerin təkindən çıxarılan faydalı qazıntıların sıxlığının müəyyən edilməsi qaydası və texniki normativləri Vergi Məcəlləsi ilə tənzimlənmir.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 216-cı və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Axundi Azər Məmməd re***@inbox.ru ID: 2102
Tikinti quraşdırma (dəmir-taxta qapı-plastik pencərə və sair) fəaliyyəti ilə səyyari məşğul olan fərdi sahibkar VM əsasən hansı vergilərin ödəyicisidir.
01/06/2020 Read: 86 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Ali Məmmədov Allahverdi al***@gmail.com ID: 2101
Salam. VÖEN-i bağlamaq üçün, onlayn növbə götürərkən nəyi seçməliyəm?
01/06/2020 Read: 44 Average count: 0

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidirlər. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Həsənağa Tağıyev Vaqif oğlu he***@gmail.com ID: 846
ƏDV ödəyicisi olan topdansatış fəaliyyəti ilə məşğul olan şirkət mallarını topdansatış qaydada müştərilərinə tam məbləğdə (endirim olmadan) mallarını təqdim edir. Müştərilərin ödənişlərinə əsasən şirkət hər müştəridən bonus şəklində pul ödənişi almaq üçün qarşı tərəfə E-QAİMƏ göndərir. E-QAİMƏ göndərən zaman şirkət həmin əməliyyatları 18% ƏDV-yə cəlb etməlidir yoxsa qeyd edilən əməliyyatlar satışdakənar gəlirlər kimi ƏDV-dən azaddır?
01/06/2020 Read: 289 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi  və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər  hesab olunur.

Bunlara əsasən ƏDV ödəyicisi olan müəssisə tərəfindən təqdim edilmiş malların tam dəyərindən ƏDV hesablanır.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmadığından bu əməliyyatlarla bağlı tərəflər arasında bağlanmış müqavilələr, təhvil-qəbul aktları və digər zəruri sənədlər və aparılan əməliyyatın mahiyyəti barədə ətraflı izahatla birlikdə yazılı qaydada vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.

3/5 (4 Average count)
Qiymət ver:
Hafiz Hafiz bk***@yahoo.com ID: 2098
Salam! "A" hüquqi şəxs balansında dəyəri sifir olan (tam amortizasiya olmuş) əsas vəsaitləri (mebel, telefon) diğər "B" hüquqi şəxsə təmannasız/əvəzsiz olaraq hədiyyə edir. Sual: 1. "A" şirkətinin verği öhdəlikləri necə olur? 2. "A" şirkəti sifir dəyər ilə e-qaimə yazarkən e-qaimə sistemi qəbul etmir
01/06/2020 Read: 192 Average count: 5

Cavab 1. Bildiririk ki, aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 

Müvafiq olaraq əldə edilmiş gəlirdən mükəlləfiyyət növünüzə uyğun olaraq müvafiq vergilər hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü və 142-ci maddələri.

Cavab 2. Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Göstərilənlərə əsasən əmlakın əvəzsiz olaraq verilməsi həmin əmlakın təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü və 71-1-ci maddələri.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 1098
Salam. Bilmək istərdim ki, Mənfəət Bəyannaməsinin 1 saylı Əlavəsində debitor borclar və kreditor borclar sətirlərindəki məlumatlar ƏDV daxil olan məbləğlərlə göstərilməlidir, yoxsa ƏDV-siz məbləğlər olmalıdır? ƏDV sub-uçot hesabına məbləğlərin mədaxili və məxarici eləcə də ub-uçot hesabının qalığı 1 saylı Əlavədə hansı sətirdə göstərilməlidir? Əvvəlcədən təşəkkürümü bildirirəm
01/06/2020 Read: 270 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV-siz dəyərlə qeyd edilir.

Eyni zamanda, ƏDV depozit hesabı üzrə mədaxil və məxaricin, eləcə də ƏDV depozit hesabının qalığının “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-də əks etdirilməsi nəzərdə tutulmamışdır.

4/5 (5 Average count)
Qiymət ver:
Vüsalə Kərimova Abdulla qızı vu***@hotmail.com ID: 2097
Salam. Sualım ÖMV ilə bağlıdır. Qeyri-rezidentə beynəlxalq daşımaya görə ödəniş etdikdə 6% ÖMV hesablanır. Fərz edək ki, qeyri-rezidentdən mal alırıq və elə mal aldığımız şirkət daşımanı da həyata keçirir. Daşıma haqqı da invoysda əlavə qeyd olunur. Belə olan halda da 6% ÖMV hesablanmalıdır? Ətraflı məlumat versəniz minnətdar olaram.
01/06/2020 Read: 86 Average count: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: