Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əliyev Elnur Nüslət al***@gmail.com ID: 922
Salam. Bir hüquqi şəxs Bank hesab açıb. 2-8 ildən artıq fəaliyyəti yoxdur. Müştəri haqdada məlumat eyniləşdirilməsi apara bilmirik. Bu hesabı biz qanuni cəhətdən bağlaya bilərik? Ancaq müştərinin bank hesabında sərəncam var. Bununla bağlı zəhmət olmasa tam və dolğun məlumat verməyinizi xahiş edirəm. Diqqətinizə gorə təşəkkürlər.
01/06/2020 Read: 149 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsində vergi orqanı tərəfindən banklara və ya kredit təşkilatlarına verilən sərəncamların yalnız vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı digər bankda və ya kredit təşkilatında olan milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındığı və ya dondurulduğu hallarda geri qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”.

5/5 (3 Average count)
Qiymət ver:
Sevil Şahverdiyeva Zakir qızı se***@mail.ru ID: 1086
Hörmətli Vergi əməkdaşları, Salam. VM 69 və 166 maddələrinə uyğun olaraq hansı məzənnə ilə ƏDV vergisinin hesablanması ilə çox fərqli cavablar aldığım üçün, xahiş edirəm düzgün üsul seçmək üçün yaranan məsələyə aydınlıq gətirəsiniz. Vergi Məcəlləsinin 69 maddəsinə uyğun olaraq xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır və eyni zamanda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikləri nəzərə alaraq vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt sayılır. Qeyd olunan maddələrin müddialarını nəzərə alaraq qeyri-rezident müəssisəyə göstərilən xidmətə görə ƏDV-ni hansı günün məzənnəsi ilə hesablanıb Dövlət büdcəsinə ödənilməlidir: ödəmə aparılan günə olan Mərkəzi Bankın rəsmi məzənnəsi ilə və ya əməliyyatı (xidməti) aparıldığı günə olan rəsmi məzənnə ilə? Əvvəlcədən minnətdarlığımı Sizə bildirirəm.
01/06/2020 Read: 186 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident müəssisədən alınmış xidmətlərə görə aparılan ödənişlərə ƏDV-nin hesablanması ödəmənin həyata keçirildiyi günə olan məzənnə ilə hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Alim Zeynalov al***@yahoo.com ID: 964
Salam. A şirkəti İqdisadiyyat Nazirliyindən Poçt daşıma fəaliyyəti ilə bağlı lisenziya alıb xidmət göstərir. Müştərilərin bir sıra ölkələrdən sifariş verdiyi məhsulları Bakıya çatdırır. Bəzi müştərilər var ki, onlar sifarişi birbaşa online mağazanın özündən yox, A şirkəti vasitəsilə həyata keçirir. (A şirkətinin saytında bu xidməti həyata keçirmək üçün e-commerce qurulub). Bu zaman vəsait A şirkətinin yerli bankların birində olan hesabına köçür, A şirkəti də həmin vəsaiti müştərinin adına onlina mağazaya köçürür. A şirkəti gəliri alınan məhsulun Bakıya çatdırılmasından əldə edir. Bu halda müştərinin ödədiyi (A şirkətinin hesabına daxil olan vəsait) A şirkətinin gəliri və dövriyyəsi hesab edilməlidir mi? Müştərilərin A şirkəti vasitəsilə ödənişləri illik 200000 AZN-i keçərsə A şirkəti ƏDV ödəyicisi sayılmalıdırmı?
01/06/2020 Read: 163 Average count: 0

Bildiririk ki, poçt bağlamalarının Azərbaycan Respublikasındakı sifarişçilərə çatdırılması üzrə (idxal olunan mallar müştərilərin adına rəsmiləşdirilməklə) xidmətlərin göstərilməsindən komisyon haqq (gəlir) əldə edən şəxslər bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunurlar. Bu xidmətlərin göstərilməsinə görə əldə olunan komisyon haqların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 155-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Fərrux Hüseynzadə Elşad oğlu h.***@mail.ru ID: 921
Salam. Rezident A şirkəti Qeyri rezident B şirkəti ilə xarici ölkədə C şirkətini təsis edirlər. A şirkəti C şirkətinə Nizamnamə kapitalına Əsas vəsaitini qoymaq istəyir. Bu zaman bu əməliyyat ƏDV məqsədləri üçün vergiyə cəlb edilir? Əgər edilmirsə bu zaman əsas vəsait xarici ölkədə hansı müddətə qala bilər?
01/06/2020 Read: 173 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların ixracı ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Buna əsasən rezident müəssisə tərəfindən əmlakın qeyri-rezident hüquqi şəxsin nizamnamə kapitalına qoyulması məqsədilə ixrac edilməsi ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi.

4/5 (5 Average count)
Qiymət ver:
Şəfəq Qasımova sh***@mail.ru ID: 935
Salam İki suala cavab verməyinizi xahiş edirəm: 1. Hüquqi şəxs bələdiyyə orqanlarından torpaq sahəsi icarəyə götürüb. Hüquqi şəxs bu torpaq sahəsinə görə torpaq vergisi ödəməlidirmi? 2. Mədən vergisi 1m3 kvars qumu üçün 1 AZN təyin edilmişdir. 1 Ton kvars qumunu 1m3 ekvivalenti hansı sıxlıq göstəricilərinə görə hesablanmalıdır: iş burasındadır ki, yataqda olan kvars qumunun və nəqliyyat vasitəsinə yüklənib daşınan kvars qumunun sıxlığı fərqlənir. Bunun üçün ( ton-u m3 ifadəsinə çevirmək üçün) hər hansı ümumi qəbul edilmiş norma varmı? Təşəkkür edirəm.
01/06/2020 Read: 219 Average count: 4

Vergi Məcəlləsinin  204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 

Qeyd olunanlara əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən yerli özünü idarəetmə orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisi bəyannaməsini təqdim etməlidirlər.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan kvars qumlarının hər kubmetri üçün 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi yerin təkindən çıxarılan faydalı qazıntıların çəkisindən asılı olmayaraq, onun həcmi ilə hesablanır.

Əlavə olaraq bildiririk ki, yerin təkindən çıxarılan faydalı qazıntıların sıxlığının müəyyən edilməsi qaydası və texniki normativləri Vergi Məcəlləsi ilə tənzimlənmir.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 216-cı və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Axundi Azər Məmməd re***@inbox.ru ID: 2102
Tikinti quraşdırma (dəmir-taxta qapı-plastik pencərə və sair) fəaliyyəti ilə səyyari məşğul olan fərdi sahibkar VM əsasən hansı vergilərin ödəyicisidir.
01/06/2020 Read: 86 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Ali Məmmədov Allahverdi al***@gmail.com ID: 2101
Salam. VÖEN-i bağlamaq üçün, onlayn növbə götürərkən nəyi seçməliyəm?
01/06/2020 Read: 44 Average count: 0

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidirlər. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Həsənağa Tağıyev Vaqif oğlu he***@gmail.com ID: 846
ƏDV ödəyicisi olan topdansatış fəaliyyəti ilə məşğul olan şirkət mallarını topdansatış qaydada müştərilərinə tam məbləğdə (endirim olmadan) mallarını təqdim edir. Müştərilərin ödənişlərinə əsasən şirkət hər müştəridən bonus şəklində pul ödənişi almaq üçün qarşı tərəfə E-QAİMƏ göndərir. E-QAİMƏ göndərən zaman şirkət həmin əməliyyatları 18% ƏDV-yə cəlb etməlidir yoxsa qeyd edilən əməliyyatlar satışdakənar gəlirlər kimi ƏDV-dən azaddır?
01/06/2020 Read: 303 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi  və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər  hesab olunur.

Bunlara əsasən ƏDV ödəyicisi olan müəssisə tərəfindən təqdim edilmiş malların tam dəyərindən ƏDV hesablanır.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmadığından bu əməliyyatlarla bağlı tərəflər arasında bağlanmış müqavilələr, təhvil-qəbul aktları və digər zəruri sənədlər və aparılan əməliyyatın mahiyyəti barədə ətraflı izahatla birlikdə yazılı qaydada vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.

3/5 (4 Average count)
Qiymət ver:
Hafiz Hafiz bk***@yahoo.com ID: 2098
Salam! "A" hüquqi şəxs balansında dəyəri sifir olan (tam amortizasiya olmuş) əsas vəsaitləri (mebel, telefon) diğər "B" hüquqi şəxsə təmannasız/əvəzsiz olaraq hədiyyə edir. Sual: 1. "A" şirkətinin verği öhdəlikləri necə olur? 2. "A" şirkəti sifir dəyər ilə e-qaimə yazarkən e-qaimə sistemi qəbul etmir
01/06/2020 Read: 206 Average count: 5

Cavab 1. Bildiririk ki, aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 

Müvafiq olaraq əldə edilmiş gəlirdən mükəlləfiyyət növünüzə uyğun olaraq müvafiq vergilər hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü və 142-ci maddələri.

Cavab 2. Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Göstərilənlərə əsasən əmlakın əvəzsiz olaraq verilməsi həmin əmlakın təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü və 71-1-ci maddələri.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 1098
Salam. Bilmək istərdim ki, Mənfəət Bəyannaməsinin 1 saylı Əlavəsində debitor borclar və kreditor borclar sətirlərindəki məlumatlar ƏDV daxil olan məbləğlərlə göstərilməlidir, yoxsa ƏDV-siz məbləğlər olmalıdır? ƏDV sub-uçot hesabına məbləğlərin mədaxili və məxarici eləcə də ub-uçot hesabının qalığı 1 saylı Əlavədə hansı sətirdə göstərilməlidir? Əvvəlcədən təşəkkürümü bildirirəm
01/06/2020 Read: 275 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV-siz dəyərlə qeyd edilir.

Eyni zamanda, ƏDV depozit hesabı üzrə mədaxil və məxaricin, eləcə də ƏDV depozit hesabının qalığının “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-də əks etdirilməsi nəzərdə tutulmamışdır.

4/5 (5 Average count)
Qiymət ver:
Vüsalə Kərimova Abdulla qızı vu***@hotmail.com ID: 2097
Salam. Sualım ÖMV ilə bağlıdır. Qeyri-rezidentə beynəlxalq daşımaya görə ödəniş etdikdə 6% ÖMV hesablanır. Fərz edək ki, qeyri-rezidentdən mal alırıq və elə mal aldığımız şirkət daşımanı da həyata keçirir. Daşıma haqqı da invoysda əlavə qeyd olunur. Belə olan halda da 6% ÖMV hesablanmalıdır? Ətraflı məlumat versəniz minnətdar olaram.
01/06/2020 Read: 90 Average count: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ağaməmmədov Fəxri ag***@gmail.com ID: 923
Salam. İstehsal fəaliyyəti ilə məşğul olan müəssisə mənfəət vergisi bəyannaməsi tərtib edərkən Ehtiyatlar(1.3 sətri)əsas başlığı altında hazır məhsul və xammal ehtiyatlarını əks etdirir. Xammalın uçotunu 1.3.4 sətrində aparırıq və bəyannamənin 221.3 sətrində satılmış hazır məhsula çəkilmiş xammal məsrəflərini daxil edirik. Misal üçün 10 000 manatlıq xammal almışıq və bunun 8000 manatı istehsala silinib. Hazır məhsul sətrində də bütün xərclər nəzərə alınmaqla (xammal da daxil) 11000 manatlıq hazır məhsulun mədaxili qeyd edilir. Hazır məhsulun da 7000 manatlıq hissəsi satışa gedib. Hazır məhsul və xammalın uçotunu başqa sətirlərdə aparılmalı olduğuna görə biz də buna əməl edirik. Ancaq verginin elektron sistemi bu sətirlərin hər ikisinin məxaric hissəsini avtomatik olaraq cəmlədiyinə görə hər dəfə uyğunsuzluq yaranır. Çünki sistem xammalın və hazır məhsulun pilləli olduğunu tanımır. Sual ondan ibarətdir ki, biz hansı yolu seçməliyik. Misaldakı sistem yoxsa başqa bir həll var? Bu barədə yardımçı olmağınızı xahiş edirik.
01/06/2020 Read: 147 Average count: 4

Bildiririk ki, vergi bəyannamələri üzrə elektron uyğunsuzluqlar fəaliyyət növləri üzrə deyil, ümumi əsaslar nəzərə alınmaqla qurulur.

Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxsin eyni anda bir neçə fəaliyyətlə məşğul ola biləcəyini və bu fəaliyyətlərlə bağlı əldə edilmiş ümumi gəlirə görə bəyannamənin bir dəfə təqdim edildiyini, həmçinin istehsal fəaliyyəti məşğul olan vergi ödəyicisi xammaldan hazır məhsul istehsal etmədən birbaşa həmin xammalı təqdim edə biləcəyini nəzərə alaraq, “Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli Əlavəsində uyğunsuzluqların iqtisadi fəaliyyət sahələri üzrə qurulması məqsədəmüvafiq hesab edilmir.

Bununla yanaşı bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

4/5 (3 Average count)
Qiymət ver:
Rasim İmamquliyev Ələmdar oğlu ra***@mail.ru ID: 966
Salam. Mən İmamquliyev Rasim Ələmdar oğlu Samux rayon Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində çalışıram. İdarəmiz dövlət orqanıdır. Aylıq əmək haqqına əlavə olaraq 15% hakimiyyət səlahiyyətlərinin icrası ilə əlaqədar əlavə məbləğ alıram. Vergi məcəlləsinin 102.1.17. (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.) bəndinə uyğun olaraq idarənin mühasibi həmin 15% -dən (yəni səlahiyyətin icrası) vergi tutmur. 195-1 Çağrı Məzkəzinə bu sualla bağlı müraciət etdim. Bir müddətdən sonra cavab gəldi ki siz haqlısız yəni 15%-dən vergi tutulmur. Xahiş edirəm ki, bunula bağlı mənim elektron unvanıma yazılı cavab verərdiz.
01/06/2020 Read: 106 Average count: 5

Vergi Məcəlləsinin 102.1.17-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə münasibətdə tətbiq edilir.

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 348 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları, habelə həmin bəndlərdə göstərilən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1.17-ci maddəsində nəzərdə tutulmuş gəlir vergisi üzrə güzəşt Azərbaycan Respublikasının Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində müəyyən edilmiş əlavə haqlara münasibətdə tətbiq edilmir və həmin əlavə haqlar ümumi qaydada fiziki şəxslərin gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı və 10 avqust 2004-cü il tarixli 348 nömrəli Sərəncamı.

5/5 (1 Average count)
Qiymət ver:
Arslan Ağayev ar***@mail.ru ID: 834
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 29.11.2019-cu il tarixli Qanunu 01.01.2020-ci il tarixdən qüvvəyə minmişdir.Məcəllənin 166 və 175-ci maddələrinə edilmiş və qüvvəyə minmiş dəyişikliklərə əsasən ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə fakturalar (EQF) əsasında aparılır. İnternet vergi İdarəsinin “E-qaimə” bölməsində müvafiq əvəzləşdirmələrin aparılması üçün “paket hazırla” və “əvəzləşdirmə” alt bölmələri istifadəyə verilmişdir. “Paket hazırla” alt bölməsində paketin *qaimə və *əvəzləşdirmə seçimləri vardır. Əvəzləşdirmə məqsədilə E-qaimə bölməsində “Paket hazırla” münyusunun *əvəzləşdirmə alt menyusu vasitəsi ilə əlavə ediləcək EQF-ların formatı , hazırlanması, proqram təminatı haqqında məlumat verməyinizi Sizdən xahiş edirəm.
01/06/2020 Read: 100 Average count: 0

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə əvəzləşdirmə zamanı istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Güldanə Allahverdiyeva gu***@gmail.com ID: 1068
Salam. Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident müəssisəyə qeyri-rezident tərəfindən göstərilən xidmətə tətbiq edilən ÖMV və ƏDV hesablamaları əməliyyatın həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə yoxsa qeyri-rezidentə ödəniş edilən gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsinə uyğun olaraq hesablanır? Xahiş edirəm aydın tərzdə izah edin. Öncədən təşəkkür edirəm.
01/06/2020 Read: 213 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident müəssisədən alınmış xidmətlərə görə aparılan ödənişlərə ƏDV-nin hesablanması ödəmənin həyata keçirildiyi günə olan məzənnə ilə hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Loğman Adıgözəlov Nizami lo***@gmail.com ID: 2095
Salam mən aprel ayında 250 manat kompensasiya aldım. Ancaq 2 ci ay ödəniş olmadı. Nə etməliyəm?
31/05/2020 Read: 71 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cabir Sultanov Mircabar ca***@gmail.com ID: 2094
Huquqi şəxs onlayn formada dovlət qeydiyyatindan keçmişdir. Qeydiyyat sənədləri onlayn formada karguzarlığa daxil olmuşdur. Məlumat almaq istəyirdim ki, əlavə rusum ödəmək şərtilə qeydiyyat sənədlərinin kağız sənəd formasında ala bilərikmi?
31/05/2020 Read: 58 Average count: 5

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Average count)
Qiymət ver:
Ülvi ul***@rambler.ru ID: 2093
Salam, bəzi hallarda mal alarkən, çekin üzərində fiskal ID yazarkən, Edvgerial posrtalına səhv olduğunu göstərir. O zaman nə etmək lazımdır? Təşəkkürlər.
31/05/2020 Read: 57 Average count: 0

Belə hal müxtəlif səsbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından  məlumat sistemə ötürülməmiş ola bilər, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verilə bilər, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. 

Əlavə məlumat üçün, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Asim Nəbiyev Tapdıq oğlu as***@mail.ru ID: 2092
Fərdi sahibkar yanında baş mühasib işləyirəm. Özümün ASAN İMZA (iş üçün) sertifikatım var. Fərdi sahibkar bütün xidmətlər üçün notarial qaydada etibarnamə verib. Vergi xidməti üzrə səlahiyyətlərin idarə edilməsini təsdiqləyib. Sualım ondan ibarətdir ki, e-sosial və Dövlət Gömrük Komitəsinin portalına mənə aid olan ASAN İMZA ilə daxil olmaq üçün sahibkar hansı hərəkəti etməlidir. Yəni səlahiyyət necə verilməlidir? Xahiş edirəm köməklik edəsiniz.
31/05/2020 Read: 69 Average count: 0

Müraciətinizdə qeyd olunan elektron sistemlər haqqında ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) və  Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Büllur Mehdi Zadə Azər qızı bi***@professionalsupport.center ID: 2089
“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1-ci maddəsində bildirilir ki, pərakəndə, topdansatış və həmçinin ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyatda olmayan və ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda bu malların alınmasına aid Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir. Lakin alış əməliyyatı aparılan bir sıra müəssisələr sadəcə elektron qaimə-faktura göndərməklə kifayətlənir. Bilmək istərdik ki,müəssisə ilə bağlanmış müqavilə və müvafiq elektron qaimə-fakturaların olması tərəfimizdən həmin alışların xərc kimi təsdiqlənməsi üçün kifayətdirmi?
31/05/2020 Read: 103 Average count: 0

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

0/5 (0 Average count)
Qiymət ver: