Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ülviyyə Qasımova Safa qızı qa***@gmail.com ID: 8967
Salam. İpoteka yolu ilə mənzil əldə etmişik. İlkin ödənişin ƏDV-sini geri almaq üçün hara müraciət etməliyəm?
09/01/2024 Read: 64 Average count: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova Samirə Ağasəməd q mg***@bk.ru ID: 8966
İşçi əvəzçilik üzrə işləyirsə gəlir vergisi əmək haqqından necə tutulur?
09/01/2024 Read: 138 Average count: 0

Bildiririk ki, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Həmçinin bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. 

Qeyd olunanlara əsasən, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Habelə, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından müəyyən edilmiş faizdə tutulan üzvlük haqları isə tərəflər arasında bağlanılmış müqavilə əsasında tənzimlənir. 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Elnur Samir el***@mail.ru ID: 8965
Salam. Əgər vətəndaş əvvəlki iş yerindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunubsa. Sonradan Dövlət vergi xidmətinin işə qəbul imtahanlarında iştirak edə bilərəm?
09/01/2024 Read: 86 Average count: 0

Salam. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

0/5 (0 Average count)
Qiymət ver:
CƏLİLOVA SEVİNC ƏZİZ se***@mail.ru ID: 8964
SALAM, mənim Bankda əmanətim var 18 ay müddətinə yerləşdirilmişdir. 07.01.2024-cü il tarixdə əmanətin vaxtı bitib. Mən əmanəti Bankdan azad edəndə hesablanmış faizlərdən vergiyə tutma olacaqmi? Yeni qanuna görə 18 ay müddətinə yerləşdirilmiş əmanətlər vergidən 3 il müddətinə azaddir. Bu qanuni mənim yerləşdiriyim əmanətə şamil olunurmu. Əmanətin yerləşdirlmə tarixi 07.07.2022-ci il tarixdir və əmanətin müddəti 07.01.2024-cü il tarixdə bitib.
09/01/2024 Read: 103 Average count: 0

Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsinə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi - 3 il müddətinə gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

0/5 (0 Average count)
Qiymət ver:
Verdiyev Oktay Əziz oğlu ra***@gmail.com ID: 8962
Ünvanlı Sosial yardım almaq üçün torpaq mülkiyətçisi kimi aylıq rüsumu ödəsəm də sabit qəbzi almamışam. Sabit qəbz olmadığı üçün Ünvanlı Sosial yardım ala bilmirik. Zəhmət olmasa köməklik göstərərdiniz.
08/01/2024 Read: 122 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

0/5 (0 Average count)
Qiymət ver:
ZƏHRA BABAYEVA za***@gatdigital.az ID: 8961
Mikrosahibkar olan vergi ödəyicilərinin əldə etdiyi dividendlərdən ödəmə mənbəyində vergi tutulurmu ?
08/01/2024 Read: 143 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsisən əsasən  dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. 

Eyni zamanda bildirik ki, hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Bildiririki ki, Vergi Məcəlləsinin 106.10-cu və 218-1.1.4-cü maddələrinə  əsasən Vergi Məcəlləsi  ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və  hüquqi şəxslərin  dividend gəlirləri vergidən azaddır.

Eni zamanda nəzərinizə çatdırırıq ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki və hüquqi şəxslərin bu sahə üzrə  dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 4 il müddətinə vergidən azad edilib. 

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci,106.10-cu, 218-1.1.4-cü  maddələri 

0/5 (0 Average count)
Qiymət ver:
Seyhun Əsədli se***@gmail.com ID: 8960
Salam. Mən Mikro sahibkaram və YouTube üzrə aylıq 100 USD (170AZN) məbləğinə yaxın gəlir əldə edirəm. Bu gəlir üzrə 69 AZN DSMF ödənişi ,14 AZN İTS ödənişi və yeni qanunla bu ildən 20% gəlir vergisi ödəməliyəm, əvvəl gəlir vergisi ödənişi 5% idi. Mən əldə etdiyim qazanc sadəcə 53 AZN məbləğidir. Mənim əldə etdiyim qazanc minimum əməkhaqqından da azdır amma bu ödənişləri etməliyəm. YouTube üzrə və internet gəliri üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsində güzəşt mövcuddurmu. Təşəkkür edirəm
08/01/2024 Read: 178 Average count: 3

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

3/5 (2 Average count)
Qiymət ver:
Daşgin Javadov Faiq ja***@gmail.com ID: 8959
Salam, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birində məsləhət xidməti göstərirəm. Özümün VÖEN hesabım var. Yeni dəyişikliklərə əsasən mikro-sahibkar kimi vergi öhdəliklərim formalaşmışdır. Bu halda hansı vergi öhdəliklərim yaranır?
08/01/2024 Read: 114 Average count: 0

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Namiq Şalbuzov Əlövsət oğlu n.***@gmail.com ID: 8956
Vergi borcu barədə arayışı necə əldə edə bilərəm?
07/01/2024 Read: 89 Average count: 0

Bildiririk ki, təsis paylarının yüklü olub-olmaması barədə arayışın və vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz.

Arayış elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 15 gün müddətində, vergi ödəyicisinin vergi borcu barədə arayış isə 5 iş günü ərzində təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Sevil Hüseynova Qabil qızı be***@gmail.com ID: 8954
Salam. Müəssisəmiz mikro sahibkar kimi fəaliyyət göstərir və 7 nəfər muzdlu işçimiz var. Məcəllədə edilən dəyişiklərə əsasən hansı güzəştlər tətbiq olunur?
05/01/2024 Read: 91 Average count: 0

Salam. Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Vusale Memmedova hesen vu***@gmail.com ID: 8953
Salam. Vergi hesabatını ASAN İmza olmadan vermək mümkündür?
03/01/2024 Read: 101 Average count: 0

Salam. Xeyr

Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imzadan istifadə etməklə istifadə etmək mümkündür.

0/5 (0 Average count)
Qiymət ver:
Novruzov Yaqub Qadir ha***@gmail.com ID: 8848
Salam. Mən toyuq yumurtası topdan satışı ilə fəaliyyət göstərirəm, ƏDV qeydiyyatına durmuşam, mənim sualım budur ki, yumurta ticarət əlavəsinə kimi ədv-yə cəlb olunur, misal olaraq 10000 manat dəyərində yumurta almışam, bunu 10500 manata satmışam, 500 manat qazanc ƏDV-yə cəlb olunacaq? Xahiş edirəm, cavab bildirəsiniz.
23/11/2023 Read: 1079 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.

Ticarət əlavəsi dedikdə, malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.64-cü, 153.3-cü və 174.4-cü maddələri.

4/5 (11 Average count)
Qiymət ver:
Xanmurad Məmmədov Xanbaba ma***@gmail.com ID: 8822
Salam. Mən bilmək istərdim ki, mənim adıma VÖEN varmı varsa VÖEN nömrəm nədir?
23/11/2023 Read: 471 Average count: 4

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Məmmədov Xanmurad Xanbaba oğlunun uçotda olması barədə məlumat mövcud deyil. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

 

4/5 (5 Average count)
Qiymət ver:
Vəli Əliyev Əkbər oğlu (siyasət) ve***@mail.ru ID: 8607
Lizinq şirkəti əsas vəsaitləri maliyyə lizinqinə verir. Bu zaman icarəyə verən (lizinq verən) əsas vəsaitin dəyərinin üzərinə faiz gəlirləri əlavə etməklə müqavilə və ödəniş cədvəli əsasında qrafik üzrə lizinq alandan ödənişləri qəbul edir. Ödəmələr tamamlandıqdan sonra lizinqə verilən əsas vəsait lizinq alanın mülkiyyətinə keçir. Lakin Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün icarəçi yəni, lizinq alan əmlakın sahibi hesab olunur. Bu səbəbdən lizinq alan lizinq obyekti olan əsas vəsaiti öz balansında uçota almalı və əmlak vergisini hesablayıb büdcəyə ödəməlidir. Şərti olaraq əsas vəsaitin dəyəri 36000 manat, lizinq müqaviləsinin müddəti 36 ay və aylıq ödənişlərin məbləğini 1200 manat qəbul etsək qeyd edilən əməliyyatlar üzrə vergi qanunvericiliyinin tətbiqi baxımından aşağıdakı sualların cavablandırılmasını xahiş edirəm: 1. Lizinq verən hər ay elektron qaimə-faktura təqdim etməlidirmi? 2. Elektron qaimə-faktura təqdim edilməlidirsə, hər ay üzrə göstərilən maliyyə xidmətinin məbləği qaimədə 1200 manat yazılmalıdır? 3. Əgər lizinq alan əsas vəsaitin sahibi hesab olunursa, vergi uçotu məqsədi ilə lizinq obyekti olan əsas vəsait lizinq müqaviləsi əsasında uçota alına bilərmi? 4. Lizinq obyekti olan əmlak lizinq müqaviləsi əsasında uçota alına bilərsə, həmin əsas vəsait hansı dəyərlə uçota alınmalıdır?
13/11/2023 Read: 692 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Vergi Məcəlləsinin 140.6-cı maddəsində qeyd edilmişdir ki, icarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Qeyd olunanlara əsasən maliyyə lizinqi müqaviləsi üzrə lizinq verən tərəfindən lizinq müqaviləsinin predmeti olan aktivin lizinq götürən şəxsə təqdim edilməsinə görə elektron qaimə-faktura təqdim edilir. Eyni zamanda, aktivin lizinqə verilməsi üzrə əldə edilən faiz gəlirlərinə görə hər dəfə faizlərin hesablanması dövrünə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.

Bununla yanaşı, Mülki Məcəllənin 748-3-cü maddəsinə əsasən maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır.

Eyni zamanda, lizinq obyekti olan aktiv lizinq müqaviləsi əsasında həmin aktivin tam satış dəyərinə uyğun olaraq uçota alınır.

Belə ki, Vergi Məcəlləsinin 143-cü maddəsinin müddəalarına əsasən aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 140-cı və 143-cü maddələri, Mülki Məcəllənin 748-3-cü maddəsi.

5/5 (9 Average count)
Qiymət ver:
Ziya Zeynalov e.***@gmail.com ID: 8616
ƏDV ödəyicisi olan müəssisə Türkiyədən almış olduğu (idxal zamanı ƏDV ödənilib və əvəzləşdirilib) malların bir qismini yalnış göndərildiyi üçün geri qaytarıb, yenisi ilə əvəzlənməsi barədə qarşı tərəf (Türkiyə) ilə razılığa gəlib. Malların geri qaytarılması əvəzi ödənilməyən ixrac formasında rəsmiləsdirilmişdir. Belə olan halda müəssiə idxal zamanı həmin mallar üzrə əvəzləşdirilmiş ƏDV məbləğini, ƏDV bəyannaməsinin dəqiqləşən dövriyyədə (324-cü əvəzləşdirilən ƏDV-nin azaldılması bölməsində) göstərib ƏDV-ni büdcəyə qaytarmalıdırmı? Əgər qaytarmalıdırsa, bəs gömrük orqanı da həmin ƏDV məbləğini müəssiyəyə qaytarmalıdır? Əvvəlcədən təşəkkür edirəm.
13/11/2023 Read: 494 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.29-cu maddəsinə əsasən malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır.

Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə görə malların və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı üzrə əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, idxal olunmuş malların gömrük qanunvericiliyinə uyğun olaraq ixrac rəsmiləşdirilməsi həyata keçirilməklə geri qaytarılması ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilən əməliyyat sayılır. Eyni zamanda, qaytarılan mallar yenisi ilə əvəz edildikdə, yeni malların vergi tutulan idxalı da gömrük rəsmiləşdirilməsi zamanı ümumi qaydada ƏDV-yə cəlb edilir.

Aparılan əməliyyatlar zamanı idxalda ödənilmiş ƏDV məbləğləri gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri əsasında əvəzləşdirilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 179-cu maddəsinin müddəalarına əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 165-ci, 175-ci və 179-cu maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Qəribov Alxaz Abid oğlu al***@mail.ru ID: 8640
1. Salam, şirkət fiziki şəxsdən müqavilə ilə nəqliyyat vasitəsi alıb. Nəqliyyat vasitəsinin dəyəri bağlanmış müqavilə əsasında notariusun depozit hesabı vasitəsi ilə fiziki şəxsə ödənilib. Nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi ilə balansa alınıb və ona amortizasiya hesablanıb. Ancaq alış aktı tərtib edilməyib. Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq olarmı? Alış aktı olmadan balansa alınıbsa ona hesablanmış amortizasiya xərci düzgündürmü? Hal-hazırda alınmış həmin nəqliyyat vasitəsinə alış aktı tərtib edib sistemə vurmaq olarmı? 2. Şirkətin əmlakının sığortası üzrə ona elektron qaimə təqdim olunub. Lakin, vəsaiti bank vasitəsi ilə ödəmək mümkün olmayıb, nağd qaydada ödənilib. Belə olan halda sığorta xərcini mənfəət vergisi üzrə xərclərə daxil etmək olarmı? Elektron qaimənin dəyəri nağd qaydada ödənildikdə, həmin elektron qaimə üzrə əlavə dəyər vergisini əvəzləşdirmək olarmı?
13/11/2023 Read: 832 Average count: 5

Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan mallara dair Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur.

Eyni zamanda, vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının hesablanması və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, rəsmi dövlət reyestri aparılan nəqliyyat vasitəsinin mülkiyyət hüququ hüquqi şəxsin adına rəsmiləşdirilibsə, malların alış aktının tərtib edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir və həmin əsas vəsait üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada amortizasiya ayırmaları hesablanır. 

Əlavə olaraq bildiririk ki, tərəfinizdən aparılan əməliyyatla bağlı nəqliyyat vasitəsinin növü, rəsmiləşdirmə dəyəri, mülkiyyətə keçib-keçməməsi və digər mahiyyəti üzrə məlumatlar sorğuda qeyd olunmadığından, işin faktiki halları barədə məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 58-ci, və 114-cü maddələri.

İkinci sualı ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Buna əsasən sorğuda göstərilən halda, elektron qaimə-faktura əsasında ödənilən sığorta haqları Vergi Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.

Maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən ƏDV-dən azaddır.

Odur ki, sorğu edilən hal üzrə aparılan əməliyyata dair təfsilatlı məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, “Nağdsız hesablaşma haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.2-ci maddəsinə əsasən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir və bu tələbləri pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 116-cı, 164-cü maddələri və “Nağdsız hesablaşma haqqında” Azərbaycan Respublikası Qanunu 
 

5/5 (2 Average count)
Qiymət ver:
Məmmədov Elvin ma***@gmail.com ID: 8599
Salam. Bildiyiniz kimi Texnopark rezidenti olan müəssisə əmək haqqı hesablanması zamanı 2 metoddan birini tətbiq edə bilir. Minimum əmək haqqının 4 misli və ya muzdlu işdən əldə edilən gəlirə görə sosial müdafiə hesablamalarını həyata keçirir. Bilmək istərdim ki , hər iki metod üzrə işçi bir ay ərzində həm işləyir, həm də məzuniyyət günləri olursa bu zaman sosial müdafiə hesablanması hansı formada həyata keçirilir? Qeyd etmək istərdim ki, məzuniyyətə çıxdığı tarixlər həm bir ay daxilində olan günlərdə də ola bilər, həm də məsələn 25.08.2023 tarixində məzuniyyətə çıxır və 20.09.2023 tarixində işə qayıda da bilər. Məzuniyyət günləri və iş günləri eyni ayda və ya növbəti aya da keçərsə( hər iki ay da iş günləri olduğunu da nəzərə almaqla) hər bir variant üzrə xahiş edirəm sosial müdafiə üzrə tutulmaların hansı formada olacağı ilə əlaqədar məlumat verərsiniz. Sosial sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 14.8-ci maddəsinə əsasən hesablandığını bilirəm, amma misallar üzərindən ətraflı izah etsəniz daha da yaxşı olardı.
13/11/2023 Read: 287 Average count: 1

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinin tətbiqi baxımından məcburi dövlət sosial sığorta haqqı seçim üzrə muzdlu işdən əldə edilən gəlirlərdən hesablandıqda, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Məcburi dövlət sosial sığorta haqqı seçim üzrə minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənildikdə isə, işçinin ay ərzində məzuniyyətdə olub-olmamasından asılı olmayaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

1/5 (1 Average count)
Qiymət ver:
Hüseynov Ariz Cəbrayıl oğlu (siyasət) hu***@gmail.com ID: 8600
Vergi Məcəlləsinin 114.3.2-ci maddaəsinə əsasən maşınlar və avadanlıq üzrə illik 20%-dək və 114.3.2-1-ci maddəsinə əsasən isə yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə illik 25 faizədək amortizasiya norması tətbiq edilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmiş YÜKSƏK TEXNOLOGİYALAR MƏHSULLARININ TƏSNİFATI-nda (AZT 051-2018) yüksək texnologiyalar məhsulun qrup və adları haqqında məlumat verilmişdir. Vergi Məcəlləsinin 114.3.2-1-ci maddaəsində yüksək texnologiyalar məhsulu olan hesablama texnikası deyərkən bu mallardan konkret hansı qruplar nəzərdə tutulmuşdur? Xüsusən 751 və 752-ci qruplarda nəzərdə tutulmuş texnikalar (notebooklar, monobloklar, sistem blokları və s) bu maddəyə aiddirmi? Əgər, aid deyildirsə, xahiş edirəm ətraflı izahat verin.
13/11/2023 Read: 288 Average count: 1

bildiririk ki, Vergi Məcəlləsinin 114.3.2-1-ci maddəsinə əsasən yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə illik amortizasiya ayırmalarının norması 25 faizədək təşkil edir.

Yüksək texnologiya məhsulu olan hesablama texnikalarının siyahısı barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

1/5 (2 Average count)
Qiymət ver:
Elnur Rüstəmov Rafiq el***@gmail.com ID: 8459
1. Mən vergi ödəyicisi olmadığım dövrdə aldığım alətləri laqonda qaynaq aparatı və s. bunun kimi avadanlıqları necə öz balansımda göstərə bilərəm? 2. Uçotda olmayan (nağd aldığım materialı) rəsmi formada sifarişçiyə sata bilərəmmi?
13/11/2023 Read: 457 Average count: 0

Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Sorğuda göstərilən halda, fərdi sahibkarın mülkiyyətində olan və onun sahibkarlıq fəaliyyətində istifadə olunan əsas vəsaitləri onun balansında uçota alınır və həmin əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən onun vergi orqanında uçotda olmadığı dövrdə aldığı malların balansda uçota alınması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi.

İkinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Belə ki, vergi ödəyiciləri gəlirlərinin və xərclərinin sənədləşdirilmiş məlumatlar əsasında dəqiq uçotunu aparmağa borcludur və vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, aparılan əməliyyat üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilə bilərsiniz.

Belə ki, həmin Meyarların 3-cü bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, habelə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar riskli əməliyyat hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 130-cu və 139-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Məhəmməd Knyazov me***@mail.ru ID: 8651
Salam. Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsində belə bir ifadə keçir - Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan - Sizdən bu ifadənin şərh olunmasını xahiş edirəm. Misal olaraq, Azərbaycan Respublikasının rezident müəssisəsi xaricdə qeyri rezidentdən xidmət alıb a) Dövlət Vergi Xidməti nəzərdə tutur ki, qeyri rezidentin fəaliyyəti faktiki olaraq Azərbaycanda göstərilməlidir ki, qeyri rezidentin gəliri sayılsın. b) Azərbaycanda göstərmədən də belə göstərdiyi iş xidmət alıcının Azərbaycandakı fəaliyyəti ilə bağlıdırsa oda Azərbaycan mənbəyindən gəlir sayılacaq. 2) Əgər mümkünsə, 168.2-ci maddəyə də misallar üzərindən ətraflı şərh verəsiniz.
13/11/2023 Read: 364 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.

Şəxsin Azərbaycan mənbəyindən gəlir əldə etməsi bilavasitə Azərbaycan Respublikası ərazisində, həm də ölkə hüdudlarından kənarda göstərilən əməliyyatlarda formalaşa bilir. Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsində gəlirin məhz Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı olması qeyd olunur və xidmətin faktiki olaraq Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda göstərilməsi ilə bağlı olması şərtləndirilmir.

Əlavə olaraq bildiririk ki, sorğu edilən məsələlər üzrə vergi qanunvericiliyinin düzgün tətbiq edilməsi baxımından işin faktiki hallarını özündə əks etdirən məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver: